Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səməd Seyidov AŞ PA-ya gedəcəkmi?


Milli Məclis iyunun 12-də nümayəndə heyətinin tərkibinə yeni şəxslər seçəcək


Xəbər verildiyi kimi, Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) nümayəndə heyətinin boşalan 2 yerinə təklif olunan namizədlərin adları təsdiqlənib.

AŞPA nümayəndə heyətinin iki yeni üzvü-deputatlar Naqif Həmzəyevin və Çingiz Qənizadənin namizədliyi qəbul edilib. Onların AŞ PA-nın iyunun sonunda keçiriləcək yay sessiyasında iştirakı gözlənilir.

Qeyd edək ki, Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin üzvləri Rövşən Rzayev Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri, Vüsal Hüseynov isə Dövlət Miqrasiya Xidmətinin rəisi vəzifələrinə təyin ediliblər. Bu səbəbdən də onların deputatlıq mandatına xitam verilib.

Çingiz Qənizadə və Naqif Həmzəyevin AŞ PA-dakı nümayəndə heyətinin üzvlüyünə daxil edilməsi məsələsinə Milli Məclisin iyunun 12-də keçiriləcək növbədənkənar plenar iclasında baxılacaq.

Azərbaycanın AŞ PA-dakı nümayəndə heyətinə aşağıdakı deputatlar daxildir: Səməd Seyidov (sədr), Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elşad Həsənov, Rəfael Hüseynov, Ülviyyə Ağayeva, Asim Mollazadə.

AŞ PA komitəsinin sanksiyasından (AŞ PA-nın Prosedur qaydaları, immunitetlər və institusional məsələlər komitəsi korrupsiyada adı hallanan AŞ PA üzvləri Pedro Aqramunt, Sezar Florin Preda, Səməd Seyidov və Cordi Xuclaya qarşı may ayında sanksiyalar tətbiq edib. Sanksiya Pedro Aqramunta qarşı 10 il, digər üzvlərə qarşı 2 il ərzində qüvvədə olacaq.

Qərarda qeyd olunur ki, AŞ PA üzvləri üçün nəzərdə tutulmuş “Davranış Qaydaları” Məcəlləsinin 25-ci bəndinə əsasən, S. Seyidovun öz işini məsuliyyətli və dürüst şəkildə icra etmədiyi, fəaliyyətində AŞ PA-nın etik qaydalarını ciddi şəkildə pozduğu aşkarlanıb.

O, müvəqqəti olaraq Assambleyanın mandatından məhrum edilib) sonra Səməd Seyidovun nümayəndə heyətinin rəhbəri vəzifəsindən çıxarılacağı, hətta nümayəndə heyətinin tərkibindən xaric ediləcəyi gözlənilirdi. Lakin gələn məlumatlara görə, hakimiyyət belə bir addımı ən azından yaxın vaxtlarda atmamaq qərarındadır. Bunu Milli Məclisin sədri Oqtay Əsədovun sanksiya məsələsi ilə bağlı parlamentdə gedən müzakirələr zamanı Səməd Seyidovu tərifləməsi, haqlı çıxarması və Seyidova “Səməd, narahat olma. Sən daha da möhkəm, daha da mübariz ol” deyə dəstək verməsi də xəbər verirdi.

İyunun sonlarında AŞ PA-nın yay sessiyasına Səməd Seyidovun qatılıb-qatılmayacağına gəlincə, Milli Məclisdəki mənbələrdən əldə etdiyimiz məlumata görə, Seyidov böyük ehtimalla Strasburqa gedəcək.

Onu da bildirək ki, AŞ PA-nın yay sessiyasında Serbiya üzrə həmməruzəçi olan Səməd Seyidovu əvəzləyəcək şəxs seçiləcək. Bunu Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak deyib.

S.Şennak bildirib ki, AŞ PA-nın Serbiya üzrə həmməruzəçisi Səməd Seyidov iki il müddətinə bütün hüquqlardan məhrum edildiyindən onun yerinə yeni həmməruzəçinin seçilməsinə ehtiyac var: “Səməd Seyidov bundan sonra vəzifəsini icra edə bilməyəcəyindən Serbiya üzrə yeni həmməruzəçi seçməliyik”.

AŞ PA-dakı nümayəndə heyətinin üzvü Fazil Mustafa bir qədər əvvəl “Yeni Müsavat”a açıqlamasında bildirmişdi ki, Avropa Şurasının sanksiya tətbiq olunan deputatın, o cümlədən Səməd Seyidovun ümumiyyətlə nümayəndə heyətinin tərkibindən çıxarılması, başqası ilə əvəz olunması tələbini irəli sürməsi baş verə bilər.

Lakin hələ ki belə bir tələb irəli sürülməyib. (musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Daha bir ölkə Fələstini dövlət kimi tanıyıb    

Ən çox oxunanalar