Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səfərdən qayıdan Nəsimi məktəbliləri təəssüratlarını bölüşdülər - Fotolar


“Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində cənub bölgəsindən səfərdən qayıdan Nəsimi məktəbliləri təəssüratlarını bölüşdülər


11-14 noyabr tarixində “Ölkəmizi tanıyaq” tur-aksiyası çərçivəsində Nəsimi məktəbliləri ölkəmizin cənub bölgəsində olmuşlar. Tur-aksiyası uğurla başa çatmışdır.

Səfərdən geri dönən məktəblilər Nəsimi rayon İcra Hakimiyyətində təntənə ilə qarşılandılar. Tur-aksiyanın uğurla başa çatması münasibəti ilə keçirilən tədbirdə məktəblilər cənub bölgəsindəki təəssüratlarını öz valideyinləri və müəllimləri ilə bölüşdülər. “Ölkəmizi tanıyaq” adı altında maarifləndirici  tur –aksiyada iştirak etmiş Nəsimi rayon məktəbliləri və onların valideyinləri ilə görüşdə çıxış edən Nəsimi rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov  Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin gənc nəslin tərbiyəsi, onların savadlı, vətənpərvər böyüməsi və fiziki inkişafına yetirdiyi diqqət və qayğıdan danışmış, bu kimi turların təşkilinin də həmin tədbirlər çərçivəsində olduğunu vurğulamışdır. Asif Əsgərov çıxışna davam edərək bildirmişdir ki, doğma Azərbaycanın ayrı-ayrı guşələrinin rayon məktəbliləri tərəfindən daha yaxşı tanınması, o cümlədən onların bölgələrimizin zəngin turizm potensialı, tarixi-mədəni abidələri, muzeyləri ilə tanış olması baxımından bu maarifləndirici tur aksiyaların əhəmiyyəti çox böyükdür.

Qeyd olunmuşdur ki, cari ilin yay aylarında Nəsimi rayon İcra Hakimiyyəti tərəfindən  yeniyetmələr üçün respublikamızın dilbər güşələrindən olan  Quba və Şəki rayonlarında yay istirahət düşərgələri təşkil olunmuşdur.

Görüş zamanı məktəblilər daima yadda qalacaq təəssüratlarını və xatirələrini bölüşərək bu cür layihələrin həyata kiçirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirmişdirlər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar