Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi Elmar Vəliyevin səhhəti haqda niyə məlumatsızdır?

Gəncə şəhərinin güllə yarası almış icra başçısı Elmar Vəliyevin hazırda müalicəsini İsraildə davam etdirdiyi barədə məlumatlar var


 E.Vəliyevin dövlət məmuru olduğunu nəzərə alsaq, normalda ölkənin Səhiyyə Nazirliyi onun səhhəti ilə bağlı vəziyyəti diqqətdə saxlamalı və rəsmi açıqlamalar da bu qurumdan verilməlidir.

PİA.AZ bildirir ki, Modern.az saytı bunu nəzərə alaraq Səhiyyə Nazirliyinə müraciət edib.

Amma nazirliyin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova əməkdaşımızabildirib ki, Elmar Vəliyevin səhhəti ilə bağlı nazirlikdə hər hansı məlumat yoxdur:

“Bununla bağlı məlumat hüquq-mühafizə orqanlarındadır. Biz məlumatsızıq”.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, iyulun 3-də Elmar Vəliyevi və mühafiəzçisini güllələmiş 1983-cü il təvəllüdlü, Gəncə şəhərində anadan olmuş Rusiya vətəndaşı Yunis Səfərov tutularaq, tərksilah edilib. 

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, fakt üzrə Baş Prokurorluqda Cinayət Məcəlləsinin 29, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanıb. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Laçında xarici ekspertlərin iştirakı ilə beynəlxalq konfrans işə başlayıb - Yenilənib

Ən çox oxunanalar