Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi alpinistlərlə bağlı komissiya yaratdı

Cəsədləri tapılmış alpinistlərlə bağlı Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyi tərəfindən dərhal komissiya yaradılıb. Komissiyaya 3 nəfər rəhbərlik edir


Bu barədə  Səhiyyə Nazirliyi mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib. 

Onun sözlərinə görə, alpinistlərdən ikisinin meyiti ailələrinə təhvil verilib. Fəridə Cəbrayılzadənın nəşi Masallı rayonuna, Namin Bünyatzadənin cənazəsi isə Şəmkir rayonuna aparılıb. Babur Hüseynovun nəşi yaxın saatlarda ailəsinə təhvil veriləcək. Komissiyaya Quba rayon ekspertiza şöbəsinin rəhbəri Çingiz İsgəndərov, Xaçmaz rayon ekspertiza şöbəsinin rəisi Gündüz Tanrıverdiyev və Siyəzən rayon ekspertiza şöbəsinin başçısı Nizami Qasımov rəhbərlik edirlər. Onlar istintaq, araşdırma-axtarış qrupu ilə birlikdə gecə saatlarında Xınalığa gediblər. Cəsədlər Quba rayon Patoloji Anatomiya Birliyinin meyitxanasına gətirilib və laborator müayinələrə başlanılıb. Meyitlərin xarici və daxili müayinələri başa çatıb və ailələrinə təhvil verilib. Ölümün səbəbləri isə laborator müayinələr tam başa çatdıqdan sonra müvafiq rəy hazırlanaraq Quba Rayon Prokurorluğuna veriləcək”, - S.Əhmədova deyib.

Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar. Onların cəsədləri ötən gün aşkar edilib.(virtualaz.org)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən çox oxunanalar