Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səngər, yoxsa əsər?


Yazıçının ictimai mövqeyi


Bu yaxınlarda Kulis.azda “Yazıçının ictimai mövqeyinin müzakirəsi” adlı debat keçirilib. Debatda yazıçının ictimai hadisələrə mövqeyi müzakirə olunub. Bəs digər yazıçılar bu barədə necə düşünür? Bizim cəmiyyətimizdə yazıçının missiyası necə olmalıdır? Kulis.Az mövzunun davamı kimi bir neçə yazıçıdan münasibət öyrənib. Cavabları təqdim edirik.
 
 
Yazıçı aydan gəlməyib, ya da yerin altından çıxmayıb. Bu torpağın üstündə doğulub, bu ölkənin vətəndaşıdır. Sıravi vətəndaşlar nəyin dərdini çəkirsə, nə üstündə mübarizə aparırsa, yazıçı da o işlərin başında olmalıdır. Millətin taleyinin başını buraxıb yazı-pozu ilə məşğul olmaq düzgün deyil. O zaman onun yazı-pozusu qara qəpik qədər dəyərsiz olar. Yazıçı xalqının, millətinin dərdlərindən doğulmalıdır. Millətin ruhunu ifadə etməlidir, onun arzularının tərcümanı olmalıdır. Xalq səngərdə, cəbhədə olanda yazıçı isti evində oturmamalıdır. Xalq əsgərdirsə, o da əsgər olmalıdır. Xalq qalibdirsə, o da qalibdir. Xalq məğlubdursa, o da məğlubdur. Bəziləri düşünür ki, yazıçı ancaq yazı masasının arxasında olmalıdır. Millətinin taleyi həll olunursa yazıçı onun ən qaynar nöqtəsində olmağa borcludur. Dünyada bu cür yazıçılar çoxdur, yüzlərlə misal çəkmək olar. Mən yazıçılıq missiyasını ictimai həyatdan, ictimai problemlərdən ayrı hesab etmirəm.
 
 
Seyran Səxavət
 
Yazıçı deyirsənsə ağzında, yazıçının işi oturub əsər yazmaqdır. Hər kəs öz peşəsinə görə hərəkət edir. Yazıçı da, dəmirçi də. Amma yazıçı dəmirçidən fərqlənir. İndi yazıçı əsər yazmalıdır dedim. Ancaq vacib hallarda, ölkədə baş verən ictimai-siyasi hadisələrdə nəyisə dəyişməyə qadirdirsə, o zaman öz münasibətini ortaya qoya, müdaxilə edə bilər. Öz təcrübəmdə görmüşəm, öz sənətindən başqa sənətlə məşğul olanda adam həmişə uduzur. Bunun səbəbini də araşdırdım özüm üçün. Ey dadi-bidad, sən demə, bilmədiyimiz iş haqqında danışmaq adamı pis vəziyyətdə qoyurmuş. O cəmiyyət həmişə yararlı olur ki, öz bildiyi işin qulpundan yapışır. Daha ucdantutma nə iş varsa, ondan məşğul olmaq olmaz. Azdan-çoxdan dünyada nə qədər adam varsa, o qədər də məşğuliyyət var. Mən bu yaşımda o qənaətə gəlmişəm ki, insan öz peşəsi ilə məşğul olmalıdır. Düşünürəm ki, az-çox bu dünyadakı peşələrdən ən yaxşı bacardığım yazıçılıqdır. Oturub əsərlərimi yazsam bəsimdir. Yazıçı sözün böyük mənasında yazıçıdırsa, qalan digər şeylər də onda mütləq olacaq. Yəni sözün həqiqi mənasında yazıçıdırsa. Axı yazıçı həm də süzgəcdir. Ölkəsində baş verənləri süzgəc kimi öz içindən keçirir.  
 
 
 
Yazıçının yazdığı elə onun ictimai-siyasi hadisələrə mövqeyi deyilmi? Hətta o tarixi romanını yazanda belə yaşadığı dövrün ictimai-siyasi ruhunu əks elətdirir. Yazıçı nə deməkdir? Yazıçı yazı yazır. Onun ayrı işi yoxdur. Vəzifə də tuta bilər, ac-susuz yaşaya da bilər, qaçıb hardasa gizlənə bilər. Ancaq o ictimai-siyasi hadisələri öz əsərlərində əks elətdirməlidir. Həm də ki, yazıçı təkcə əsərləri ilə deyil, istəsə əsər yazmadan da sözünü deyə bilər. Hüseyn Cavidi necə ataq qırağa? Ya Mirzə Cəlili? Dünyada Sabirdən çox üsyankar varmı? Yazıçı ictimai-siyasi məsələlər haqqında həm əsərlərində, həm də yeri gələndə tribunada sözünü deməlidir.
 
 
Çingiz Abdullayev
 
Mövqe bildirmək hər kəsin öz işidir. Ancaq tanınmış, nüfuzu olan, sevilən yazıçıdırsa, təbii ki, ondan camaat ictimai-siyasi hadisələrə münasibət gözləyəcək. O vaxt Xalq Cəbhəsini yazıçılar yaratmışdı. Əbülfəz Elçibəydən başqa burda vardı İsmayıl Şıxlı, Bəxtiyar Vahabzadə və başqaları. Meydan hərəkatında yazıçılar iştirak edirdilər. Bu hadisələr başlayanda yığışırdılar Bəxtiyar Vahabzadənin, ya da İsmayıl Şıxlının evinə, deyirdilər ki, gedək həll edək məsələni. Çoxları düşünür ki, yazıçının işi kabinetdə kitab yazmaqdır. Ancaq mən düşünürəm, əsl yazıçının ürəyi həmişə xalq üçün yanmalıdır. Mənə Türkiyədə demişdilər bunu: yazıçı sol düşüncədə olmalıdır. Buna görə də yazıçı ictimai-siyasi hadisələrdə öz mövqeyini bildirməlidir. Əgər mövqeyini bildirməkdə kimdənsə qorxursa yazıçılıq missiyasını başa düşməyib.
 
Etimad Başkeçid
 
Bu suala cavab vermək üçün L.Tolstoyun “Susa bilmirəm” məqaləsini oxumaq lazımdır. Bilmirəm, bu məqalə dilimizə tərcümə olunubmu, olsaydı, yazıçı missiyası haqqında çox suallara aydınlıq gələrdi…
 
Şifahi söz yazılı ədəbiyyatdan az effektli deyil. Məsələn, sosioloqların apardığı bir eksperimenti xatırlayıram: kənd ağsaqqalı kəndə yeni gəlmiş iki adama deyir ki, burada hamı toyuq oğrusudur. Bu adamlar neyləsələr yaxşıdır? Üstündən az keçmiş, gedib toyuq oğurlayır, özlərinə yaxşı nahar bişirirlər. Halbuki, toyuq almaq üçün pulları varmış, acından ölən adamlar deyilmiş. Söz bu cür təsir qüvvəsinə malikdir.
 
Krılovun “Yazıçı və quldur” adlı təmsili var. Süjeti belədir: yazıçı və quldur ölüb, cəhənnəmə düşürlər. Onları qazana qoyub, altında ocaq qalayırlar. Quldurun altındakı ocaq dərhal alışır-alovlanır və bir azdan öləziyib sönür. Amma yazıçının ocağı əvvəlcə güc-bəla yanır. Ancaq getdikcə şiddətlənir, böyüyür. Yazıçı başlayır şikayətlənməyə ki, bu ədalətsizlikdir, axı o, heç kimi öldürməyib, soymayıb. Ona izah edirlər ki, quldur öldüyü üçün artıq heç kimə xətər yetirə bilməyəcək, amma sənin yazdıqların və dediklərin dünyada qalır, zaman keçdikcə onları daha çox adam eşidəcək, oxuyacaq, bütün pislikləri öyrənəcəklər. Sözsüz, burada söhbət quldurdan seçilməyən yazıçılardan gedir.
 
Yazıçın silahı – sözdür. İstər yazılı, istərsə də şifahi. İstənilən cəmiyyətdə bir maraqlı təbəqə var ki, yazıçılara marginal statusda, başını aşağı salıb girələnən adamlar gözündə görmək istəyir. Amma yazıçı gözünün önündə can verən adamın üstündən adlayıb, özünü şam yeməyinə çatdıran məxluqlardan deyil. Yazıçının susmağı quldurluqdur. Onun odu o dünyada heç vaxt sönməyəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar