Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkilərə mane olmağa görə cəzalar 20 dəfəyədək qaldırılır


Seçkilərdə (referendumda) iştirak qaydalarının pozulmasına görə cəzanın sərtləşdirilməsi təklif edilir


Cinayət Məcəlləsinin 159-1-ci maddəsinə əsasən, namizədlərin, partiyaların, siyası partiyalar bloklarının seçki (referendum) kampaniyalarına müdaxilə etməsinə və ya onu pozmasına görə 2 yüz manatdan 6 yüz manatadək miqdarda cərimə və ya 400 saatdan 480 saatadək ictimai işlər və ya 1 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırma nəzərdə tutulur. 

Təkliflə cəzanın cərimə hissəsinin miqdarı 2 min manatdan 4 min manatadək artırılır.
 
Seçkiqabağı (referendumqabağı) kütləvi tədbirlərin keçirilməsinə mane olmaya görə cəzanın cərimə hissəsi 5 yüz manatdan 1000 manatadəkdir. Hazırda bu məbləğin 3 min manatdan 6 min manatadək artırılması təklif olunur.
 
Seçkilərdə (referendumda) başqalarının əvəzinə səs verilməsinə şərait yaratma əməlinə görə də cəzanın cərimə hissəsi də 3 min manatdan 6 min manatadək artırılır. Hazırki qanunvericiliyə görə bu məbləğ 5 yüz manatdan 1000 manatadəkdir.
 
Məcəllənin 159-cu (Seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolma) maddəsinə də dəyişiklik təklif olunur.
Dəyişiklik layihəsində vətəndaşın seçki (referendumda iştirak) hüquqlarının həyata keçirilməsinə maneolmaya görə cəzanın cərimə hissəsi 1500 manatdan 2 min manata qədər olması nəzərdə tutulur. Hazırda isə bu məbləğ 100 manatdan 5 yüz manatadəkdir.
Vətəndaşı namizədin lehinə imza atmağa məcburetmə və ya namizədin müdafiəsi üçün imza yığılmasına maneolma əməlinə görə cəzanın da cərimə məbləğinin 2 min manatdan 4 min manatadək artırılması nəzərdə tutulur. İndi bu məbləğ 2 yüz manatdan 6 yüz manatadəkdir.
 
Bundan başqa, layihədə vətəndaşı öz iradəsinə zidd səs verməyə məcburetmə və ya onun səs verməsinə maneolma əməlinə görə cərimə cəzasının 2500 manatdan 5 min manatadək artırılması təklif olunur. Cinayət Məcəlləsində bu məbləğ 3 yüz manatdan 7 yüz manatadəkdir.
 
Nəzərdə tutulmuş əməllər ələalma, aldatma, hədələmə, zor tətbiq etməklə və ya zor tətbiqetmə hədəsi ilə törədildikdə, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə, vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə cərimə cəzasının 5 min manatdan 8 min manatadək artırılması təklif olunur. Qanunvericiliyə görə bu məbləğ 500 manatdan 1000 manatadəkdir.
 
Dəyişiklik layihəsi Milli Məclisin aprelin 25-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. (modern.az)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Ən çox oxunanalar