Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səhərlər daim yorğun olanlara xəbərdarlıq


Yəqin, siz də rastlaşmısınız: səhər yuxudan oyana bilmirsiniz, yataqdan sürünərək qalxırsınız, hiss edirsiniz ki, yuxunuzu bitməyib, davamlı yorğun və halsızsınız


Bu əlamətlər bəzi xəstəliklərdən xəbər verir.Movqe.az səhər yorğunluğunun səbəblərini araşdırıb.

1. Kifayət qədər olmayan yuxu və davamlı az yatmaq məcburiyyətində qalmaq: Vaxt çatışmazlığı səbəbindən zaman-zaman az yatmaq məcburiyyətində qalırsınız. Bir müddət sonra bu, yorğunluğa çevrilir. Hər kəsin doğuşdan gələn bioloji, ehtiyac duyduğu yuxu saatları var. Az yatdıqda 3-5 gün buna dözmək olur, lakin ən sonunda lazım olduğundan çox yatmaq məcburiyyətində qalırsınız. Əgər bu, belə davam edərsə, davamlı yorğunluq halı inkişaf edə bilər.

2. Yuxusuzluq sindromu: Gecə boyu xoruldayana "xoruldaya-xoruldaya yatmışdın" deyirlər. Lakin məlumatınız olsun ki, onlar əslində çox az yatırlar. Xoruldama yuxusuzluq sindromunun nəticəsidir. Bütün gecə nəfəsi tıxanan və boğulan insan çox yorulur. Gözlərini açmasa belə, fizioloji olaraq yatmır.

3. Vaxtaşırı ayaq-qıç hərəkətləri etmək, yuxu pozuqluğu insanın fizioloji yatmadığını göstərir.

4. Prostat vəzi kimi sağlamlıq problemləri tez-tez sidiyə çıxmağa səbəb olur. Yuxunun bütövlüyü də pozulur.

5. Qan şəkəri balanssızlığı, insulin müqaviməti gecə boyu qan şəkərinin balanslı olmasına mane olar. Gecə yemək istəyi ilə oyanmalara və ümumi narahatlığa gətirib çıxarır.

6. Tiroid problemləri yuxu nizamını poza bilər. Gecə nəfəs darlığı çəkən astma kimi ağciyər xəstələri da gecə kifayət qədər yatmırlar.

7. Baş ağrısı, miqren yatmağı və yuxunu çətinləşdirir.

8. Baş ağrısı adətən yatdıqdan 1-2 saat sonra və ya səhərə yaxın başlayır. Hücumlar çox şiddətli olur. Yuxu müddəti və keyfiyyətinin pozulması ilə yanaşı, ağır yorğunluğa səbəb olur.

9. Tükənmişlik sindromu müasir dövrdə ən çox rast gəlinən səhər yorğunluğu səbəblərindən biridir. Tükənmişlik sindromu olanlar hər an yorğun olurlar. Səhər yataqdan az qala sürünərək qalxırlar.

10. Tez-tez depressiyaya düşmək də yuxusuzluğa səbəb ola bilər. Gecə bütünlüklə yata bilməyən insanlarda səhər yorğunluğunun olması qaçılmazdır. (lent.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Kamran Həsənlidən qalmaqallı açıqlama: “Yaxşı verilişlərin aparıcılarının saxlayanı var”

Qərbi Azərbaycan Xronikası: Ermənistan ya xəritədən silinəcək, ya da ərazisi kiçiləcək

Arda Güler ​​üçün rəsmi təklif gəldi: Hansı komandanın heyətində oynayacaq? - Foto

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Məşhur tikinti şirkəti BDU-nu məhkəməyə verdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Ən çox oxunanalar