Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkilərə müdaxilə məsələsində ABŞ Kremldən geri qalmayıb - “The New York Times”

“Roma otellərində italiyalı siyasətiçilərə paylanılan ətək-ətək pullar, Nikaraquadakı seçkilərlə bağlı xarici qəzetlərə ötürülən qalmaqallı hekayələr, Slabodan Miloşeviçi devirmək üçün hazırlanmış milyonlarla yapışqan pamfletlər, plakatlar... Bütün bunları Vldimir Putin edib? Qətiyyən yox... Bunların hamısı ABŞ-ın xaricdə seçkilərə müdaxiləsini əks etdirən kiçik fraqmentlərdir”, - “The New York Times” qəzetindən Skott Şeyn yazır.

ABŞ MKİ-də 30 il xidmət etmiş və Rusiya üzrə mütəxəssis sayılan Stoven Holl müəllifə bunları söyləyib:

“Əgər siz bir kəşfiyyat zabitindən soruşsanız ki, ruslar kəşfiyyat nöqteyi-nəzərindən hansısa qaydanı pozubmu və ya nəsə möcüzəli bir hərəkət edibmi, o “yox” cavabı verəcək. Çünki ABŞ da vaxtilə seçkilərə təsir göstərməkdən ötrü bənzər əməliyyatlar həyata keçirilib. Və ümid edirəm ki, bu, hələ davam edir”.

Qəzetə rəy bildirən kəşfiyyat eksperti Lok Conson ABŞ-ın bu tip fəaliyyətlərini araşdıran təhqiqatçılardandır. Onun fikrincə, rusların elədikləri sadəcə Amerikanın bu sahədəki standart praktikasının kiber ölçülərə uyğunlaşdırılmasından ibarətdir.

“Biz bu işlə MKİ yaranandan, yəni 1947-ci ildən bəri məşğul oluruq. Əvvəlki dövrlərin texnikasına uyğun olaraq biz plakatlardan, pamfletlərdən, bannerlərdən, bir sözlə, hər şeydən istifadə etmişik. Biz xarici qəzetlərdə yalan və böhtan dolu informasiyaları yaymışıq. Bundan başqa, britaniyalıların zarafatla “kral Corcun süvariləri” adlandırdıqları çamadanlarla dolu pulları lazımi yerlərə və adamlara paylamışıq”, -Conson bildirir.

Lakin həm Hollun , həm də Consonun fikrincə, ABŞRusiyanın apardığı əməliyyatları mənəvi cəhətdən bərabər tutmaq olmaz. “Bu o deməkdir ki, həm polislər, həm də banditlər ikisi də eyni zibildir, ona görə ki, hər iki tərəfdə silah var. Burada əsas olan tərəflərin hansı motivasiya ilə hərəkət etməsidir”,- Conson qeyd edir.

Karnegi-Mellon universitetinin elmi əməkdaşı Levin Dovun sözlərinə görə, 1946-2000-ci illər arasında ABŞ müxtəlif ölkələrdə seçkilərə müdaxilə ilə bağlı 81, Sovet İttifaqı (daha sonra Rusiya) isə 36 əməliyyat həyata keçirib.

“Mən rusların 2016-cı ildə törətdiklərinə haqq qazandırmaq istəmirəm. Lakin onların əldə tutduğu metodlar ABŞ və Sovet İttifaqının soyuq müharibə illərində həyata keçirdikləri üsulların rəqəmsal variantıdır. Soyuq müharibə illərində hər iki dövlət partiyaların qərargahlarının dağıdılması (həmin vaxt virtual deyil, həqiqi), katiblərin ələ alınması, partiyalara informatorların yerləşdirilməsi, qəzetlərə informasiyaların və ya dezinformasiyaların ötürülməsi kimi işlər görüblər”, -Dov deyir.

Bu iş ilk öncə İtaliyada başlayıb. İkinci dünya müharibəsindən sonra ABŞ kommunizmə qarşı olan namizədləri dəstəkləmək üçün müxtəlif yollara baş vurmuşdu. “Kisələrlə pulu bəzi namizədlərin ciblərinə axıdırdıq”, - MKİ-nin keçmiş zabiti Mark Uayt hələ 1996-cı ildə demişdi.

“80-ci illərin sonunda isə, demək olar ki, hər həftə rusların indi facebook-da etdiyi kimi satın alınmış qəzetlər vasitəsilə yalan və doğru 70-80 xəbər yayılırdı. Bunun sayəsində Nikaraquadakı sol hökuməti devirmək mümkün olub”.

2000-ci ildə isə ABŞ kəşfiyyatı Slabodan Miloşeviçi devirməkdən ötrü uğurlu əməliyyat həyata keçridilər. Bu məqsədlə onlarla siyasi məsləhətçi bölgəyə göndərildi. Belqrad küçələrinə isə Miloşeviç əleyhinə milyonlarla pamflet yapışdırılıdı.

ABŞ 1996-cı ildə Rusiyada da seçkiyə qarışıb. Kommunistlərin yenidən hakimiyyətə gəlməsi qorxusu ilə Ağ Ev Boris Yeltsini dəstəkləməkdən ötrü hərəkətə keçib. Seçkilərə az bir müddət qalmış isə ABŞ Rusiyaya 10 milyard dollar krdetit ayırdı və bu xəbər mətbuatda geniş şəkildə təbliğ etdirildi.

Qəzetin yazdığına görə, son 20 ildə ABŞ Milli demokratiya fondu, Beynəlxalq respubikaçılar institutu , Milli demokratiya institutu kimi qurumlar vasitəsilə siyasi varlığını müxtəlif ölkələrdə hiss etdirir. Bu təşkilatlar namizədlərə birbaşa dəstək verməsələr də, onlara kampaniyanı necə həyata keçriməyi, seçkiləri müşahidə etməyin yollarını öyrədirlər.

“Bir çox amerikalılar bu kimi xidmətləri olduqca xeyirxah və məkrsiz fəaliyyət sayır. Lakin Putin üçün bunlar əsl düşməndir. 2006-cı ildə Milli demokratiya fondu Aleksey Navalnıya 23 min dollar qrant ayırmışdı. Bu Navalnını Putinin gözündə düşmənə çevirməyə və ona qarşı təqiblərə başlamağa şərait yaratdı”, - müəllif bildirir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar