Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfirimizin etimadnaməsi kraliçaya təqdim edildi



Tahir Tağızadə prezident İlham Əliyevin salamlarını kraliça II Elizabetə çatdırıb


Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə etimadnaməsini Kraliça II Elizabetə təqdim edib.

Görüşdə T.Tağızadə Prezident İlham Əliyevin salamlarını Kraliça II Elizabetə çatdırıb və Azərbaycanın Böyük Britaniyada səfiri olmasından şərəf duyduğunu bildirib.

Ölkələrimiz arasında münasibətlərin inkişaf etdiyini vurğulayan səfir bu vəzifədə olduğu müddətdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında əlaqələrin daha da möhkəmləndirilməsinə çalışacağını söyləyib.

T.Tağızadəyə səfir kimi fəaliyyətində uğurlar arzulayan Kraliça II Elizabet Prezident İlham Əliyevə salamlarının çatdırılmasını xahiş edib və ölkələrimiz arasında sağlam təməl üzərində formalaşmış dinamik tərəfdaşlığın bundan sonra da inkişaf edəcəyinə əminliyini bildirib.

Buckingham Sarayında keçirilən təqdimat mərasimindən sonra Azərbaycanın Londondakı səfirliyində bu münasibətlə qəbul təşkil edilib. Qəbulda xarici ölkələrin Londondakı səfirləri, Lordlar Palatasının üzvləri, Böyük Britaniya Xarici İşlər Nazirliyinin rəsmisi və ictimai xadimlər iştirak ediblər.

Diplomatik korpusun marşalı Alister Harrison Azərbaycanın Britaniyadakı yeni səfirinə uğurlar arzulayıb və ikitərəfli münasibətlərimizin bundan sonra daha da inkişaf edəcəyinə əminliyini bildirib.

Səfir T.Tağızadə BritaniyaAzərbaycanın etibarlı tərəfdaş olduqlarını söyləyib. Diplomat ikitərəfli əməkdaşlıqda enerji kimi ənənəvi sahə ilə yanaşı, təhsil, səhiyyə, maliyyə-bank, turizm, informasiya texnologiyaları sahələrində də geniş potensialın olduğunu diqqətə çatdırıb və bu əməkdaşlığın dərinləşdirilməsi istiqamətində səy göstərəcəyini vurğulayıb.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Soydaşımız Akademik Heydər İmanov “Azərbaycanın qüruru” qızıl ordeni ilə təltif olunub

Ən çox oxunanalar