Çərşənbə axşamı, 23 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səlim Müslümovun qaynı və kompanyonu... - Onları nə gözləyir?..


Ağalar Xasıyev və Elçin Məmmədov uzun illəri boyu Səlim Müslümova arxalanaraq çoxlu sayda maliyyə maxinasiyaları və saxta işlər həyata keçiriblər


“Dövlət Sosial Müdafiə Fondunda korrupsiya faktları o qədər böyükdür ki, qurumun idarələrini bir-bir yoxlamaq xeyli vaxt çəkəcək”. Bu sözləri Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində aparılan yoxlamalar barədə MilliYol-a danışan məlumatlı mənbə bildirib.

Dünən yayılan rəsmi xəbərlərə əsasən Hesablama Palatası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsində nəzarət tədbiri həyata keçirir. Hesablama Palatasından verilən məlumata görə, bu ilin aprelin 2-dən nəzarət tədbiri başlanılıb və may ayının sonunda başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, DSMF-nin sözügedən idarəsinə keçmiş nazir Səlim Müslümovun qaynı Ağalar Xasayev rəhbərlik edir. Qanunla yaxın qohumların eyni qurumlarda rəhbər vəzifələrdə çalışması yasaq olsa da  demək olar ki, Azərbaycanda bu yasaq işləmir və bütün nazirlər, idarə rəhbərləri yaxın qohumlarını rəhbərlik etdikləri qurumlarda rəhbər vəzifələrə təyin edirlər. Bu isə cəzasızlıq şəraitində korrupsiyanın daha da çiçəklənməsinə yol açır. Bu baxımdan keçmiş nazir Səlim Müslümov da istisna deyil. Səlim Müslümovun və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin keçmiş Aparat rəhbəri Əjdər Cəbiyevin onlarla qohumu bu qurumda çalışıblar və şalışmaqda davam edirlər. Sahil Babayevin Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri təyinatından sonra adı çəkilən qurumda keçmiş nazir Səlim Müslümova bağlı korrupsioner məmurlar isə hazırda ciddi təşviş içindədirlər. Məlumata görə Səlim Müslümovun korrupsiyaya bulaşmış adamları səssiz vəzifədən getməyə çalışsalar da onların bu planını hazırkı nazir pozmaqda davam edir. MilliYol-a daxil olan məlumata görə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sələfinin dövründə dövlətin milyonlarını mənimsəyən vəzifəli şəxslərin işlərinin araşdırılması tapşırığını verib. Məhz Hesablama Palatasınında ötən həfət ƏSMM-də Səlim Müslümovun vaxtında baş verən korrupsiya faktlarını açııqlaması isə keçmiş nazirin həm özünü, həm də adamlarını çətin vəziyyətə salıb. 

Saytımıza daxil olan məlumata görə Sahil Babayevin təyinatından 1 gün sonra könüllü ərizəsini verən şəxslərdən biridə keçmiş nazir Səlim Müslümovun qaynı və hazırda Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsinin rəisi Ağalar Xasiyev olub. Məlumatda vurğulanır ki, Ağalar Xasiyev ərizəsini DSMF rəhbəri Zakir Babayevə (onunda vəzifədən alınacağı deyilir-red) və nazirin adına göndərib. Ancaq Səlim Müslümovun qaynının ərizəsi qəbul edilməyib. Bu isə Ağalar Xasıyevi və ətrafını ciddi şəkildə narahat etməyə başlayıb. 

MilliYol.az-a daxil olan məlumatda bildirilir ki, Dövlət Sosial Müdafiə Fondunda korrupsiya faktları o qədər böyükdür ki, qurumun idarələrini bir-bir yoxlamaq xeyli vaxt çəkəcək. Buna görədə Ağalar Xasıyevə göstəriş verilib ki, yoxlamalar başa çatana qəədər gözləsin. Böyük ehtimalla yoxlamaların nəticəsində həbslər həyata keçiriləcək. Bunların arasında isə Ağalar Xasıyev və müavini Elçin Məmmədovun adları xüsusi olaraq hallanır. Çünki Ağalar Xasıyev və Elçin Məmmədov uzun illəri boyu Səlim Müslümova arxalanaraq çoxlu sayda maliyyə maxinasiyaları və saxta işlər həyata keçiriblər. 

