Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sən kimsən, ay adam?

Qəşəm Nəcəfzadə yazır...


Qonşuluğumuzda 3 aptek var. Mahnıda deyildiyi kimi, üçü də balam, yanaşı. Eyni dərmanın qiyməti apteklərində 15 manat, birin də 10, birində 5 manatdı. Bahalı aptekdə bir kişi var, özü də  bığlı, yanında da bir qız, saçı cığalı. Prezident dərmanların  qiymətlərini  endirəndə kefi pozulmuşdu bu kişinin. İndi hər şey bahalanıb deyə  kefi yüznən gedir. Hər dəfə  dərmanın qiymətini soruşanda verdiyi cavabla birlikdə   bığaltı qımışır, elə bil, mənə deyir: “Necədü, sənin üçün?”.

Qiyməti  15 manata deyən satıcı ilə   xeyli mübahisə elədim. Dərman ən azından iki dəfə bahalanmışdı.  Mən  birini deyəndə o beşini deyir, hələ yanındakı  qız da bir yandan  ona kömək eləyir, yadından çıxan sözləri yadına salır.  Gördüm, ətrafdakı adamlar məndən qətiyyət gözləyirlər, daha doğrusu, nüfuzedici  baxışları ilə bunu məndən   açıq şəkildə  tələb edirlər. Elə başa düşürlər ki, mən bu saat  nəsə eləyəcəm və çox güman,  etməliyəm də. Lap qınağa düşdüm. Fikirləşdim ki, mən   50 yaşdan sonra   həqiqət deməsəm, bəs nə vaxt deyəcəm? Özü də yazıçıyam, xalqımın dərdini mən  deməsəm, bəs kim deyəcək? Bu amilləri əsas  tutaraq, başımı  aptekin balaca pəncərəsindən içəri saldım, kişiyə dedim ki, sən öl,  bu saat 102-yə zəng edirəm. Kişi dedi ki, bu dəqiqə zəng elə, aptekin nömrəsi də qapıya yazılıb, get bax de. “102” söhbətini  eşidən kimi   alıcılar  daha da ətrafıma yığışdılar.  Ciddi və rəsmi bir  görkəm alıb nömrəni  yığdım.  Aptekin nomrəsini, dərmanın adını dedim, başqa apteklərdə 10 və ya 5 manata satılan Essentral forte  dərmanının  bu aptekdə 15 manata satıldığını söylədim və təcili sürətdə tədbir görmələrini xahiş etdim. Bu sözləri deyəndə  adamlar   bir az məndən  kənara çəkildilər. Gördülər ki, ağzımdan qan iyi  gəlir. Sözümü  deyib bitirən kimi   telefonun o başındakı xanım dedi ki, biz o işə baxmırıq. İqtisadi İnkişaf Nazirliyinə müraciət edin. Nazirliyin qaynar xəttinin telefon nömrəsini də verdi.  Açığı, pərt olmuşdum. Amma  büruzə verməyib, başladım  İqtisadi İnkişaf Nazirliyinin    nömrəsini yığmağa. 195  nömrəsini yığdım, sonra 2 düyməsini basdım, bir   kişi  telefonu açdı,  şikayətimi tam təfsilatı ilə  ərz elədim, o da dedi ki,  dərmanın adını  de. Aptekçi kişi  eşitsin deyə lap ucadan dedim. Kişinin cavabı  xeyli çəkdi.  Konturum da az.  Mən də  telefon xəttində gözləməkdə. Ətrafımda adamlar çoxalıb.  Hamısı qulağını dikib ağzıma. Bir azdan  oğlan dedi ki, qardaş  bizim kompüter xarab olub. 20 dəqiqədən sonra  zəng elə. Bu dəfə  lap pərt oldum. Özümü o yerə qoymayıb,  yenidən nazirliyin qaynar xəttini  yığdım, xeyli çağırandan sonra  dəstəyi bir qadın götürdü. Dedim, hal-qəziyyə bel-belə. O da  dedi, dərmanın adını de. Yenə lap ucadan dərmanın  adını  qışqırdım. Xanım   bir neçə  dəqiqədən sonra  dedi ki, bizdə o dərmanın adı qeydiyyata düşməyib, tez  reseptimdə olan  ikinci dərmanın  adını  dedim, dedi, o da yoxdur, üçüncünü, dördüncünü soruşdum hamsına eyni   cavab aldım:  Bu dərmanlar bizdə  qeydiyyata  alınmayıb.  Anladım ki, bunların  heç kompüteri yoxdur.  Burda lap hirsləndim. Səhiyyə Nazirliyinin   495-40-15  nömrəli qaynar xəttini yığıb başladım aptekin içində o baş bu başa  vargəl eləməyə.  Bir iki dəqiqədən sonra telefonun  o biri başında qəşəng bir xanım səsi gəldi. Dərdimi ərz elədim, “15, 10, 5” məsələsini geniş şəkildə xanıma anlatdım.  O da  dedi, rəsmi şəkildə ərizə  yazın, şəxsiyyət vəsiqənizin surətini çıxartdırın, gətirin verin bizə. Şikayətinizə 10 gün müddətinə baxılacaq. Daha heç nə demədim. Bığlı satıcı   lap yaxına gəlib  üzümə  baxıb gülürdü. Bilmədim, nə edəm? Başa düşdüm ki,  dərman ticarəti  dərin  bir bataqlıqdır, girsəm, ömür boyu çıxa bilməyəcəm.  Pərt halda  aptekdən çıxanda   arxadan bir arvadın sözü məni yaxaladı.

- Lap yaxşı  eləyib baha verirlər, sənə nə? Bunlar da dolanmalıdır, ya yox.  Camaat acından ölməlidir bəyəm?

Arxaya çevrildim, cındırından cin  hürkən, dilənçiyə oxşayan bir arvad idi, bəlkə də, kasıbçılıq onu bu hala salıb, o sözü deməyə  məcbur etmişdi. Bu da xalq. Tez fikrimdən daşındım. Bu, xalq  ola bilməzdi, yox, yox!  Bəs onda bu adam kim idi?(kulis)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Şoyqunun həbs edilən müavini Alina Kabayeva ilə eyni qəsəbədə villa tikdirib

Ən çox oxunanalar