Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sənan Qurbanov: “Heç kimin gedişinə üzülmədim”

PİA.AZ "Qəbələ"nin baş məşqçisi Sənan Qurbanovun apasport.az saytına müsahibəsini təqdim edir


- Təlim-məşq toplanışını artıq başa vurmusunuz. Hazırlıqdan məmnun qaldınızmı?

- Bəli, çox səmərəli toplanış keçdik. İyunun 12-də başladıq və çox şükür ki, zədəsiz, problemsiz başa vurduq. MOİK-i də nəzərə alsaq, 4 yoxlama görüşü keçirdik. Yavaş-yavaş heyəti formalaşdırmağa çalışdıq. Çünki bu, birdən-birə olan şey deyil. Toplanışda boşluqlarımızı gördük, təhlillər apardıq. Əsas odu ki, etdiyimiz səhvləri Avrokubok matçında təkrarlamayaq. Hamımız bir nəfər kimi işimizə məsuliyyətlə yanaşırıq.

- MOİK (1:1), "Kukesi" (Albaniya - 1:1), "Dinamo" (Zaqreb, Xorvatiya - 0:2) və "Krakoviya" (Polşa - 0:1) ilə keçirdiyiniz yoxlama görüşlərində qələbə qazana bilmədiniz. Bu amil işinizə mane olmayacaq?

- Oyunlara çıxanda qələbə, nəticə barədə danışmırdıq. Ən çox matçların gedişində istənilən nəticənin oyun intizamımızı pozmamasına çalışdıq. Elə şeylər var ki, bunu futbolçudan yalnız yoxlama görüşlərində tələb edə bilərsən. Çünki belə matçlarda bəzən bu riskləri edib, 3-4 top buraxırsan. Hazırlıq oyunları bu riskləri göz önünə almaq üçündü. Biz də buna əl atdıq, nəyi bacarıb, nəyi bacarmadığımızı gördük. Gənc futbolçularımız var ki, "Kukesi" ilə görüşdə onlara şans verdik. Yəni nəticə barədə düşünmədik.

- Ötən mövsümdəki heyətdən 7 oyunçu ilə yollarınızı ayırdınız. Ən çox kimin gedişinə təəssüfləndiniz?

- Düzü, vaxt az idi. Amma hansı futbolçuları bəyənmişdiksə, onları da heyətə cəlb etdik. Heç bir futbolçunun gedişinə üzülmədim. İxtiyarımızda olan oyunçulara çox güvənirəm, birlikdə irəliləyəcəyimizə inanıram.

- Xüsusən də, Filip Ozobiçin gedişindən sonra orta sahədə liderlik funksiyasını kim yerinə yetirəcək?

- Sabien Lilay dayaq yarımmüdafiəçisi mövqeyində oynasa da, topla rəftarı çox yaxşıdı. Düzdü, Ozobiç hücuma daha yaxın idi. Ancaq Lilay da orta sahədə Filip qədər faydalıdı.

- Rauf Əliyevdən sonra daha 3 əcnəbi oyunçu transfer etdiniz. Yenilər artıq hazırdılarmı?

- İstənilən yeni futbolçuya uyğunlaşmaq üçün vaxt lazım olur. Rauf əvvəldən bizimlə idi, məşqlərdə iştirak edirdi. Ona uyğunlaşma dövrü gərək olmadı. Ancaq əcnəbilər yavaş-yavaş adaptasiya olunurlar. Gündən-günə daha yaxşı olacaqlar. Çünki kollektivdəki atmosfer əladır.

- Komanda tam istədiyiniz səviyyəyə çatıbmı?

- İndiki vəziyyətə görə, maksimum gücümüz nədi, onu ortaya qoyacağıq. Hələ 3 günümüz qalır. Çalışırıq Avrokubok matçına qədər daha yaxşı duruma gələk.

- İyulun 12-də Avropa Liqasının I təsnifat mərhələsində "Proqres"lə qarşılaşacaqsınız. Rəqibin müsbət və mənfi cəhətlərini müəyyənləşdirə bilmisinizmi?

- Rəqib intizamlı komandadı. Futbolçularımızı da onlar barədə müntəzəm məlumatlandırırıq. Nəticədən asılı olmayaraq, dağılmırlar, oyun intizamını qoruyurlar. 4-1-4-1 taktikasından yararlanırlar, hücuma keçəndə isə bu, 4-3-3-ə çevrilir. Bu taktikanı həmişə qoruyurlar.

- Rəqibin Lüksemburq klubu olması futbolçularda arxayınlıq yaratmaz?

- Xeyr, heç bir arxayınlıq yoxdu. Lüksemburq klubu olsa da, heyətlərində hollandiyalı, fransalı futbolçular var. Kiprdən yeni hücumçu aldılar. Üstəlik, ötən mövsüm "Reyncers" kimi komandanı keçmişdilər. Bütün bunlar bizi məsuliyyətli olmağa vadar edir.

- Başqa yeni transferlər gözlənilirmi?

- Hələ ki, heyətimiz budu. Sabah necə olacağını indidən demək çətindi. "Proqres"lə qarşıdakı oyunlar hansı addımları atmalı olduğumuzu bizə göstərəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

İlham Əliyev və Vladimir Putin BAM veteranları ilə görüşüblər - Yenilənib

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Ən çox oxunanalar