Mənbəmiz qeyd edib ki, Dövlət Sosial Müdafiə Fondunun Hərbi qulluqçular və xüsusi rütbəli şəxslərlə iş idarəsində kütləvi şəkildə həyata keçirilən saxta işləri  sayəsində illərdir dövlətə milyonlarla manat ziyan vurulub. Dəfələrlə Ağalar Xasıyevin rəhbərlik etdiyi idarə ilə bağlı ƏSMM və digər qurumlara çoxlu sayda şikayətlər edilməsinə baxmayaraq Səlim Müslümovun qaynına “gözün üstə qaşın var” deyən olmayıb. 

Başqa bir mənbədən əldə etdiyimiz məlumatda bildirilir ki, yoxlamalarla əlaqədar Ağalar Xasıyevlə bərabər “birəsinə bit düşən” ikinci şəxs onun müavini Elçin Məmmədovdur. Bu həmin Elçin Məmmədovdur ki, xeyli müddət Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Xətai şöbəsinin müdiri vəzifəsində işləyib. Əslən Qəbələ rayonundan olan Elçin Məmmədov karyerasına ƏSMM-də nazirliyin özündə başlasa da yol verdiyi çox ciddi nöqsanlara görə payxat rayonlarından birinə adi işçi kimi göndərilib. Ancaq Səlim Müslümov ƏSMM naziri təyin edildikdən qısa müddət sonra Elçin Məmmədovun ulduzü yenidən parlamağa başlayıb. 

Məlumata görə Elçin Məmmədov ilk öncə nazirliyə daha sonra isə paytaxtın “yağlı” rayonlarından sayılan DSMF-nin Xətai şöbəsinin müdiri təyin edilib. Xətai DSMF müdiri işlədiyi dövrdə Elçin Məmmədovun nazirliyin aparat rəhbəri Əjdər Cəbiyevə (Ol) və indiki rəisi Ağalar Xasıyevə milyonlarla pul yedizdirdiyi deyilir. Qeyd edək ki, bir müddət əvvəl ölkə mətbuatında Elçin Məmmədovun Xətai DSM-də etdiyi saxtakarlıqlarla bağlı çoxlu sayda məlumatlar dərc edilmişdi. Həmin məlumatlarda vurğulanırdı ki, Elçin Məmmədov Xətai rayonunda fəaliyyət göstərən yüzlərlə ticarət və iaşə obyektlərindən yığılan kvartal vəsaitin bir hissəsini saxtalaşıdıraraq cibinə qoyur. İl ərazində bu məbləğ  yarım milyon manatdan çox pul edir. Ölkə mətbuatında dərc edilən məlumatlarda qeyd edilirdi ki, Elçin Məmmədov həyata keçirtdiyi saxtakarlıq sayəsində əldə etdiyi vəsaitin yarı hissəsini məhz nazirlikdəki havadarlarına verir. 

Bildirək ki, Elçin Məmmədov haqqında silsiləli məlumatların gündəmə çıxmasından sonra Baş Prokurorluq yanında Korrupsiya qarşı Mübarizə İdarəsi tərəfindən Xətai DSMD-də əməliyyat aparılmış, nəticədə şöbənin əməkdaşı cinayət məsuliyyətinə cəlb olunmuşdu. Ancaq Səlim Müslümovun yaxın adamlarından olan Elçin Məmmədovun saxtakarlıqları ört basdır edilərək himayədarı Ağalar Xasıyevin müavini vəzifəsinə təyinat aldı. 

MilliYol-a daxil olan məlumatda bildirilir ki, Elçin Məmmədov yaxın keçmişində etdiyi saxtakarlıqlardan qorxuya düşərək Qəbələdəki qohumları, tanışları vasitəsi ilə yeni nazir Sahil Babayevə əlaqə axtarır. 

Mövzuya qayıdacağıq. Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Peskov sülhməramlıların Qarabağdan çıxarılmasının səbəbini açıqladı    

Qan şəkərini aşağı salan və xolesterolu “parçalayan” meyvə

Bərdə sakinlərini dəhşətə salan hadisə: İlanlar evlərə hücum etdi - Video

Paşinyan: "Ermənilərin Qarabağa qayıtması üçün heç bir imkan yoxdur"

Azərbaycanda ictimai nəqliyyatla bağlı xoş xəbər

Aprelin sonuna qədər xoşagəlməz sarsıntılar gözləyir - Üç bürcə xəbərdarlıq

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Rusiyanın sülhməramlıları Qarabağdan Ermənistana gedir

Nəzrinlə Mərdanın toyundan görüntülər - Video

Ən çox oxunanalar