Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səid Şirzadın dodaqları tikilmiş vəziyyətdə görüntüsü - Foto


Aclıq aksiyasının 37-ci günündə...


GünAz TV: 2016-ci il dekabrın 7-dən Kərəcin Rəvayişəhr zindanının siyasi məhbuslar bölümündə aclığa başlayan təbrizli uşaq haqları müdafiəçisi aksiyasını davam etdirir. 
 
Səid Şirzadın uşaq haqlarını müdafiə etdiyinə və siyasi məhbusların ailəsi ilə irtibatda olduğuna görə “milli təhlükəsizliyi pozmağa cəhd göstərmək” ittihamı ilə 5 il azadlıqdan məhrum edildiyi bildirilir.
 
Son günlərdə siyasi məhbusun sağlıq durumu ilə bağlı belə bir məlumat yayılmışdır. “Səid Şirzad bir ay müddətində 10 kiloqram çəki itirib, onun qan təzyiqi kəskin aşağı düşüb. O həmçinin ümumi zəiflik, halsızlıq, ürək döyüntülərinin müntəzəm olmaması, mədə və böyrək ağrılarından əziyyət çəkir. Fəal bir neçə dəfə həbsxananın poliklinikasına aparılsa da, xəstəxanaya intiqal edilmək və sistem (serom) qəbul etməkdən imtina edib.”
 
Fəal xəstə məhbuslara tibbi yardımın edilməməsi və məhbusların zindanlarda təhlükəsizliyinin təmin edilməməsinə etiraz olaraq aclıq aksiyasına başlayıb. O məhbus Mehdi Fərahi Şandizin zindan məsulları tərəfindən döyülməsini, məhbusların təhlükəsizliyinin təmin edilmədiyinə misal kimi göstərib.
 
S.Şirzad 2014-cü il  iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. Fəal 15 ay qeyri-müəyyən vəziyyətdə saxlandıqdan sonra 2015-ci il sentyabrın 12-də Tehran İnqilab Məhkəməsinin 15-ci Şöbəsində mühakimə edilib.
 
S.Şirzad 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.
 
Uşaq haqları müdafiəçisi aclıq aksiyasının 37-ci günündə səhhəti kəskin ağırlaşdığına görə zindanın poliklinikasına aparılıb. Yarı bihuş vəziyyətdə olan siyasi məhbus poliklinikadan Tehranın İmam Xomeyni xəstəxanasına intiqal edilib.
 
Aşağıdakı görüntü S.Şirzadı aclıq aksiyasının 37-ci günündə göstərir:

pia.az



Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi açıldı - Yenilənib

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Prezident: Bəzi ölkələr Azərbaycana qarşı soyuq müharibəyə başlayıblar    

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar