Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Serbiya səfiri Azərbaycanı tərk edir


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Serbiyanın fövqəladə və səlahiyyətli səfiri Neboyşa Rodiç ilə görüşüb


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan ilə Serbiya arasında əməkdaşlığın inkişafından və yüksək səviyyəli siyasi dialoqdan məmnunluq ifadə olunub.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçin ölkələrimiz arasında dostluq və strateji tərəfdaşlıq münasibətlərinin inkişafı üçün göstərdiyi səyləri yüksək qiymətləndirib və onun səfir kimi fəaliyyəti dövründə Serbiyanın dövlət və hökumət başçıları, digər rəsmi şəxsləri və parlament nümayəndə heyətlərinin Azərbaycana intensiv səfərlərini xüsusi qeyd edib.

Səfir Neboyşa Rodiç diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib, Azərbaycan ilə Serbiya arasında tərəfdaşlığın inkişafı üçün səylərini əsirgəmədiyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Neboyşa Rodiçə gələcək fəaliyyətində uğurlar arzu edib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ən çox oxunanalar