Xəbər xətti

25 MAY

0:58 Zaxarova: “Ukrayna yeni siyasi senzura tətbiq edir”

0:46 Alpinistlər həmkarlarının öldüyü yeri ziyarət etdi

0:31 Xəzərdə tapılmış meyitlərin kimliyi məlum olub

0:27 AVRO-2020: Bakıda keçiriləcək oyunların vaxtı açıqlanıb

0:13 Dünyanın ən bahalı brendi açıqlandı

0:03 Bu gün bürcünüz nələr vəd edir?

24 MAY

23:55 Gəncə sakini bıçaqlanıb

23:41 Zərərli məhsulların reklamına məhdudiyyət qoyula bilərmi?

23:38 Ərdoğandan Qarabağla bağlı addım

23:11 Məşhur repçi həbs olundu

23:03 BAXCP sədri: “KQB bəzi ziyalılarımızı agent etmişdi”

22:58 Azərbaycanda qızıl bahalaşıb

22:44 Paşinyan aclıq elan etmiş müxalifətçi ilə görüşdü

22:37 Britaniya qadın casusların sayını artırır

22:26 BP-nin rəhbəri: “Neftin qiyməti 100 dollara çatmayacaq”

22:11 “WhatsApp”da xəta

22:07 Ramazanın 9-cu gününün duası

21:52 İftardan sonra bunu çox etməyin

21:49 İngiltərə klubu baş məşqçisi ilə müqavilənin müddətini uzadıb

21:26 ABŞ “Tomohawk”ın istehsalını dayandırır

21:25 Ələkbərovun oğlu “Rusiyanın ən varlı varisi” oldu

21:13 Ağstafada yol qəzası: yaralılar var

21:04 Sərnişin təyyarəsini Rusiyanın vurduğu dəqiqləşdi

20:52 BƏƏ liderindən İlham Əliyevə məktub

20:49 Ərdoğan regionla bağlı planlarını açıqladı

20:33 Çemponlar Liqasının final oyunu İstanbulda keçiriləcək

20:28 İlham Əliyev İordaniya kralını təbrik edib

20:16 “Qarabağ” 9 futbolçu ilə yollarını ayırdı

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

20:07 Maradona: “Bu sistemlə 1930-cu ildə oynayırdılar”

19:56 ABŞ İran və Türkiyəyə qarşı sanksiyalar qəbul edib

19:55 Azərbaycana xaricdən pul köçürmələri 45% artıb

19:51 İraq lideri İlham Əliyevə məktub göndərdi

19:47 NATO generalları ordumuzun təlimini izləyib

19:44 Arda Turanın cəzası azaldılıb

19:40 Hindistanda qarşıdurma: 13 ölü, 70 yaralı

19:36 Azərbaycanda avtomobillər kəskin bahalaşdı

19:31 “Bu, Azərbaycanın humanist ölkə olmasının sübutudur”

19:28 Azərbaycanda sürücülük vəsiqələri ilə bağlı yenilik

19:24 TAP-ın prezidenti Azərbaycana gələcək

19:19 Çin lideri İlham Əliyevi təbrik edib

19:15 Dünya çempionatının rəsmi mahnısını onlar oxuyacaqlar

19:11 Siyəzəndə intihar hadisəsi baş verib

19:06 Ukraynanın sanksiya tətbiq etdiyi Rusiya mətbu orqanları - Adlar

19:01 Aslan İsmayılovun barəsində cinayət işi icraata götürüldü

18:57 Dmitri Roqozinə vəzifə verildi

18:53 Prezident İlham Əliyev: “Bu il 20 min köçkün yeni mənzillərlə təmin ediləcək”

18:48 Azərbaycanda dollarla valyuta əməliyyatlarının dəyəri artıb

18:44 Ştaynmayerdən İlham Əliyevə təbrik

18:39 Faiq Ağayevdən rejissora etiraz

18:35 Tramp Şimali Koreya lideri ilə görüşü ləğv edib

18:31 İcra hakimiyyətinin şöbə müdiri həbs edildi

18:27 Xəzərdə iki nəfərin meyiti tapılıb

18:23 Nazarbayevdən İlham Əliyevə təbrik

18:20 Əfv siyahısında 41 əcnəbi, 3 vətəndaşlığı olmayan şəxs var

18:16 İlham Əliyev yol tikintisinə pul ayırdı

18:12 16 qadın əfvə düşdü - Siyahı

18:08 Saday Şəkərli azadlığa buraxıldı

18:04 İlham Əliyev sahibkarları mükafatlandırdı - Siyahı

18:00 Müəllimlərin diaqnostik qiymətləndirməsində 20 min nəfər iştirak edəcək

17:55 Ukrayna Rusiyanın dövlət xəbər agentliklərini blokladı

17:49 “Rəhim şeytandır” - Kərim

17:44 İnterpolun axtardığı Azərbaycan vətəndaşı Ukraynada saxlanıldı

17:42 “…acgöz müdirlər”- Baş redaktorlara tərs şapalaq

17:35 “Fransa xarici işlər nazirinin səfəri AXC-nin 100 illiyinə töhfədir”

17:30 “Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

17:29 İqtisadçılar 200 manatlıq əskinasların dövriyyəyə buraxılmasını tənqid edir

17:25 FHN Xəzərdə iki nəfərin meyitinin tapılması haqda açıqlama verib

17:20 BVF: “Ermənistan Cənubi Qafqazda ən yoxsul ölkədir”

17:14 “Oğlumu bağrıma basmaq istəyirəm”

17:08 Şimali Koreya “Phunqeri” nüvə poliqonunu söküb

17:03 Rusiyada demokratik institutlar tamamilə məhv edilir

16:58 Çempionlar Liqasının finalı yenidən İstanbulda keçiriləcək

16:53 Türkiyə XİN-dən Afinaya sərt cavab

16:46 Bakı və Buxarest arasında birbaşa aviareyslər açıla bilər

16:40 Prezidentin əfv etdiyi siyasi dustaqlar bunlardır - Adlar

16:33 “Leyli və Məcnun” 100 illiyi qeyd olunub

16:27 İlin sonunadək evlə təmin olunmuş məcburi köçkünlərin sayı 285 minə çatacaq

16:20 “Qarabağ” 9 futbolçu ilə vidalaşdı

16:15 “Varlı ailələrin “debil” uşaqları…” – Deputatdan sərt sözlər

16:10 Vahid Ələkbərovun oğlunu Rusiyanın ən varlı varisi elan etdilər

16:09 Prezident əfv sərəncamı imzaldı: 634 nəfərə şamil olunan siyahı - Yeniləndi

16:04 Nəqliyyat naziri bir telefon zənginə görə istefa verdi

16:00 200 manatlıq əskinaslar: Elmar Rüstəmovun piar kampaniyası, yoxsa...

15:58 “Azərbaycan xalqı əmindir ki, biz ərazi bütövlüyümüzü bərpa edəcəyik”

15:53 Abramoviç İsrail vətəndaşlığı alır

15:48 Cümhuriyyətin şərəfinə adı Müsavat qoyulan böyük Azərbaycan şairi

15:43 Rusiya Müdafiə Nazirliyinin generalı həbs olunub

15:37 Xəzərdə içində meyitlər olan qayıq aşkarlandı - Yenilənib

15:33 FİFA millimizin oyunlarını tanımır

15:28 Türkiyədə hərbi konvoya hücum - Hərbçilər həlak oldu

15:23 Prezident Lökbatan-Qobu avtomobil yolunun açılışında iştirak edib

15:16 Dəşkəsəndə yük maşını çaya düşdü

15:11 “Grand” Hospital adını niyə dəyişdi? – “Rebrendinq”in pərdəarxası

15:05 Səbaildə Cümhuriyyətin yubileyihə həsr olunmuş elmi konfrans keçirilib

15:00 Hakim partiya 140 meqalayihə reallaşdıracaq

14:54 “Malayziya təyyarəsi Rusiya ordusuna aid raketlə vurulub”

14:50 “Onu yerə yıxıb, üstünə oturdum…” – Məktəb direktoru

14:45 Nərimanovda maarifləndirilmə işinin aparılması təlimi keçirilib

14:39 Təhsil naziri: “Azyaşlı şagirdlərin yükü azaldılacaq”

14:35 Aleksey Kudrin: “Neft 50 dollara qədər ucuzlaşacaq”

14:30 Milli Şuranın 28 mayda mitinq keçirməsinə razılıq verilmədi

14:25 “Qarşıdan gələn aylar Dağlıq Qarabağ münaqişəsinin həlli üçün imkanlar açacaq”

14:05 Sorosa bağlı şəxslər Ermənistanda vəzifələrə gətirilir - Rusiyanın mövqeyi nə olacaq?

13:49 “Ümumi təhsil haqqında” qanun hazırlanır

13:48 Ukrayna prezidenti ilə bağlı qalmaqal böyüyür

13:44 Uşakov: “Putinlə Trampın görüşünə hazırlıq aparılmır”

13:39 Təhsil naziri: “Bakı məktəblərində 10 faiz sıxlıq var”

13:34 Ronaldinyo eyni anda iki qızla evlənir - Foto

13:29 Bakının mərkəzi küçələrində hərəkət məhdudlaşdırılacaq

13:25 Cümhuriyyətin 100 yaşlı bayrağı Bakıya gətirildi

13:21 Durğun hava diskomfort hissi yaradacaq

13:17 “Əkrəm Əylisliyə qarşı yumşaq davrandıq deyə, Rüstəm İbrahimbəyov...”

13:12 Məhşur futbolçu 9 milyon avro cərimələnib

13:07 Bakıda avtomobil hasara çırpılıb, ölən və xəsarət alan var

13:02 İlham Əliyev və xanımı məcburi köçkünlər üçün salınan yaşayış kompleksinin açılışında iştirak edib

12:57 Korrupsiya pullarını kazinolar üzərindən “yuyan” yüksək vəzifəli Azərbaycan məmurları

12:52 Avropa İttifaqı 2019-da Türkiyəyə əlavə yardım ayıracaq - 1,5 milyard avro

12:48 Oğlu olmayıb, xanımından isə ayrılıb - Azərin yalanı

12:43 Şou aləmində qalmaqal yenidən alovlandı



MÜSAHİBƏ

...

Səfir: “İtaliya-Azərbaycan əlaqələri mükəmməldir”

Tarix 25.01.18, 16:20

Font ölçüsü : - / +
bitmap-img6

İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarinin müsahibəsini təqdim edirik


- İtaliya ilə Azərbaycan arasında ikitərəfli əməkdaşlığın səviyyəsini necə qiymətləndirirsiniz?

- Bir sözlə, mükəmməl! İtaliya və Azərbaycan arasında dərin və yaxşı dostluq əlaqələri, eləcə də yüksək səviyyəli siyasi dialoq mövcuddur. Ticarət və iqtisadiyyat sahəsində çox yaxşı əlaqələrimiz var. İtaliya dünyada Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və Azərbaycan ölkəmizin xam neftlə əsas təchizatçısıdır. Ölkəmizin Azərbaycana yatırdığı investisiyaların həcmi yüksək səviyyədədir. Düşünürəm ki, gələcəkdə bu, daha da yüksələcək, TAP və digər sənaye layihələrinin sayəsində əlaqələrimiz indiki ilə müqayisədə daha güclü olacaq.

- Bu il İtaliyadan Azərbaycana yüksək səviyyəli səfərlər gözlənilirmi?  Yaxın zamanlarda iki ölkə arasında yeni sazişlərin imzalanması planlaşdırılırmı?

- 2018-ci il İtaliya üçün ümumi seçkilər ilidir. Martda yeni parlament seçəcəyik. Buna görə, səfərlərlə bağlı təqvimin bir qədər durğunluğu normaldır. Bununla belə, əvvəlki aylarda artan siyasi əməkdaşlığın şahidi olduq, yeni müqavilələr qüvvəyə minib və bir neçə razılaşma ilə bağlı danışıqlara başlamışıq. Hazırda müdafiə sahəsində və dəniz nəqliyyatı ilə bağlı iki yeni müqavilə qüvvədədir. Biz ətraf mühitin qorunması, yaşıl iqtisadiyyatla bağlı İtaliyanın Ətraf Mühit Nazirliyi və Azərbaycanın Ekologiya Nazirliyi arasında danışıqlar aparırıq. Həmçinin, ikitərəfli investisiyaları qorumaq üçün investisiya müqaviləsini müzakirə edəcəyik. Bir neçə ay bundan əvvəl AMEA-nın prezidenti Akif Əlizadə ilə görüşdən sonra elmi-texnoloji əməkdaşlıq üçün ortaq maraqlara xidmət edəcək bəzi sahələrin aşkar edilməsi ilə bağlı icra protokollarının davam etdirilməsi qərarına gəldik. Bu Protokol birgə tədqiqat layihələri və proqramları maliyyələşdirməyi nəzərdə tutur. Bu, bizim əməkdaşlığımız üçün yeni innovativ sektor, texnologiyaların tapılması baxımından vacibdir.

Səfərlərə gəldikdə, fevralın 15-də İtaliya Nazirlər Şurasının dövlət katibi Klaudio De Vinsentin Bakıya gələcək. O, Cənub Qaz Dəhlizi layihəsi üzrə baş tutacaq Məsləhət Şurasının iclasında iştirak edəcək. Kaludio De Vinsentin bir neçə ildir ki, İtaliya hökumətinin TAP layihəsini izləyən nümayəndəsidir. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov da dəfələrlə İtaliyada olub, sonuncu dəfə Palermoda ATƏT-in təşkil etdiyi konfransda iştirak edib. Konfrans “Aralıq dənizi və qaçqınların regional problemi” mövzusu ətrafında olub. Bu il yanvarın 30-da Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov Romada keçiriləcək “Sport Integrity Global Alliance” forumunda iştirak edəcək.

- Dünyada baş verən iqtisadi proseslər ikitərəfli ticarətə nə kimi təsir edib? Ticarət dövriyyəsi ilə bağlı vəziyyəti necə qiymətləndirirsiniz?

- İtaliya və Azərbaycan arasında ticari əməkdaşlıq dünyada baş verən ümumi iqtisadi proseslərdən təsirlənib. Neftin qiyməti düşdü və buna görə, Azərbaycandan İtaliyaya ixracatın həcmi də azaldı. Həm də İtaliyadan Azərbaycana ixracatın səviyyəsi azaldı.

"Azərbaycandan İtaliyaya ixracatın həcmi ölkənizin dünyada ümumi ixracatının 31%-ni təşkil edir."
 
Baş verən iki devalvasiya istehlak əhəmiyyətli malların tutumunun azalmasına səbəb oldu. Buna görə, 2015-2016-cı illərdə Azərbaycana ixracatımızda böyük azalma var idi. 2017-ci ildə isə ixracatda bir az artım qeydə alsaq da, İtaliya ixracatı hələ də çox aşağı həddə qalır. Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 5 milyard dollar təşkil edib. Bu da 2016-cı illə müqayisədə yüksəkdir. Azərbaycandan İtaliyaya ixracatın həcmi ölkənizin dünyada ümumi ixracatının 31%-ni təşkil edir. Ticarət balansını tarazlamaq üçün işləməyə ehtiyacımız var. İxraclarımızı genişləndirə biləcəyimiz sahələr hələ də var. Azərbaycanın iqtisadiyyatı əvvəlki illərdə olduğu kimi, yenidən yüksəlməyə başlasa, İtaliya maşın, innovativ texnologiya, tikinti materialları sahəsində imkanlarından istifadə edə bilər. İtaliya Avropada Almaniyadan sonra sənaye istehsalının həcminə görə ikinci ölkədir. Düşünürəm ki, Azərbaycan hökumətinin iqtisadiyyatın inkişafı ilə bağlı həyata keçirdiyi islahatlar proqramı çox mühümdür, artıq müsbət nəticələr də əldə olunub.

- Azərbaycanda İtaliyanın neçə şirkəti fəaliyyət göstərir? Onların bu günə qədər Azərbaycan iqtisadiyyatına sərmayəsi nə qədər təşkil edir?

- Azərbaycanda 87 İtaliya sərmayəli şirkət fəaliyyət göstərir. Başlanğıcdan bu günə qədər onların Azərbaycana qoyduqları investisiyanın ümumi həcmi 800 milyon dollar təşkil edir. İtaliya Azərbaycanın ilk iqtisadi əməkdaşıdır və sərmayələr baxımından biz 2 ya 3 əsas investorlar arasında yer alırıq. Digər yandan, Azərbaycanın İtaliya iqtisadiyyatına sərmayəsi isə 130 milyon dollar təşkil edir. TAP layihəsi bu rəqəmi artıra bilər. TAP təkcə Avropanın enerji təchizatı baxımından vacib alternativlər yaratmayacaq, həm də Azərbaycan və İtaliya arasında birbaşa əlaqə olacaq.

"TAP təkcə neft-qaz sektorunda deyil, həm də digər sahələrdə yeni əlaqələr və müqavilələrə zəmin yaradacaq."
 
TAP təkcə neft-qaz sektorunda deyil, həm də digər sahələrdə yeni əlaqələr və müqavilələrə zəmin yaradacaq. Əgər hökumətlər daha sıx əməkdaşlıqda olsalar, insanlar da daha çox əlaqə yaratsalar, siyasi, mədəni bağlar da daha güclü inkişaf edə bilər.

- İtalyanın "Leonardo" şirkəti maşınqayırma ilə məşğul olan böyük bir şirkətdir. Şirkətin Azərbaycanla bağlı planları nədir?

- “Leonardo” ən böyük çoxmillətli, yüksək texnologiyalı şirkətlərdən biridir və aerokosmik, müdafiə və təhlükəsizlik sahələrdə dünyanın aparıcı qurumlarından biridir. Şirkətin Azərbaycanla bağlı planlarına gəldikdə isə bu, Azərbaycanın ehtiyaclarından asılıdır. Şirkətin CEO-su keçən ilin oktyabr ayında bura gəlmişdi və bir sıra yüksək səviyyəli görüşləri olmuşdu. Bəzi şeylər ardıcıllığı təqib etməkdən asılıdır. Düşünürəm ki, əməkdaşlıq üçün çox geniş sahələr mövcuddur. Hesab edirəm ki, “Leonardo” müəyyən edilmiş sahələr - sərhəd təhlükəsizliyi, helikopterlər, dəniz platformalarının qorunması, fövqəladə halların və mülki müdafiə tədbirlərinin hər biri üzərində işləməyə hazırdır.  Buna baxmayaraq, mən də düşünürəm ki, bu, “Leonardo”dan asılı deyil.

- Ötən il neçə azərbaycanlı viza almaq üçün səfirliyə müraciət edib? Viza verilməsi ilə bağlı hansı problemlər yaşanır?

- Ötən il 10200-dən çox viza işi həyata keçirmişik. Bu rəqəm 2016-cı ildən daha yüksəkdir. Həmin il 8 min viza vermişdik. Viza müraciətləri əsasən biznes və turizmlə bağlı olub. Bundan əlavə, ötən il İtaliya universitetlərinə qəbul olan 530-dan çox tələbənin viza müraciətini qəbul etmişik. Avropa ölkələri sırasında İtaliya Azərbaycan tələbələri tərəfindən viza üçün ən çox müraciət edilən ölkədir. Bu, bir daha iki ölkə arasında necə dərin və konkret dostluq bağlarının mövcud olduğunu göstərir. Mən görülən işdən çox razıyam və Azərbaycan rəsmilərinə, xüsusilə, Azərbaycan Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinə minnətdaram. Onlarla yeni akademik sessiya üçün birgə işləməyi planlaşdırmışıq.

- Turizmlə əlaqədar hansı yenilikləri planlaşdırırsınız?

- Hazırda Milana birbaşa reyslər var. Milan şopinqə getmək istəyən ya da bizneslə məşğul olmaq istəyən azərbaycanlıların üstünlük verdiyi bir şəhərdir.

"Belə başa düşdüm ki, AZAL aprel ayından etibarən Bakı-Roma birbaşa uçuşlarını yenidən açmağa hazırdır. Bu qərar turizmi gələcəkdə inkişaf etdirə bilər."
 
Belə başa düşdüm ki, AZAL aprel ayından etibarən Bakı-Roma birbaşa uçuşlarını yenidən açmağa hazırdır. Bu qərar turizmi gələcəkdə inkişaf etdirə bilər. Mən Azərbaycan hökumətinin evisa.gov.az saytında italyan dili səhifəsinin də olmasını yüksək qiymətləndirirəm və bu, mənim ölkəmdən çoxlu turistləri cəlb edir. Ötən bir neçə il ərzində Azərbaycana çoxlu əcnəbi turist axını oldu. Ancaq onların əksəriyyəti Avropadan deyildi. Mən burada çoxlu sayda italiyalı turist görməkdən şad olaram. Bu yaxınlarda Mədəniyyət və Turizm Nazirliyinin səlahiyyətli orqanları əməkdaşlığın yeni yollarını yaratmaq üçün səfirliyə müraciət ediblər. Bakıda diqqət çəkən yerlər çoxdur. Bakı xoşagələn və müasir şəhərdir. İçərişəhər fantastikdir. Düşünürəm ki, hökumətiniz xaricdən turistləri cəlb etmək üçün çox yaxşı işlər görür. Bir neçə həftə əvvəl elə sizin informasiya agentliyinizdə prezident İlham Əliyevin Yanardağa səfəri ilə bağlı xəbəri oxudum. Dövlət başçısı daha çox sayda turist cəlb etmək üçün ərazinin təkmilləşdirilməsinin vacibliyini vurğuladı. Ötən il bir italyan memar Yanardağda Enerji Muzeyi yaratmaq üçün layihə hazırladı. Marko Polo da Uzaq şərqə səfəri çərçivəsində bu əraziyə gəlmiş və “Million” kitabında bunu qeyd etmişdi. Azərbaycan enerjisi TAP vasitəsilə İtaliyaya gedəcək, italyan memarlarının və azərbaycanlı tərəfdaşların iştirakı ilə Yanardağa Enerji Muzeyi yaradılacaq və bu, iki ölkə arasında simvolik bağ, Azərbaycan-İtaliya əlaqələri üçün bir digər potensial olacaq. Nəhayət, Bakıda keçiriləcək “EXPO 2025” sərgisi turizm sektorunun inkişafına öz töhfəsini verəcək.

- Azərbaycanla İtaliya arasında hansı sahələrdə əməkdaşlığın genişləndirilməsi planlaşdırılır?

- Biz siyasi, mədəni, iqtisadi və elmi sahələrdə əlaqələri inkişaf etdirə bilərik.

Mən tez-tez Azərbaycanın 1918-ci il Konstitusiyasını xatırlayıram. Siz qadınlara səsvermə hüququnu 1918-ci ildə vermisiniz. İtaliya isə qadınlara bu hüququ 1946-cı ildə verib. Və siz bu qərarı verən ilk islam ənənəli ölkə olmusunuz. Azərbaycan xalqı bununla həqiqətən qürur duymalıdır. İtaliya səfirliyi Azərbaycan Cümhuriyyətinin 100 illik ildönümü münasibətilə Azərbaycan və İtaliya Konstitusiya hüququ ekspertlərinin qadınların cəmiyyətin siyasi həyatında rolu ilə bağlı fikirlərini koordinasiyalı bölüşmək üçün tədbir təşkil etməyə hazırdır.

"Siz qadınlara səsvermə hüququnu 1918-ci ildə vermisiniz. İtaliya isə qadınlara bu hüququ 1946-cı ildə verib. Və siz bu qərarı verən ilk islam ənənəli ölkə olmusunuz. Azərbaycan xalqı bununla həqiqətən qürur duymalıdır."
 
Ötən il mədəniyyət sahəsində bir sıra yüksək səviyyəli tədbirlər təşkil etdik. Heydər Əliyev Mərkəzində “Karavacco-Opera Omnia” adlı sərgi buna nümunədir. Bu, yüksək səviyyəli sərgi idi və ortaq işə görə Heydər Əliyev Fonduna təşəkkür edirəm. Fond yüksək səviyyəli mədəni tədbirlərin təşkilində dərin həssaslığa malikdir. 2018-ci ildə də bu cür tədbirlər həyata keçirməyə çalışacağıq. Florensiyadakı “Uffizi” qalereyasında olan Səfəvi sülaləsinin banisi I Şah İsmayıl Xətainin portretini bura gətirib, sərgi təşkil etməyə çalışacağıq. Bundan başqa, hər il noyabrın ortasında bütün dünyada, eləcə də Bakıda  İtaliya mətbəxi həftəsini qeyd edirik. Bu il də bununla bağlı tədbir təşkil edəcəyik. İtaliyadan yaxşı aşpazlar gətirməyi planlaşdırırıq. Bu il təşkil edəcəyimiz növbəti tədbir martın 1-də olacaq. Bakıda şəhər planlamasına uyğun olan italyan dizaynını qeyd edəcəyik. Tədbir Bakı Media Mərkəzində baş tutacaq. Şəhər planlamasına, müasir şəhərlərdəki insan kapitalının dəyəri və yaşıl texnologiyalara həsr olunmuş maraqlı seminarlar, sərgilər təşkil olunacaq. İqtisadiyyat sahəsində isə enerji və qeyri-enerji sahəsində əlaqələri genişləndirməyə ehtiyac duyulur. Kimya və neft-kimya sahələrində gerçəkləşdirə biləcəyimiz yaxşı birgə layihələr var: İtaliyanın “Maire Technimonet” şirkəti Sumqayıtda böyük sənaye layihəsini tamamlayır və tezliklə Azərbaycan polipropilen ixrac edə biləcək. Düşünürəm ki, əczaçılıq sahəsində də eyni şeyləri etmək imkanlarımız var. İtaliya şirkətləri bura gəlib, sənaye layihələri həyata keçirməyə maraqlıdırlar. Sonra tekstil və aqro-qida sahələrində əlaqələri genişləndirə bilərik. Biz aqro-qida sahəsində olduqca güclüyük və Azərbaycanda bu sektorda çox şey inkişaf edib.(APA)

pia.az









Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Nazarbayevdən İlham Əliyevə təbrik

bitmap-img3

Rakurs

“Kontakt Home”da böyük fırıldaq – Oxuyun ki, aldanmayasınız

bitmap-img3

Seçmələr

Yeni hökümətin fəaliyyəti hiss olunurmu?

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru