Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərdar Cəlaloğlu Əli Kərimlini təhqir etdi: “Əxlaqsız“


“Hansı üstün əxlaqa maliksən ki, özünü qaldırıb qoymusan dağ başına?!”


“Həbs olunanların ətrafında gedən polemikalar artıq müxalifətin barışmaz intriqa obyektinə çevrilib. Məsələnin belə bir səviyyəyə gətirilməsi isə əxlaqsızlıqdır!”.

Bunları SİA-ya açıqlamasında Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu Müsavat Partiyasının təşəbbüsü ilə yaradılan və ADP-nin, KXCP-nin, “Ümid”-in, VİP-in və s. müxalifət partiyalarının da təmsil olunduğu Müdafiə Komitəsinin tədbirlərinə AXCP tərəfindən qara piar kampaniyası aparılmasına münasibətini bildirərkən deyib.

ADP sədri bununla bağlı deyib ki, əgər onlar ayrılıqda özləri üçün müdafiə komitəsi yaradıblarsa, artıq onların digər müdafiə komitəsinin tədbirlərinə qatılmalarına ehtiyac yoxdur: “Mən sadəcə olaraq, müxalifətin bu cür məsələdə bir araya gəlməsinin vacibliyi haqqında demişdim. Ancaq indi sözümü geri götürürəm, lazım deyil, gəlməsinlər. Sadəcə, həbs olunanların müdafiəsi arxa plana keçib və ortada müəyyən məqamlara, maraqlara görə müxalifət partiyaları bir-biri ilə boğuşur. Mən açığını deyim ki, buna görə çox utanıram. Yəni burada heç kim Əli Kərimliyə demir ki, gəl sən də mütləq şəkildə bizə qoşul. Gəlmir, özü bilər. Daha burada bu qədər böhtana, şantaja, ayamaya, araqarışdıranlıq etməyə ehtiyac yoxdur. Məgər onların hansısa üstünlüklərimi var?! Gəlməsələr dünya dağılmayacaq, ya da gəlsələr dünya dağılacaq?! İndi bunlar gəlməmək üçün bəhanələr axtarırlar. Bu gün kimlərin Azərbaycanda intriqa apardıqları, hakimiyyətə işləmələri bəllidir. Belə bir söz var, oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı. Əli Kərimli və ətrafı məhz oğrudur”.

Sərdar Cəlaloğlu AXCP rəsmilərinin onların təmsil olunduğu Müdafiə Komitəsindəki partiyaları intriqant kimi qələmə verməsinə də münasibətini açıqlayıb: “Bizi intriqant kimi təqmi edənlər götürsünlər son iyirmi ildə hansı qurum və birliklərdə təmsil olunduqlarını sadalasınlar. Hansı ki, İctimai Palatada Müsavat Partiyası onlarla əməkdaşlq edib, Milli Şurada da eynilə. Biz “Azadlıq” Blokunda da bir yerə əməkdaşlıq etmişik. Yaxud biz ADP olaraq Ümid Partiyası ilə uzun illər əməkdaşlıq etmişik. Bəs bizi intriqa yaymaqda ittiham edən AXCP rəsmiləri fikirləşiblərmi ki, təmsil olunduqları hər br qurumda intriqanı elə özləri salıb?! Bunlar belədirlər də. Harada özləri varsa ora “həqiqi müxalifətdir”. Harada yoxdurlasrsa, ya da kimlər onlarla deyilsə, bu zaman həmin tərəflər “hakimiyyətə işləyən müxalifətə” çevrilir.

Ancaq unudurlar ki, həbs olunanların arxaında siyasi kapital toplamağa cəhdlər etmək əxalqsızlıqdır! Özlərinə siyasi divident qazanmaq üçün digərlərinə qarşı qara piar aparmaq da əxalqsızlıqdır! Bu bilirsiniz həm də nəyə oxşayır? Elə bil ki, gedirsən yasa və yas qalır bir kənarda, başlayırsan qiybət etməyə, qarın davası döyməyə. Bunlarınkı bax, budur!

Belə də ki, gəlmirsən cəhənnəmə gəl! Sənin imzan məgər kimlərinsə imzasından üstün-zaddır?! Yoxsa hər hansı xüsusi əhəmiyyətə-filana malikdir?! Ya da sən digər imza atanlardan hansı üstün əxlaqa maliksən ki, özünü qaldırıb qoymusan dağ başına?! Sən sevinmək yerinə ki, səni harasa dəvət etdirlər, bunun əvəzində özün haqqında bədgüman fikirlər yaradırsan”.

ADP sədri vaxtilə AXCP-ni öz tədbirlərinə çağrdığına görə peşman olduğunu deyib: “Mən daha öncə AXCP-ni bizim təmsil olunduğumuz müdafiə komitəsinin tədbirinə dəvət edərkən, oradakılar bundan narazı idilər. İndi buna görə peşmanam. Gərək ümumiyyətlə dəvət etməyəydim. Əli Kərimli də elə bilir ki, onun ora dəvət olunmasının arxasında kələk var. Ona görə də gəlmirsə, qoy cəhənnəmə gəlsin, vəssalam!”


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar