Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyindən ana ölümünə açıqlama


Səhiyyə Nazirliyi: “Azərbaycanda qeysər əməliyyatı olunan gənc ana bədbəxt hadisə nəticəsində dünyasını dəyişib”


Azərbaycanın Ucar rayonunda qeysəriyyə olunaraq yeni uşaq dünyaya gətirmiş gənc ananın ölümü ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama verilib. Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirlinin ANS PRESS-ə verdiyi məluimata görə, 19 yaşlı qadın bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

“1994-cü il təvəllüdlü Sayat Abdulrəhmanova aprelin 21-də Ucar Rayon Mərkəzi Xəstəxanasına doğuş üçün daxil olub. Həmin gün onun üzərində qeysər kəsiyi əməliyyatı aparılıb. Əməliyyat normal keçib və sağlam uşaq dünyaya gəlib. Lakin aprelin 22-də səhər saatlarında ana palatada gəzmək istədiyini deyib. S.Abdulrəhmanova carpayıdan ayağa qalxıb bir az gəzmək istəsə də, özünü yaxşı hiss etmədəyini söyləyərək yenidən carpayıda əyləşib. Elə bu zaman da o, carpayıdan üzü üstə yerə yıxılıb. Kəllə-beyin travması alan xəstənin beyninə qan sızıb. Xəstə üçün təcili reanimasiya tədbirləri görülsə də, onu xilas etmək mümkün olmayıb”, - deyə Anar Qədirli bildirib.

Nzirlik rəsmisi bildirib ki, hadisədə tibbi personalın günahklar olub-olmadığı hələlik məlum deyil. “İndi araşdırılmalıdır ki, protokola görə, tibbi personal xəstənin yanında qalmalıydı, ya yox. Hazırda hadisəni istintaq orqanları araşdırır. Bu hadisənin baş verməsində tibbi personalın günahının olub-olmamasını da istintaq orqanları müəyyən edəcək”, - deyə Anar Qədirli əlavə edib.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar