Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidova qarşı sanksiya Azərbaycanla Avropa Şurasının münasibətlərinə necə təsir edəcək?


Eldar Namazov: “Azərbaycana qarşı tətbiq edilən sanksiyaları yüngül sanksiya hesab edirəm və ola bilsin ki, AŞ PA-da bu qərardan narazı qalıb kampanyanı davam etdirsinlər”


Xəyal Bəşirov: “Sanskiyanın sırf Səməd Seyidovun özünə görə tətbiq olunmasından dolayı nümayəndə heyətinin rəhbəri dəyişdirilə bilər”.

Dünən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi  4 nəfər AŞPA üzvünə - AŞPA-da İspaniya nümayəndə heyətinin başçısı Pedro Aqramunta, Avropa Xalq Partiyasının başçısı və AŞPA-nın Reqlament komitəsinin üzvü Sezar Florina Predaya, AŞPA-da Azərbaycan nümayəndə heyətinin başçısı Səməd Seyidova və İspaniyanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Jordi Şuklaya qarşı sanksiyalar tətbiq edib. Adı sadalanan bu deputatların davranış kodeksini ciddi şəkildə pozduğu, onların müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edildiyi bildirilir. Pedro Aqramunta münasibətdə 10 il, digər üzvlər - Sezar Florina Predaya, Səməd Seyidova və Jordi Şuklaya qarşı isə 2 il ərzində qüvvədə olacaq sanksiyalar çərçivəsində onlar təyin olunmaq və ya məruzəçi kimi çıxış etmək, bir sıra əsas vəzifələrə qoşulmaq və ya seçkiləri müşahidə etmək kimi səlahiyyətlərindən məhrum ediliblər.

Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə ona qarşı qurum tərəfindən tətbiq olunan sanksiya ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib. O, qeyd edib ki, sanksiyalar sadəcə hansısa seçki missiyalarında iştirak, hansısa ölkəyə məruzəçi və sair bu kimi sahələrə tətbiq edilib və Azərbaycan AŞPA-da fəaliyyətini davam etdirəcək. 

Bəzi ekspertlərə görə isə  AŞPA-nın qərarı  deputat Səməd Seyidovun istefaya göndərilməsi ilə nəticələnə bilər. 

Ümumiyyətlə, Avropa Şurasınin bu qərarı  Azərbaycanın Avropa Şurası ilə münasibətlərinə necə təsir edə bilər? Həmçinin Azərbaycan  Avropa Şurasının öhdəliklərini hansı səviyyədə yerinə yetirə bilir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı Azərbaycan Naminə İctimai Forumun (ANİF) prezidenti, politoloq Eldar Namazov və vəkillər kollegiyasının üzvü, vəkil Xəyal Bəşirovun fikirlərini öyrənib.   

Image result for eldar namazov pia.az

Eldar Namazov: “Güman edirəm ki, gələcəkdə bu məsələ daha da böyüyə bilər”.


AŞPA-nın özünün gələcəyinin sual altında olduğunu vurğulayan politoloq Eldar Namazova görə, Azərbaycana qarşı tətbiq edilən sanksiyalar elə də ciddi əhəmiyyətə malik deyil:

AŞPA-nın qərarı artıq  Avropa Şurası-Azərbaycan münasibətlərinə təsir etməyə başlayıb. Ümumiyyətlə, Azərbaycanın beynəlxalq imicinə çox ciddi zərbə dəyib. Əslində bu məsələ sadə məsələ deyil. Bu məsələnin çox dərin qatları var. Birincisi, bu sanksiyalar o qədər də ciddi sanksiyalar deyil. Avropa Şurası yalnız dörd deputatın mandatına müəyyən məhdudiyyətlər qoyub. Onların mandatları əllərindən alınmayıb. Sadəcə olaraq, deputatların mandatında mövcud olan fəaliyyətlərdən bir qismi əllərindən alınıb. Avropa Şurasına bir neçə təşkilatlar daxildir və bildiyim qədəriylə, həmin təşkilatlardan bəziləri AŞ PA-nın bu məsələ ilə bağlı qərar qəbul edilməsi üçün müəyyən təzyiqlər ediblər. Ona görə də kompramis variant seçilib. Bir tərəfdən sanksiyalar qəbul edilib, digər tərəfdən isə o qədər də ciddi deyil. 

Güman edirəm ki, gələcəkdə bu məsələ daha da böyüyə bilər. Avropa Şurasına daxil olan strukturlar hələ bu sanksiyaları qiymətləndirməlidirlər və qərarı yetərli saymasalar, onlar tərəfindən də hansısa yeni qərarlar qəbul oluna bilər. Ümumilikdə Avropa Şurasının özü və AŞ PA çox dərin böhran içərisindədir. Orada qalmaqallar təkcə Azərbaycanla bağlı deyil, elə AŞ PA-nın sədrinin Rusiyanın hərbi təyyarəsində Suriyaya səfər edib, Bəşər Əsədlə görüşməsi daha böyük qalmaqala səbəb olmuşdu. 

Eldar Namazov: “Avropa Şurasının qərarlarına görə Azərbaycan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmir”.


Avropa Şurasının Parlament Assambleyasına daxil olan ölkələrin az qala 30%-i monitorinq altındadır. Həmin ölkələrdə demokratiya, insan haqları ilə bağlı çox ciddi problemlər var. Təşkilatın əsas məqsədi məhz demokratiya, insan haqq və hüquqlarının aliliyi daxil olsa da, təşkilata daxil olan ölkələrin bəzilərində bu məsələ ilə bağlı problemlər mövcuddur. Hətta bəzi ölkələrdə problem getdikcə böyüyür. Bu baxımdan AŞPA-nın elə öz daxilində də problemlər mövcuddur və böhrandadır. AŞPA-nın gələcəyi ilə bağlı çox böyük müəmmalar var. Azərbaycana qarşı tətbiq edilən sanksiyaları yüngül sanksiya hesab edirəm və ola bilsin ki, bu qərardan narazı qalıb kampanyanı davam etdirsinlər. 

Ümumiyyətlə, Avropa Şurasının qərarlarına görə Azərbaycan öz üzərinə düşən öhdəlikləri tam yerinə yetirmir. Ona görə Azərbaycan hələ də monitorinq altındadır. Avropa Şurasının Parlament Assembleyasına daxil olan 47 ölkədən 13-ü bu vəziyyətdədir. Buna görə təşkilatın özünün gələcəyi belə sual altındadır”.


Xəyal Bəşirov: “Avropa Şurası tərəfindən Azərbaycana sanksiya tətbiq edilməsi yaxşı hal deyil”.


Avropa Şurası tərəfindən Azərbaycana sanksiya tətbiq edilməsinin  yaxşı hal olmadığını qeyd edən hüquqşünas Xəyal Bəşirovun fikrincə, Qarabağ münaqişəsinin həlli baxımından da Azərbaycanın Avropa Şurasına ehtiyacı var:

“Bildiyiniz kimi, Azərbaycan 90-cı illərdə Avropa Şurasına üzv olmaq üçün müraciət edib və Azərbaycanla Avropa Şurası arasında əməkdaşlıq formalaşıb. 2001-ci ildən isə tamhüquqlu üzvü oldu və münasibətlər daha da yaxşılaşdı. Hətta cənab prezident İlham Əliyev 2001-2003-cü illərdə Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyətinin rəhbəri olub. 2003-cü ilin yanvar ayında isə Avropa Şurası Parlament Assambleyası sədrinin müavini, AŞ PA-nın Büro üzvü seçilib. Yəni ki, Azərbaycanın Avropa Şurası ilə münasibətləri heç də indiki kimi olmayıb. 

Müəyyən səbəblərdən elə vəziyyət yarandı ki, artıq Azərbaycanın həmin qurumdakı nümayəndə heyətinin rəhbərinə sanksiya tətbiq olundu. Fikrimcə, səbəblərdən biri Azərbaycanın Qarabağ münaqişəsi ilə bağlı dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və Avropa ölkələrinə qarşı Ermənistana hüquqi qiymətin verilməsi üçün etdiyi çağırışlar ola bilər. 

Eyni zamanda bu yaxınlarda Azərbaycanın  Diasporla  iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimov vəzifə səlahiyyətlərini lazımınca yerinə yetirmədiyinə görə vəzifəsindən olundu. Bu da başqa bir səbəb ola bilər.  Çünki həmin qurumun əsas vəzifələrindən biri də xaricdə yaşayan azərbaycanlılarla işin qurulmasından ibarət idi. İşin düzgün qurulmaması səbəbindən hazırda Avropada və digər dünya dövlətlərində yaşayan bəzi vətəndaşlarımız ayrı-ayrı təşkilatlara,  beynəlxalq  qurumlara Azərbaycanda qanun pozuntularının  olması ilə bağlı müraciətlər edirlər. Əslində qanunsuz olaraq Azərbaycanın adından o cür neqativ çıxışlar edirlər və Azərbaycana təzyiq göstərilməsini tələb edirlər. Bundan başqa, Avropa İnsan haqları məhkəməsinə Azərbaycanın əleyhinə bir sıra müraciətlər edilir. 


Xəyal Bəşirov: “Avropa Şurasına edilən müraciətlər içərisində Azərbaycanın lehinə olan qərarlar da mövcuddur”.


Hesab edirəm ki, Səməd Seyidovun öz fəaliyyətində də müəyyən nöqsanlar ola bilər. Avropa Şurası tərəfindən Azərbaycana sanksiya tətbiq edilməsi yaxşı hal deyil. Avropa Şurası bir tribunadır və  orada Ermənistan və ermənipərəst dövlətlərlə Azərbaycan arasında mübarizə gedir. Bu qurumda lazımi tədbirlərin görülməsinə dair məhdudiyyətlər yaşaya bilərik. Hansı ki, elə bizim nümayəndə heyətinin rəhbəri lazım olan tədbirlərdə iştirak etməkdən məhrum edilə bilər. Bu isə bizim ziyanımıza olan nəticələrə səbəb ola bilər. Sanskiyanın sırf Səməd Seyidovun özünə görə tətbiq olunmasından dolayı nümayəndə heyətinin rəhbəri dəyişdirilə bilər. Bəlkə də buna ehtiyac var. Çünki nümayəndə heyətimizin digər rəhbəri olarsa, ona qarşı bu sanksiyalar tətbiq edilməyəcək. 

Öhdəliklərə gəlincə, insanlarımız Avropa Şurasının Azərbaycanın daxilində qəbul edilən qərarların dəyişdirilməsinə xidmət etdiyini düşünürlər. Əslində isə belə deyil. Avropa Şurası yalnız və yalnız konversiyanın tələblərinə riayət edilib-edilməməsinə nəzarət edir. Avropa Şurasına edilən müraciətlər içərisində Azərbaycanın lehinə olan qərarlar da mövcuddur. Elə bu qərarlar Azərbaycanın öz üzərinə düşən öhdəlikləri nə dərəcədə yerinə yetirdiyini göstərən amillərdən biridir. 

Hesab edirəm ki, Avropa Şurası Azərbaycana lazımdır və münasibətlərin yaxşılaşdırılmasına dair tədbirlərin görülməsinə ehtiyac var. Bu, Qarabağ münaqişəsinin həlli istiqamətində də lazımlıdır”. 

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Ən çox oxunanalar