Çərşənbə, 08 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkiyə ataların əvəzinə oğullar gedir


Bu ilin noyabrında Azərbaycanda keçiriləcək növbəti parlament seçkiləri ərəfəsində ölkə siyasətinin alt qatında bizim kəsdirə bilmədiyimiz kifayət qədər məsələlər var


Əslində,  hər bir ictimai-siyasi fiqurun qanunverici orqanda təmsil olunmaq iddiasına düşməsində qeyri-adi heç nə yoxdur.

Bütün dövlətlərdə siyasi proseslərin önündə gələn şəxslərin belə təzahürlərə meyllənməsinə normal hal kimi baxılır.

Mövcud siyasi şərtlər, onun dəyərləndirilməsi prizmasından yanaşdıqda, Azərbaycan siyasi mənzərəsindəki Milli Məclisə keçiriləcək seçkilərlə bağlı canlılığı da anlamaq çətin deyil.

Ancaq bəzi siyasi çevrələrdəki lokomotiv fiqurantlar hazırkı atmosferin dikə etdiyi şərtlər altında özlərinin növbəti dəfə deputat mandatı əldə edə bilməyəcəyini də başa düşürlər.

Yerli mətbuatın hakimiyyət mənbələrinə istinadən yazdığına görə,  qarşıdakı parlament seçkilərində yaşlı, vəzifədə olan deputatlar (əsasən də rektorlar) növbəti dəfə namizədliklərini irəli sürməyəcəklər.

Demək ki, Azərbaycan hakimiyyəti qanun çərçivəsində deputat yerləri ilə bağlı müəyyən strategiyasını hazırlayıb və bu da Milli Məclisin perspektiv işini daha da təkmilləşdirməyə hesablanıb.

İndidən 100 faizlik proqnoz vermək həm etik, həm də məntiqi baxımdan düzgün sayılmaz.

Ancaq heç şübhəsiz ki, yaxın gələcəkdə hakimiyyətin deputatlıqla bağlı iddia edilən məlum islahatları parlament seçkilərinin episentrində dayanacaq.

Belə olan təqdirdə, bir neçə illərdir deputat statusunda olan yaşlılar öz xələflərinin yaxın ətrafından olmasını arzulayırlar. Çünki artıq onlara bəllidir ki, Milli Məclis dəhlizlərində bir daha deputat kimi gəzməyəcəklər.

Buna görə də həmin şəxslər övladlarını qabağa verməyi düşünürlər.

Məsələn, Ana Vətən Partiyasının (AVP) sədri, deputat Fəzail Ağamalı açıqlamalarının birində bildirmişdi ki, oğlu Elçin Ağamalıyevin deputat olmasını çox arzulayır.
Uzun illərin siyası burulğanlarından keçmiş deputatın bu açıqlaması heç də təsadüfi sayıla bilməz. Şübhə doğurmur ki, hər hansı mətbəxdən məlumatlı olan cənab Ağamalı bu fikrə düşüb.

Modern.az saytına daxil olan məlumata görə, qanunverici hakimiyyət orqanı üçün baş tutacaq seçkilərdə təkcə yaşlı, vəzifədə olan deputatlar deyil, eyni zamanda hökumətin yüksək postlarında olan məmurlar da öz övladlarının mandat qazanması uğrunda mübarizə aparacaqlar. 

Onların içərisində nazirlər, bizneslə məşğul olan deputatlar da var. Təbii ki, onların öz övladları üçün belə can yandırması da başadüşüləndir. Lakin bu, hakimiyyət daxili, ictimai gərginlik müstəvisinə qalxmamalıdır və hər şey qanunun tələbləri əsasında olmalıdır.

Mümkündür ki, bu üsulla xeyli gənc parlamentdə öz valideynlərini əvəz eləsinlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda çox sayda insanın zəhərlənməsinə səbəb olan sahibkarlardan biri danışdı - Yenilənib

Bakıda hoteldə zəhərlənərək ölənlər vəzifəli şəxslər olublar - Yenilənib

Keçmiş baş nazir: “Zənglərdən yorulmuşam, adamı əsəbiləşdirirlər” - Yenilənib

Bakıda kişi sevgilisinə “mənim olmalısan” deyib qanını tökdü

107 minə görə həbs edilən ər-arvad bəraət aldılar

Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

Elza Seyidcahan və Rafael İsgəndərov arasında qalmaqal

Qəbələdə Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib - Yenilənib

Mbappe “Real Madrid”də hansı nömrə ilə çıxış edəcək?

Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

Ən çox oxunanalar