Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümovun sosial yardımları ləğv etmək strategiyası: Problem həll edilir, yoxsa yanından keçilir?


Məhəmməd Talıblı: “Düşünürəm ki, yaxın 6-7 il ərzində sosial yardımlara ehtiyacı olanların sayı artacaq ki, azalmayacaq”


Lalə Mehralı: “Özünəməşğulluq  tək sosial problemi həll etmir, bu həm də iqtisadi güclənməkdir. Bu yolla biznes potensialı olan, özünün kiçik sahibkarlığını yaradan, bacardığı işlə məşğul olacağı bir iş yeri açmaq istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir”.

Xəbər verdiyimiz kimi, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Səlim Müslümov bir neçə gün öncə Milli Məclisin Əmək və Sosial Siyasət Komitəsinin iclasında bildirib ki, yaxın 6-7 il ərzində ünvanlı sosial yardımın ləğv edilməsi nəzərdə tutulur. Nazir qeyd edib ki, ünvanlı sosial yardımlar alan ailələr üçün özünüməşğulluq proqramlarının icrasına başlanılıb. O, növbəti ildə özünüməşğulluq sisteminin inkişaf etdirilməsi və daha geniş əhali təbəqəsini əhatə etmək məqsədi ilə 35,6 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu da bildirib. 

Hökümətin bu addımını necə dəyərləndirmək olar? Özünüməşğulluq proqramları kasıb əhalinin problemlərini həll edə biləcəkmi və dövlətin yardımına ehtiyacı olan şəxslərə verdiyi sosial yardımın ləğvi sonucda hansı fəsadlara və yaxud irəliləyişə səbəb ola bilər? Dünya praktikasında kasıb əhaliyə verilən sosial yardımlar əsasən hansı ölkələrdə tətbiq olunur? Avropanın və digər inkişaf etmiş ölkələrdə belə yardımlar verilirmi? Həmçinin MDB məkanında bu məsələ ilə bağlı vəziyyət necədir?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı sosioloq-jurnalist Lalə Mehralı və iqtisadçı ekspert Məhəmməd Talıblının fikirlərini öyrənib.

Image result for lalə mehralı

Lalə Mehralı: “Özünüməşğulluq üçün dövlət dəstəyinin göstərilməsi daha məqsədəuyğundur”.


Ünvanlı sosial yardımın ləğvinin tərəfdarı olduğunu bildirən sosioloq Lalə Mehralıya görə, özünəməşğulluq proqramları vətəndaşların sosial vəziyyəti daxil olmaqla, ölkə iqtisadiyyatının inkişafın da müsbət təsir edə bilər:

“Əvvəllər də sosial yardım məsələsini müzakirə edərkən ləğv edilməsinin tərəfdarı olmuşam. Çünki dövlət başçısının inamından sui-istifadə edən kiçik məmurlar xırda rüşvət müqabilində və ya tanışlıq-qohumluq əlaqələrindən istifadə edərək  sosial yardım üçün yararlı olmayan, bu pula haqqı və ehtiyacı olmayan insanlara yardım ayırmağa nail olur. Nəticədə ehtiyacı olanlar üçün dövlətin ayırdığı pul ehtiyacı olmayanlara gedir, əhali haqlı olaraq buna narazılıq edir. 

Məncə özünüməşğulluq üçün dövlət dəstəyinin göstərilməsi daha məqsədəuyğundur.  Bir şərtlə ki, üzərində ciddi nəzarət tətbiq olunsun. Özünüməşğulluq üçün ödənən məbləğə həqiqətən hər hansı bir məşğulluq, kiçik sahibkarlıq, gəlir yeri yaradılması barədə  vaxtaşırı lazımi orqana hesabat verilsin. Beləcə, dövlət həm ehtiyacı olan insanlara, ailələrə sosial baxımdan dəstək vermiş olur, həmçinin ölkəmizdə kiçik sahibkarlığın güclənməsinə artmasına yol açmış olur.

Özünəməşğulluq  tək sosial problemi həll etmir, bu həm də iqtisadi güclənməkdir. Bu yolla biznes potensialı olan, özünün kiçik sahibkarlığını yaradan, bacardığı işlə məşğul olacağı bir iş yeri açmaq istəyən Azərbaycan vətəndaşı dövlətin verdiyi dəstəyin sayəsində öz biznesini qura bilir və iqtisadi proseslərin aktiv iştirakçısına çevrilir. Beləcə həm vətəndaş qazanır, həm də ölkəsinin iqtisadiyyatına dəstək verir. Bu variant ehtiyacı olan ailəyə  hər ay bəlli bir miqdarda pul ödəməkdən daha məntiqli deyilmi? Necə deyərlər, birinə balıq verməkdənsə, balıq tutmağı öyrətmək lazımdır”.

Image result for məhəmməd talıblı pia.az

Məhəmməd Talıblı: “Sosial yardımların aradan qaldırılacağını planlaşdıran hökumət ilk olaraq, sosial problemlərin həllini özündə ehtiva edən təkmil mexanizmlərə sahib olmalıdır”.


Sosial yardımların aradan qaldırılması üçün sosial problemlərin həllinin vacib olduğunu vurğulayan iqtisadçı ekspert Məhəmməd Talıblı hesab edir ki, önümüzdəki illərdə sosial yardıma ehtiyac olan şəxslərin sayının artacağı gözləniləndir:

“Əvvəla, ünvanlı sosial yardımların kəsilməsi üçün gərək elə effektiv sosial və iqtisadi siyasət yürüdülsün ki, bu simvolik yardıma ehtiyacı olanlar ümumiyyətlə, olmasın. Mən isə tam əksini proqnozlaşdıraraq düşünürəm ki,  yaxın 6-7 il ərzində sosial yardımlara ehtiyacı olanların sayı artacaq ki, azalmayacaq. Çünki məntiqlə iri neft pullarının ölkə iqtisadiyyatına daxil olduğu bir zamanda “limonu” “limonada” çevrə bilməmişiksə, o zaman postneft dövründə səmərəli sosial infrastruktur necə formalaşdırılacaq? 

Neft gəlirlərinin iqtisadi təvsirləri ilə yanaşı, sosial səmərəsi o qədər olmadı ki, biz yaxın illərdə bu yardımların azaldığını düşünək. Nəzərə alaq ki, neft gəlirləri, yüksək ÜDM artımı, büdcə profisiti fonunda sosial problemləri fundamental formada həll edə bilməyən hökumət əksinə, yaxın illərdə daha ağır sosial problemlərin şiddətlənməsi üçün əsaslar yaradıb.

Neft gəlirlərinin iqtisadiyyata birbaşa təsiri ilə bərabər, dolayı təsirləri də sosial problemlərə yardım edirdi. Sosial biznes, o cümlədən kiçik və orta bizneslə məşğul olan vətəndaşlarımızın bir çox hallarda satdıqları və ya xidmət göstərdikləri sektor neft sektoru idi.  Postneft dövründə iqtisadi cazibədarlığını itirdiyi və hasilatın aşağı düşdüyü bir mərhələdə həmin biznes subyektləri həm iqtisadi, həm də sosial problemlərinin həll edilməsində çətinlik çəkəcəklər. Çoxlu sayda analoji problemlər sosial problemlərin həllinə yox, daha çox gərginləşməsini proqnozlaşdırmağı söyləməyə imkan verir.

Təcrübə məsələsinə gəlincə, hansı dövlət ki, milli gəlirin bölüşüdürülməsində daha çox nisbəti gözləməyibsə, həmin hökumətlər daha çox sosial dövlət modelinə uyğun olaraq, sosialyönümlü xərcləri artırır. Nəzəri baxımdan yanaşsaq, dövlətin əsas funksiyalarından biri sosial təminat sisteminin yaradılması, həssas sosial qrupların maraq və mənafeyini yüksək səviyyədə təmin etməkdir. Bu mənada hətta dövlətin güclü rifaha qovuşdurduğu dövlətdə sosial dəstək proqramları aradan qaldırılmır. Bu, ümumiyyətlə dövlətin yoxluğunun etirafıdır. Nonsensdir. Ona görə də sosial yardımların aradan qaldırılacağını planlaşdıran hökumət ilk olaraq, sosial problemlərin həllini özündə ehtiva edən təkmil mexanizmlərə sahib olmalıdır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Ən çox oxunanalar