Çərşənbə axşamı, 16 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkiyə gedən qohum namizədlər - Ər-arvad,qardaşlar...


Noyabrın 1-də Milli Məclisə keçiriləcək növbəti seçkilərdə iştirak etmək üçün bir-birinə qohum-qardaş olanlar, bir ailənin üzvləri də deputatlığa namizədliklərini irəli sürüblər


Müxtəlif dairələrdən mandat qazanmaq istəyən qohumlardan çoxunun artıq deputatlığa namizədliyi də rəsmən qeydə alınıb.

PİA.AZ xəbər verir ki, modern.az saytı bununla bağlı kiçik araşdırma aparıb.

Ümid Partiyası sədrinin müavini Ramin Hacılı və xanımı Aysel Əlizadə parlament seçkilərində qalib gəlməyə iddialıdırlar. Belə ki, Ümid Partiyası tərəfindən deputatlığa namizədlikləri irəli sürülmüş cütlük seçki marafonunda ayrı-ayrı dairələrdə təşviqat aparacaqlar.

Aysel Əlizadənin namizədliyi 8 saylı Binəqədi seçki dairəsindən, Ramin Hacılının namizədliyi isə 19 saylı Nərimanov seçki dairəsindən qeydə alınıb.




Qohum namizədlərin siyahısı bununla bitmir. Namizədliyi Müsavat Partiyası tərəfindən irəli sürülmüş sabiq daxili işlər naziri İsgəndər Həmidova qardaşı oğlu, Milli Fikir Mərkəzinin sədri Şəhriyar Məcidzadə “opponentlik” edəcək.

İsgəndər Həmidovun deputatlığa namizədliyi 123 saylı Kəlbəcər seçki dairəsindən qeydə alınıb.

Şəhriyar Məcidzadə isə 95 saylı Tərtər seçki dairəsinin deputatlığa namizədidir.




Parlament seçkilərində iştirak edəcək qardaşlar da var.

“Demokratiyanın Müdafiəsinə Kömək” İctimai Birliyinin rəhbəri, hüquq müdafiəçisi Vidadi İsgəndərov 89 saylı Göyçay-Ağdaş seçki dairəsindən Milli Məclisə seçilmək istəyir.

Onun qardaşı da parlamentdə Göyçayı təmsil etmək niyyətindədir. Vidadi İsgəndərovun yuxarıda adıçəkilən təşkilatının sədr müavini Oktay İsgəndərli 88 saylı Göyçay seçki dairəsindən deputatlığa namizəddir.

Müsavat Partiyasının başqanı Arif Hacılının namizədliyi 33 saylı Xətai birinci seçki dairəsindən qeydiyyata alınsa da, onun qardaşı Mustafa Hacıbəylinin məsələsi hələ tam olaraq müəyyənləşməyib.

Bildirək ki, Müsavat Partiyası tərəfindən Mustafa Hacıbəyli 31 saylı Surxanı ikinci seçki dairəsindən deputatlığa namizəd irəli sürülüb. Lakin onun namizədliyi hələ ki, qeydə alınmayıb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

"2300 manat maaşım idi, hər ay isə 15 min manat paket alırdım" - Sabiq maliyyə naziri

Doğma qızına 18+ videolar göstərirmiş... - Azərbaycanda dəhşətli cinayət

Şöbə rəisi dövlətin ayırdığı pulları öz yaxın adamlarının adına olan şirkətlərə köçürüb: Cinayət işi

100 manata sosial yardım düzəldənlər ifşa edildilər: Polis hərəkətə keçdi - Video

Taksi sürücüləri şikayətçidirlər: “Bizi camaatla niyə üz-üzə qoyurlar?” - Video

Ötən ay ən çox şikayət olunan bank “Bank of Baku” olub – AMB

Ceyhun Bayramov Özbəkistan Prezidenti ilə görüşüb - Yenilənib

Səfir: "Qırğızıstan Prezidentinin Azərbaycana səfərində 10-dan çox sənədin imzalanması planlaşdırılır"

İsrail ordusunun Baş Qərargah rəisi: İranın hücumuna cavab veriləcək

Səudiyyə Ərəbistanının İranın İsrailə hücumlarının qarşısının alınmasında iştirakı təkzib edilib - Yenilənib

Ən çox oxunanalar