Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sel Ağsuda çayın bəndini uçurdu - Video

Aramsız yağan yağışlar Ağsu çayında sel yaradıb


ARB Aran xəbər verir ki, sel çayın Ağsu rayonu ərazisindən keçən hissəsindəki sahil mühafizə bəndlərini uçuraraq yararsız hala salıb. 

Su rayonun Maşadqanlı və Ağalarbəyli kəndlərini birləşdirən piyada körpüsünü də dağıdıb. Sakinlər bildirirlər ki, bir kənddən o biri kəndə keçmək üçün piyada körpüsü ilə məsafə 2 kilometrdir. Amma indi onlar körpünün uçması səbəbindən 20 kilometrlik məsafə getmək məcburiyyətində qalıblar.

"Kənd sakinləri çayın bir tayından digər tayına keçmək istəsələr də, bu alınmır", - deyə kənd sakini Əfqan Qəniyev bildirib.

Çayın üzərindən keçən bir neçə rabitə dirəyi də selin gücünə dözməyərək aşıb. Kəndlərlə rabitə əlaqəsi kəsilib. Sakinlərin sözlərinə görə əgər nöbəti dəfə Ağsu çayında sel təhlükəsi yaranarsa, ətraf kəndlərin əraziləri su altında qala bilər. Ağsu rayon Ərəbşağı İnzibati Ərazi dairəsi üzrə icra nümayəndəliyindən verilən məlumata görə, sel suları azalan kimi ərazidə bərpa işlərinə başlanılacaq.

Ağsu Rayon Su Meliorasiya idarəsindən isə bildirildi ki, ərazidə lahiyələndirmə işlərini aparmaq üçün Bakıdan mütəxəssislər gələcək. Onların rəyindən sonra beton bəndlərin bərpasına start veriləcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Binə qəbiristanlığında çayxana tikilir? - Video

Bakıda 13 yaşlı oğlan internat məktəbindən qaçaraq atasını axtarır

Ən çox oxunanalar