Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sərçələrə saqqız atanlar

Qəşəm Nəcəfzadə yazır


Dükanların tərəziləri düz işləmir. Bunu yoldaşım deyir. Evdə dədə-baba tərəzimiz var, nə alırıqsa, onunla çəkirik, sonra aldıqlarımız daxil olur evimizə, daha doğrusu, mətbəximizə.

Tərəzilərə baxanda, kəm çəkilən ərzaqların haraya toplandığı, haraya yığıldığı, kimə qismət olduğunu düşünəndə “gunah” adlı psixoloji bir sindrom gəlib dayanır gözümün qabağında.

Günün çox hissəsini bu haqda düşünürəm. Düzdü, qəti bir qərara gəlmək çətindir, amma yenə tərəzidən kəsilənlərin haranısa partlatdığını, nədəsə bir uçurum açdığını  qismən, qeyri-müəyyən şəkildə olsa da, dəqiqləşdirə bilirəm.

Məsələn, o gün Bakı-Gəncə yolunda baş vermiş avtomobil qəzasında həlak olan iki nəfərin taleyini düşünəndə tərəzinin yüngül gözü düz gəlib dayandı gözlərimin qabağında. Tanıdığım adamdı. Şübhəsiz, bütün ölümlər bizi sarsıdır, gözlərimizi yaşla doldurur. Amma istəməsəm də, bəzən gözlərimdə yaşın yerini tərəzinin yüngül tərəfi tutur. Həmin adam qonşuluğumda heç bir imkanı olmayan kəlbəcərli bir köçkünün  başqa birisindən ev tikmək üçün baha qiymətə aldığı torpaq sahəsini mənimsədi, heç “uf” da demədi. Polis də, aidiyyatı orqanlar da onun tərəfində dayandı. O, pul, vəzifə, nüfuz gücünə ərini və qardaşını müharibədə itirən üç körpə uşaq anasını çölün düzündə qoydu. Amma sən demə, o böyük Allah o qadının, necə deyirlər, tərəzinin yüngül gələn tərəfində imiş. Bəs həmin adamın maşınında ölənin günahı nə idi? Bir az dərindən düşünə bilsəm, onun da yanında bir yüngül tərəzi gözü tapılacaqdı. Çünki bizim tərəzilərin lap yuxarı başında o böyük Yaradanın nizamı dayanır. Biz bəzən bu dəqiqliyi yaddan çıxarır, başımıza gələn ağrıların səbəbini xatırlaya bilmirik. Həyat bu cür ibrətlərlə dolur. Ancaq fərqində olmuruq.

Dünyada heç nə itmir və heç nə yaddan çıxmır.  Birinin sərvəti başqa birinin əlinə keçir. Yaşadığım ev nə vaxtsa kiminsə evi  olub. Tarixinə baxıram, 1995-ci ildə tikilib. Burda kimlər yaşamayıb? Və məndən sonra kimlər yaşayacaq, bir allah bilir. Bəlkə də bu bina  söküləcək, yerində bir başqası, daha hündürü tikiləcək, amma mənim ağırlığım həmin  binanın yadında həmişəlik qalacaq.

İbrətamiz bir hədis yadıma düşür. Bir türk milyonçu ölməmişdən öncə iki məktub yazır. Oğluna tapşırır ki, məktubun birini mən öləndə açarsan. İkincisini isə məni dəfn edib qayıtdıqdan sonra. Oğul atasını dediyi kimi edir. Birinci məktubu oxuyur: “Oğul,  ayaqlarım üşüyür, mənə corab geyindirib dəfn edərsiniz”. Oğul düşünür ki, bundan asan nə var ki? Oğlunun təklifinə bütün mollalar, din adamları üsyan edir. Oğul sarsılır. Atasının arzusunu yerinə yetirə bilmir. Dəfn edib qayıtdıqdan sonra atasının ikinci məktubunu açıb oxuyur: “Oğlum, gördünmü sən bir corabı ayağıma geyindirə bilmədin. Demək, biz bu dünyadan heç nə apara bilmərik”.

Tərəzinin pərsənginin pozulması dünya nizamına təsir edir. Amma evimizdəki tərəzi dübbədüz işləyir. Yayı boşalan kimi dəyişirik. Tərəzinin yüngül gözləri nə vaxtsa heyfini bizdən çıxır. Özü də yaddan çıxmayan bir şəkildə.

Dünən evə gələndə  küçəmizdə yaşı bir kişinin sərçələrə yumurlayıb saqqız atdığını gördüm. İki-üç sərçə yerdə çapalayır, balaca ayaqları ilə ağzını cırmaqlayırdı. Sonra qanadlar sustaldı və çırpıntı dayandı. Kişi isə sərçələrə “dən” səpməkdə davam edirdi. Daha nə deyim?(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Müharibə başlayandan bəri Belqorod vilayətində 120 nəfər ölüb

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Avropa çempionatı: Azərbaycan paraüzgüçüsü gümüş medal qazanıb

Ən çox oxunanalar