Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhiyyə Nazirliyi 124 sahibkarı cərimələdi


Bu il yanvar-mart ayları ərzində Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən yeyinti sahəsində işləyən 124 sahibkar inzibati qaydada cərimələnib.


 Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən (RGEM) Trend-ə verilən məlumata görə, sahibkarlar yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozduğu, laboratoriya müayinələri gigiyenik normalara cavab verməyən məhsullar istehsal etdiyi üçün cərimələniblər. Bu müddətdə 32 nəfər barədə materiallar inzibati orqanlara verilib.
 
Hesabat müddətində 44 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 40 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
 
Orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1532, mikrobioloji göstəricilərinə görə 1463, toksikoloji göstəricilərinə görə 451, radioloji göstəricilərinə görə isə 78 yeyinti məhsulu nümunəsi laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 34-də orqanoleptik və fiziki-kimyəvi, 25-də mikrobioloji göstəricilərinə görə normadan kənara çıxma müəyyən olunub.
 
Bu ilin yanvar-mart aylarında iaşə müəssisələrindən 4552 yaxma, 10 soyuq qəlyanaltı nümunəsi götürülüb. Yaxma nümunələrinin 66-da bağırsaq çöpləri normadan artıq olub.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

İcra başçısı keçirdiyi tenderdə oğlunu qalib elan etdi    

Ukrayna Prezidenti Rusiya ilə danışıqlara hazır olduğunu bildirib

Prezident İlham Əliyev Şirvan suvarma kanalının təməlini qoyub    

Avtomobilinizi sığorta edərkən diqqətli olun – Ən çox şikayət olunan şirkətlər

Aktyor Azər Baxşəliyev: “Böyrək problemim var, donor tapılsa...” - Video

Vətəndaşlardan hədə-qorxu ilə pul tələb edən baş redaktor və müxbir həbs edilib

Körfəz ölkəsində sel fəlakəti: Çox sayda ölən var, ordu səfərbər edildi - Foto

İlkin Süleymanovun məhkəməsi dayandırıldı: Hakim dəyişdirilir

Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - Sərəncam

Ən çox oxunanalar