Xəbər xətti

17 NOYABR

21:26 Zlatan İbrahimoviç İsveç yığmasındakı karyerasını bərpa edə bilər

21:20 ABŞ Rusiyanı «Baltikdən Qara dənizə qədər təhlükə» hesab edir

21:14 “Zeynəb Xanlarova bilir ki, əsl sənətlə məşğul olanlar kimlərdir”

21:08 Suriyanın şərqində törədilən partlayış nəticəsində 35 nəfər ölüb

21:02 Banklarda gecikmiş kreditlərin məbləği artıb

20:57 Sloveniyada Mehdi Hüseynzadənin abidəsi ucaldılıb

20:51 Ərdoğan: Afrində eyni tələyə düşmək istəmirik!

20:45 “Azərenerji” “Azərişığ”ın məlumatını təkzib edib

20:42 “Premium” və “Super” markalı benzin bahalaşdı

20:39 Argentinanın sualtı qayığı 44 nəfərlik ekipaj üzvü ilə birlikdə itkin düşüb

20:33 “Eurovision-2018” müsabiqəsində iştirak edəcək ölkələrin sayı 43-ə çatıb

20:27 Oğurlanmış qoyunlar sahibinə qaytarılıb

20:21 Şirvanda yol polisi reyd keçirdi

20:15 Koalisiya qüvvələrinin hava hücumları 15 dinc sakini öldürdü

20:09 Dünyada ilk dəfə insandan insana baş köçürülüb

20:05 Azercell-in 4G xidmətləri artıq Bərdə, Şəmkir və Lənkəranda!

20:03 İngiltərədə təyyarə ilə helikopter toqquşub

19:58 Bakıda yeni teleqüllənin istifadəyə veriləcəyi tarix - Açıqlandı

19:52 Sumqayıtda qadını qətlə yetirən şəxs saxlanılıb

19:46 Türkiyədə tikilməkdə olan məscid çöküb, 1 nəfər ölüb, 6 nəfər yaralanıb

19:40 “Çelsi” klubu yeni stadionunun tikintisinə 1,11 milyard avro xərcləyəcək

19:34 İranda zəlzələ nəticəsində dəyən maddi ziyanın miqdarı açıqlanıb

19:28 Bütöv bir binanın istilik avadanlıqları oğurlandı

19:22 “Ağdamda zəlzələ nəticəsində bəzi evlərdə çatlar yaranıb”

19:16 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

19:10 Gəncədə 14 yaşlı qıza qarşı nalayiq hərəkətlər edən şəxs saxlanılıb

19:04 “Çelsi” “Qarabağ”la oyun ərəfəsində hücumçu problemi ilə üzləşib

19:01 “Bakcell” biznes qurmaq istəyən gənclərə maliyyə ayırıb

18:59 Mənzilin dəyərinin tam tələb olunması qadağan edilir

18:53 Sabah paytaxtın bu hissəsində işıq olmayacaq

18:47 “Bakı Prosesi”nin 10-cu ildönümü qeyd ediləcək

18:41 Azərbaycanda özəl peşə təhsili müəssisələri yaradılacaq

18:35 Səudiyyə Ərəbistanı: şahzadələrə azadlığı pulla almaq təklif olunur

18:29 İlham Əliyev latviyalı həmkarını təbrik etdi

18:23 NATO Türkiyədən üzr istədi

18:17 “Nurgun Motors” prezidentinin “avtoş” oğlu həbsdən çıxır

18:11 Azərbaycanda 5 bal gücündə zəlzələ olub

18:05 Bir Zabil Müqabiloğlu vardı...

17:55 Blogger Mehman Hüseynovun məhkəməsi davam edib

17:50 “ABŞ İraqdakı səhvləri Suriyada da təkrarlayır” – Çavuşoğlu

17:44 Sumqayıtda bir neçə gün əvvəl törədilmiş qətlin üstü açılıb

17:38 “Forbes” ən çox pul qazanan məşhur gənclərin adlarını açıqlayıb

17:33 Qvardiola ayın ən yaxşısı seçildi

17:27 Türkiyə hərbçiləri NATO təlimindən geri çağırıb

17:22 Ermənistan xarici ölkələrdən silah idxalını ƏDV-dən azad edir

17:18 Türkiyə daha ABŞ və NATO-nu dinləmir

17:16 Azərbaycanda kinoya və konsertə gedənlərin sayı çoxalıb

17:13 Politoloq: “Serj Sarkisyan divara dirəndiyini görüb, mənə dedi ki...”

17:10 NATO təlimində Ərdoğan və Atatürkün fotoları hədəf kimi seçilib

17:05 Bolqarıstan Parlamentinin spikeri istefa verdi

17:00 Ərəbistanda gələn həftə kral dəyişir

16:54 Hacıbala Abutalıbov Kərəm Həsənovu məhkəməyə verdi - İddia

16:53 Sərbəst güləşçilərin çempionatı başa çatdı

16:46 Ev həbsində olan Muqabe ilk dəfə xalq qarşısına çıxdı

16:40 “Putin Ərdoğana demək istəyib ki, bu məsələ sənlik deyil” - Şahin Cəfərli

16:40 “Türkiyə S-400 alarsa, NATO texnologiyalarını əldə etməsi məhdudlaşdırılacaq”

16:33 Azərbaycan yığması FİFA reytinqində geriləyəcək

16:28 “İki rol oynamaqla özünü böyük aktrisa sayma”

16:21 Rusiyanın hərbi gücü ABŞ-a çatır – Danford

16:15 Türkiyədə dövlət universitetinin 22 əməkdaşı tutuldu

16:10 Şahzadələrə azadlıq üçün pul ödəmləri təklif edilib

16:03 Əsəd ordusu İŞİD-in nəzarətindəki son bölgəyə girdi

15:56 “Bağışla, sevgilim” - Emin Ağalarov

15:50 “Quli” gəncəli “qanuni oğru”nun statusunu dayandırdı

15:45 “Putinin münaqişənin həllinə ümidi yoxdursa, Lavrov nəyə gəlir?”

15:40 Sergey Lavrovun Bakıya gələcəyi tarix məlum oldu

15:35 Bakıda 43 yaşlı kişini ölümcül hala saldılar

15:30 Zimbabvedə birinci ledinin həbsinə çağırışlar edilir

15:25 İraqda İŞİD-in son dayaq nöqtəsi təmizlənib

15:20 Sürücülərlə bağlı qalmaqallı qanun barədə qərar verildi

15:14 Qobustanda çaqqallar yeniyetmə oğlana hücum etdi

15:10 Zərrab müstəntiqlərə işləməyə başladı: Kimləri ələ verəcək...

15:00 Beynəlxalq Tolerantlıq Günü qeyd edilib

14:55 Xəzər TV 15 yaşlı qıza elçilik təşkil etdi – MTRŞ nə düşünür?..

14:50 Zimbabvedə prezidentin impiçmentinə hazırlıq görülür

14:44 “Kənddə bir gün”

14:39 Küçələrdə reklam üçün ödəniş qaydaları dəyişdirildi

14:34 Almaniyada partlayış törətmək istəyən “azərbaycanlı” erməni imiş...

14:30 Roma papasına lüks avtomobil hədiyyə etdilər

14:25 Aşıqlar arasında efirdə qalmaqal

14:20 ÜDM-nin 8,8 faizi tikintidə istehsal olunub

14:17 Milli Dirçəliş gününə bu gündən baxanda...

14:15 Arvadı polisə şikayət etdiyi üçün özünü öldürən ər

14:11 Azarkeşlər zəlzələyə səbəb oldular

14:06 Azərbaycanda şəxsiyyət vəsiqələrinin müddəti dəyişdirildi

14:05 “Yediklərinizi qusun və evinizə qayıdın...”

14:02 Azərbaycanda “Rəşadət” ordeni təsis edilib

13:36 Dünyanın korrupsiya xəritəsi

13:31 “Azərbaycanın mövqeyinin sammitin bəyannaməsində əksini tapmasına çalışırıq”

13:27 Nərimanov rayonunda Şən və Hazırcavablar Klubu üzrə “Payız Kuboku” keçirilib

13:23 Daşınmaz əmlak üzərində sərəncamın verilməsi sürətləndirilir

13:19 İdman və akrobatika gimnastikası üzrə Azərbaycan çempionatı keçirilir

13:15 “Qarabağ üçün də Qars müqaviləsinə çox böyük ehtiyac var”

13:11 Müdafiə naziri müşavirə keçirib

13:06 “Azərbaycanda 500 qr - 1 kq çəki ilə doğulan körpələrin çoxu sağ qalır”

13:02 “Qarabağ kürd və Yaxın Şərq kimi həlli mümkün olmayan münaqişədir”

12:57 “İndiki Müsavat özünü Rəsulzadənin davamçısı hesab etməsin”

12:53 AFFA rəsmisinə UEFA-dan yeni təyinat gəlib

12:49 2017-ci ilin doqquz ayı ərzində THY ilə 52 milyon sərnişin daşınıb

12:44 Zeynəb Xanlarova Rasim Balayevlə bağlı Səhiyyə Nazirliyinə çağırış edib

12:40 İtaliya mafiyasının lideri öldü

12:35 “Cümhuriyyətin və parlamentin 100 illiyi ilə bağlı işlərə start verilib”

12:31 “Azərbaycanda sürücülər maşını necə gəldi sürürlər”

12:27 21 yaşlı reper narkotikdən öldü

12:23 Türkiyədə baş vermiş partlayış nəticəsində azərbaycanlı tələbə ölüb

12:19 Əhalinin vergilərə və kreditlər üzrə faizlərə xərclədiyi vəsaiti açıqlanıb

12:14 Ərdoğan: “Soçidə danışıqların əsas mövzusu Suriya böhranı olacaq”

12:10 Milli Məclisin növbəti plenar iclası keçirilir

12:05 KXDR ballistik raketlər daşıyan sualtı qayıqlar tikir

12:04 Avropa Birliyi öz ordusunu yaradır - NATO-nun taleyi necə olacaq?

12:01 Qaçırılan qadınların xoşbəxtliyi

11:57 Kral gedir: Yaşasın, 32 yaşlı yeni kral!

11:53 Ağdamdakı zəlzələdən sonra ölkə ərazisində 150 afterşok qeydə alınıb

11:48 Elza Seyidcahan: “Yataq səhnələrində çəkilə bilərəm”

11:44 AMEA: Son 5 ildə ələ keçirilən torpaq sahələri və elmi obyektlər geri alınıb - Siyahı

11:39 Azərbaycan şirkətləri 2018-ci ilə optimizmlə baxır - Sorğu

11:34 Xəstəsinin evinə bazarlıq edən həkim

11:29 Qırğızıstanda dövriyyəyə şaquli dizaynlı əskinaslar buraxılıb

11:28 Putinlə Ərdoğan niyə tez-tez görüşür?

11:25 Kərəm Serenaydan ayrı qala bilmir: “Darıxıram”


MÜSAHİBƏ

...

Sənan Əlləz: “Mənə dedilər o qızı incitmə”

Tarix 10.11.17, 13:50

Font ölçüsü : - / +
bitmap-img6

Asan Radionun aparıcısı, “İmtahan” serialının Turalı…


PİA.AZ gənc aparıcı, aktyor Sənan Əlləzlə müsahibəni təqdim edir.
 
- Sənan, təhsilinizi hansı ixtisas üzrə almısınız?
 
- BDU-nun Geologiya fakültəsini bitirmişəm. Heç vaxt ali məktəb oxumağı düşünməmişəm. Düzü, ailəmiz də sən deyən imkanlı deyildi - fəhlə ailəsi. 17 yaşım var idi, əsgərliyə getməli idim, yarım il vaxtım vardı. Riyaziyyatı yaxşı bilirdim. Elə ilk yazdığım ixtisasa qəbul oldum. Həm də pulsuza. Amma ona oxumaq demək olmaz. Birinci kursda oxuyanda ATV-də belə veriliş var idi: “Çəkirəm ha!”, getdim ora. Qərara gəldim ki, həyatımı radio televiziya, səhnə ilə bağlayacağam. Radioda işlədim, sketçlərə çəkildim. Universitetə az-az gəlirdim.
 
İndi də düşünəndə narahatlıq keçirirəm, özümü kimisə oxuyacaq bir nəfərin yerini tutmuş kimi hiss edirəm. Dövlət hesabına oxumuşam özü də. Vicdan əzabı kimi bir narahatlıq keçirirəm. Bilmirəm Təhsil nazirliyindən üzr istəməliyəm, TQDK-dan, ya BDU-dan? Axırda vicdan əzabından xilas olmaq üçün özlüyümdə bir şey düşündüm.
 
- Nə?
 
- ... Bunu populizm üçün demirəm. Özüm üçün planladığım bir şeydir. Əvəz ödəmək kimi. Düşünmüşəm ki, imkanım olan kimi, hansısa aztəminatlı bir ailənin uşağının 4 illik təhsil haqqını ödəyəcəm.
 
- Sosial məsuliyyət hissi gətirib vicdan əzabına çıxarıb...
 
- Mən qarışqanı tapdayanda əzab çəkən adamam.  Amma insan gərək yerində ola. Mən həmişə o yerimi axtarmışam. Əvvəllər Yuğ teatrına gedirdim, tamaşalardan heç nə də başa düşmürdüm. Müzakirələrə qalıb baxırdım. Sonra qismət oldu ki, rəhmətlik Vaqif İbrahimoğlu ilə görüşdüm. Dedim, uşaqlıqdan arzum aktyorluq oxumaqdı. Müəllim dedi ki, İncəsənət Universitetinə getmə, orada neyləyəcəksən? Nə var, dedi, orada?
 
- Niyə elə dedi?
 
-Bilmirəm. Sonra gedib Bəxtiyar Xanızadə ilə görüşdüm. O da eyni şeyi dedi.
 
- O zaman harada işləyirdiniz?
 
- Araz FM radiosunda aparıcı idim. Məni ilk dəfə filmə Cavid Təvəkkül çəkdi. “İtkin gəlin”in remeykində baş rola çağırdı. O film efirlərə çıxmadı. Amma yenə də izlənildi, anonsları getdi və mən aktyor kimi tanınmağa başladım. Qəribədir, aktyorlar mənə deyirdilər yaxşı aparıcıdır, aparıcılar deyirdi yaxşı aktyordur. Bu 2016-cı ildə Mirsadıq Ağazadənin “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Köşk” filmində çəkilənə qədər davam etdi. Bundan sonra məni aktyor kimi qəbul etməyə başladılar.
 
- Sənan, “Köşk” filmi sizə nə təcrübə verdi?
 
- “Köşk” Mirsadıq müəllimin ilk tammetrajlı bədii filmidir. O, bu filmi 54 yaşında çəkdi. Hesab edin ki, 30 yaşından səndə film çəkmək entuziazmı var və sən bu filmi 54 yaşında çəkə bilirsən.  Onda 25 ilin film çəkmək ehtirası var idi. Mən orada Ağdam qaçqınını oynadım - müharibə görmüş, sonra həyatı bir köşkə bağlanmış insanı. Ssenari İmir Məmmədlinin hekayəsi əsasında işlənib. Məni sınaqlara çağırdılar. Azərbaycan kinosunun əfsanəsi olan Akif Rüstəmovun yanında hesab edin ki, iki universitet bitirdim. O qədər qapılmışdım bu işə, hiss edirdim ki, o obraz mənəm. Elə beləcə də dedim onda; dedim ki, o qaçqın Qafar mənəm, kimi istəyirsiniz sınaq çəkilişinə çağırın. Bilirsiniz, mən ki, bu sahəni oxumamışam, ondan irəli gəlir nədir, çox acam bu sənətə. Uşaqlara deyirəm ki, bu sahəyə aid o qədər şey oxumuşam. Gəlin, bunları danışaq...
 
- Aktyorlar arasında oxuduqlarınızı danışmağa həmsöhbət tapırsınızmı?
- Çox az. Bəlkə də aktyora bunlar lazım deyil. Mən çox oxuyuram, amma bilmirəm axı, aktyoram, yoxsa yox? Bəlkə də Kannın mükafatını Azərbaycana mən gətirdim. Amma “aktyoram- deyiləm” kimi şübhələr həmişə məndə qalacaq. Bəlkə də doğrudan da İncəsənət Universitetini bitirəndən, o diplomun alandan sonra “aktyoram” demək olar. Conni Depp müsahibəsində deyir ki, bu qədər uğurlarım var, amma bəlkə də mən aktyor deyiləm. Bəlkə doğrudan da aktyor olmaq, bu sənəti oxumaq mümkün deyil, aktyor doğulmalısan.
 
- Düşünürsünüz ki, oxuduqlarınız sizə mane olur?
 
- Yox, yox (düşünür). Bəlkə də İncəsənət Universitetində aktyorların həvəsini boğurlar. Sizə bir şey deyim? İnsanlarımız çox qısqancdırlar. Çox az xalq artistimiz var ki, ürəklə cavanları qucaqlayıb uğurlarına görə təbrik edər. Məsələn, Ramiz Novruz mənə deyir ki, biz ailəlikcə sizin seriala baxırıq. Və ya Fuad Poladovun Hikmətin teatrdan getməsinə görə bir şəxsiyyət kimi öz mövqeyini ortaya qoymağı... Amma Mədəniyyət və İncəsənət Universitetində sənətdə öz sözünü demiş xalq artistləri var, onlar gəncləri həvəsləndirməyə, uğurlarını deməyə, qabağa aparmağa, sənət meyarlarını tanıtmağa meylli deyillər sanki.
 
- Bəlkə onlarda heç o sənət yanğısı yoxdur?
 
- Bilmirəm, mənim bunu deməyə haqqım varmı?...
 
- Sənan, uzun müddətdir ki, radio aparıcısınız. Bir aparıcı kimi əsas prinsipləriniz nədir?
 
- 5 ildir, aparıcılıq edirəm. Üç il yarım sırf şou verilişi etmişəm. Rusiya, Türkiyə kanallarında gördüyünüz formatda veriliş aparmışam. Mikrofonu açırdım və hər kəslə danışırdım. Onda bir prinsipim var idi: məni dinləyən adamın ailəsinin üzvü olmaq. Bir də ağıllı görünməyi sevmirəm. Ümumiyyətlə radioda aparıcı ağıllı görünməməlidir. Azərbaycan aparıcısı bilsə ki, heç kimə ehkam kəsmək, ağıl öyrətmək olmaz, onda Azərbaycan telekanallarında ciddi inkişaf olacaq.
 
İndi Asan Radioda saat 7-dən 10-a qədər səhər verilişi aparıram. Bilmədiyim mövzulara girmirəm. Dövlət xidmətilə bağlı vətəndaşın hər hansı sualı varsa onu cavablandırmağa çalışmalıyam. Ümumi prinsipim budur: ağıllı görünmə, ehkam kəsmə.
 
- Radio körpü kimi bir formatınız var idi…
 
- İndi də edirik. TRT Fm-lə. Həftədə on beş-iyirmi dəqiqə siyasətə və başqa sahələrə keçmədən hər iki ölkənin mədəniyyət və idman xəbərlərini paylaşırıq. Acar (TRT FM–in aparıcısı) bu xəbərləri  Ankaradan Bakıya çatdırır, mən Bakıdan Ankaraya.
 
Bilirsiniz, Türkiyədə sinema, radio, televiziya bir yerdədir, teatro ayrı bir sahədir. Məncə belə olmalıdır – radio, televiziyada çalışan kinonu bilməlidir, çünki televiziya, radio kinodan sonra yaranıb. 
 
İndi kinonun gələcəyi yaxşı olacaq deyəndə təəccüblənirəm. Kinomuz artıq o yaşına çatıb ki, ağsaqqal baba kimi məsləhət verməlidir. Amma biz hələ də gözləyirik ki, kinomuzun gələcəyi necə olacaq. Bu haqda 60-cı illərin axırında danışa bilərdik. İndi sadəcə kinoya investisiya yatırmaq, prodüser və menecer məktəbi məsələsini həll etməliyik. “İmtahan” serialı da daxil olmaqla 10-dan artıq layihədə baş və ikinci dərəcəli rollar oynamışam. İndiyə qədər bir adam qolumdan tutub deməyib ki, belə layihə var və mən sənə menecer kimi bunu təklif edirəm… Bircə dəfə prodüser Səbuhi Məmmədli Ukraynadakı layihəyə təklif etdi. Amma ona mən özüm razılaşmadım, serialda qədim rus dilində danışılırdı.
 
“Köşk”ə çəkiləndə gürcü aktyor ilə söhbət edirdik. Yeyib-içəndən sonra adətə uyğun olaraq, qazancımızı soruşduq. O dedi ki, günlük qazancı nədirsə, onun müəyyən faizi menecerinə aiddir. Dedim, olmaz ki, prodüserlə özün danışasan, o məbləğ də elə özünə qalsın? Qayıdıb elə  cavab verdi ki, mən futboldan danışmağa başladım.
 
- Nə dedi?
 
- Dedi ki, yalnız kino industriyası kustar mərhələdə olan ölkədə aktyor özü gedib prodüserlə danışır.
 
- Aydındır… Sənan, radiodakı işinizə görə, çox adamları tanıyırsınız, hər kəsdən nələrsə öyrənirsiniz. Bunlar sizin aktyor kimi işlərinizə kömək edir, ya mane olur?
 
- Əlbəttə, kömək edir. Müzakirəyə cəlb edirəm hamını. “İmtahan”ın rejissoru Ramin deyir, sevinirəm ki, uşaqlar müzakirə edən uşaqlardır.
 
- “İmtahan” serialındakı obrazınız Turalın psixoloji gərginliyi yüksəkdir. O hala düşmək üçün özünüzü necə kökləyirsiz?
 
- Turalın vəziyyətini analiz edir, o vəziyyətə qapanıram. Erik Morris deyir ki, mənə aktyorun obraza münasibəti lazım deyil. Bu maneken və modellərin işidir. Aktyor obraz kimi düşünüb yaşamalıdır.
 
Mən Turalın sudan qorxmağını anlaya bilirəm. Özüm döyüş bölgəsində hərbi xidmətdə olmuşam. Özünü nə qədər cəsur aparsan da, yenə posta çıxanda ilk hissin qorxu olur. Bilirsiniz, hər insan qorxudan, gərginlikdən keçir. Mən o gərginlikdən sonra rahat ağlaya da bilirəm. Heç bir qliserin filan lazım olmur. Az hallarda ağlamağı imitasiya edirəm. 
 
Bu saat Turalla o qədər iç-içə olmuşam ki, bilmirəm sizə indi Sənan müsahibə verir, ya Tural. Uşaqlar deyir, sənin bu Turalla başın xarab olacaq. Deyirəm, siz bu sənəti oxumusunuz, rahatsınız. Amma mən… Bilirsiniz, bu nəyə oxşayır? Serialdakı Pərviz dekan atasına güvənir, mənim güvənməyə bir divarım yoxdur. İstəmirəm ki, üzümə “aktyorluq oxumamısan” desinlər. Ona görə də nəzəri kitablar çox oxuyuram.
 
- Bəs bədii kitablar?
 
- Xalid Hüseyninin romanlarını oxudum. İndi Ekonun “Gülün adı” romanını, Haruki Murakaminin “Norveç meşə”sini oxuyuram. Atam-anam ali təhsili olmayan insanlardır. Amma heç vaxt kitaba pulunu əsirgəməyiblər. Anamın çox yaxşı film zövqü var.
 
- Sənan, seriala görə sizə nə şərhlər gəlir?
 
- İnsanlar o qədər bu seriala qapılıblar ki… Ukraynadan bir xanım oynadığım Tural obrazına görə yazmışdı ki, nə vaxta qədər belə şərəfsiz olacaqsan? Yazdım ki, xanım, mən Tural yox, Sənanam. Deyir, mənə dəxli yoxdur, o qızı incitmə. Adamlar bilə-bilə ki, bu serialdır, kinodur, birbaşa qəbul edirlər. Məsələn, aktyor Əli ilə obrazı Ülvi arasında yer-göy qədər fərq var. Kənardan elə görünür ki, mən çox yüklənmişəm, psixoloji gərginlik məndə çoxdur. Amma bizim aramızda obrazı ilə yüzdə-yüz əks olan Əlidir (Əli Əlizadə-red.). Hamı haradasa özündən nəsə qoyur. Əlisə özünə əks olan “qaqaş” tipini oynayır. Amma bəzi tamaşaçılar elə bilir ki, Ülvi ilə Əli eyni adamlardır.
 
- Serialda Tural qıza qarşı pis hərəkət etdiyi üçün əzab çəkir. Sizin belə bir əhvalatınız olubmu?
 
- Yox, qızlarla belə olmayıb. 14 il bir qızı-sinif yoldaşımı sevmişəm, sonra onunla da evlənmişəm.
 
- Ümumiyyətlə, həyat şərtlərinizdən razısınız?
 
- Çabam sayəsində normal qazanıram, balaca evim, ailəm var. Bu yaxınlarda bir oğlum dünyaya gəldi.
 
- Təbrik edirəm. Ata olduğunuzu hiss edə bilirsiniz?
 
- Bunu yazsanız yoldaşımın xətrinə dəyəcək, amma hələ bunu hiss etmirəm.
 
- Bilirsiniz, bu çox normaldır.
 
- Uşaq hələ ki, nənəsigildə qalır. Gedirəm qucaqlayıram… Belə yaxşı hissdir. Həyat yoldaşım da soruşur ki, nə hiss edirsən? Deyirəm, xüsusi nəsə hiss etmirəm, mənə elə gəlir ki, səninlə evlənəndə bu uşaq da olub həmişə…
 
- Sənan, ağlınızda nə planlar var?
 
- Tarixi-fantastik mövzuda bir ssenarim var. Onu film etmək istəyirəm. Çox bahalı layihədir, amma cəhdlər edəcəm.
 
- Cəhd edənə maneə yoxdur, deyirlər….
 
- Elə deyirlər…(kulis)

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Türkiyə hərbçiləri NATO təlimindən geri çağırıb

bitmap-img3

Rakurs

BDU-nun dosentindən nazirə və DİM sədrinə açıq məktub

bitmap-img3

Seçmələr

Dil öyrənmə problemləri: 3 ayda xarici dil öyrənmək mümkündürmü?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru