Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyindən tələbələrin etirazına cavab


Rezidenturaya qəbul olmaq istəyən bir qrup namizəd iyunun 29-da Səhiyyə Nazirliyinin qarşısında toplaşıb


Daha sonra nazirlik əməkdaşları ilə görüşən tələbələr 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin azaldılmasından narazı olduqlarını qeyd ediblər. Müraciət əsasında həkimlərə müvafiq izahatlar verilib, onların sualları ətrafında müzakirə aparılıb. 

"Qafqazinfo" xəbər verir ki, məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova məlumat yayıb.

S. Əhmədova qeyd edib ki, "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"na əsasən Azərbaycan Respublikası vətəndaşlarının rezidenturaya qəbul planı hər bir ixtisas üzrə həkim-mütəxəssislərə ehtiyac nəzərə alınmaqla, Səhiyyə Nazirliyinin təklifləri əsasında Nazirlər Kabineti tərəfindən müəyyən edilir:

“Hər il dövlət sifarişi üzrə plan yerləri müəyyən edilərkən respublikada həkim-mütəxəssislərə olan tələbat nəzərə alınır. Tələbat əsasən bölgələrdə ailə həkimlərinə və təcili və təxirəsalınmaz tibbi yardım üzrə həkimlərə, eləcə də hazırlığı rezidenturada aparılan müəyyən ixtisaslar üzrə həkim-mütəxəssislərə mövcuddur. Tələbatın mövcudluğu ilə əlaqədar baza ali tibb təhsili əsasında müəyyən vakant vəzifələrin tutulması da mümkündür. 

Eyni zamanda bölgələrdə kadr çatışmazlığı nəzərə alınaraq, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul üzrə plan yerlərinin müəyyən hissəsinə məqsədli qəbul aparılacaq. Məqsədli qəbul üzrə plan yerləri müvafiq ixtisas üzrə həkim çatışmazlığı olan konkret səhiyyə müəssisələrində işləyəcək həkim-mütəxəssislərin hazırlanması üçün nəzərdə tutulur. 

Rezidenturaya qəbul olmayan həkimlər baza ali tibb təhsilinə müvafiq olaraq Səhiyyə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müəyyən vakant həkim vəzifələrində işləyə bilərlər. Bunun üçün onlar Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq keçirilən həkimlərin mərkəzləşdirilmiş işə qəbulu üzrə müsabiqələrdə iştirak etmək üçün müraciət edə bilərlər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Ən çox oxunanalar