Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Senatorlar Trampa müharibə elan etdi


ABŞ Prezidenti Donald Trampın tvitter hesabında Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsini araşdıran xüsusi prokuror Robert Mülleri hədəfə alması ciddi müqavimətlə rastlaşıb


Teleqraf.com xəbər verir ki, Prezident Trampa ilk etiraz edənlər Respublikaçılar Partiyasının tanınmış simaları olub.

Respublikaçı senator Lindsey Qraham xüsusi prokuror Müllerin işinə müdaxilə etmədən onun araşdırmalarını davam etməsinə imkan yaradılmasının vacibliyini bildirib. Senator əlavə edib ki, bir çox respublikaçı senatorlar da bu fikri bölüşür.

Prezident Trampa xüsusi prokuroru vəzifədən çıxarmamaq barədə xəbərdarlıq edən Qraham deyib ki, əgər Tramp buna gedərsə, bu, onun prezidentliyinin sonu olar: “Çünki biz bir hüquq dövlətiik”.

Respublikaçı senator Keff Flake isə Trampın öz açıqlaması ilə Mülleri vəzifədən çıxarmağa zəmin hazırlamaq kimi qiymətləndirib:

“Müllerlə bağlı planların nədən ibarət olduğunu bilmirəm, amma ona qarşı tədbirlər hazırlandığı qənaətindəyəm. Arzu edirəm ki, işlər bu istiqamətdə getməyəcək. Konqres bunu əsla qəbul etməz”.

ABŞ Nümayəndələr Palatası rəhbərinin hər zaman söylədiyi kimi, Müller və qrupu işlərini davam etdirməlidir”- deyə respublikaçıların nüfuzlu senatoru Raul Ryan sözçüsü vasitəsilə prezidentə xəbərdarlıq edib.

Senatda Demokratlar qrupunun rəhbəri Carles Şumer isə respublikaçıları Donald Trampa qarşı mövqe tutmağa çağırıb:

“Respublikaçıların, xüsusilə də liderlərinin ölkəmiz qarşısında məsuliyyəti var. Mülleri vəzifədən qovmaq demokratiyamızı gücləndirməyəcək, əksinə, bunun qırmızı xətt olduğunu bilməlidirlər”.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp tvitter hesabında Rusiyanın 2016-cı il seçkilərinə müdaxilə edib-etməməsini araşdıran xüsusi prokuror Mülleri sərt tənqid edib:

“Nəyə görə, Müllerin qrupunda saxtakar Hillari Klintonun dəstəkçisi olan 13 demokrat var, ancaq qrupun içində bir nəfər də olsun respublikaçı yoxdur? Müllerin qrupuna yaxın günlərdə daha bir demokrat daxil edilib. Bunun ədalətli olduğunu düşünən şəxs varmı?”.

Prezident digər tvitində isə “Müller bu araşdırmaya heç başlamamalı idi. Ortada hiylə və günah yoxdur. Bu araşdırma saxtakar Hillari və Beynəlxalq Demokratik Komitənin pulla hazırladığı saxta bir qovluğa əsaslanır. Bu dosye mənim kampaniyamın təzyiq altında saxlanılması üçün məhkəmədə əsassız şəkildə istifadə edildi”,- deyə bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar