Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçkilərdən sonra Türkiyədə gərginlik ortadan qalxacaq?


Rauf Arifoğlu: "Son döyüşün qalibi qarşıdakı prezident seçkilərində bilinəcək".


Fazil Mustafa: "Avqust ayında Türkiyədə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, onda bu kompramat savaş davam edəcək"

Türkiyədədünən keçirilən bələdiyyə seçkilərində hakim Ədalət və İnkişaf Partiayası inamlı qələbə saldı. Seçki dönəmində Türkiyə Respublikası tarixinin ən böyük siyasi gərginliyini yaşadı. Hakim partiyanın nazirlərinə və baş nazir Rəcəb Teyyub Ərdoğana qarşı korrupsiya faktları açıqlandı. Bir zamanlar Ərdoğanın və hakim partiyanının müttəfiqi kimi çıxış edən Gülən camaatı və Ərdoğan bir-birilərinə qarşılıqlı müharibə elan etdilər. Seçkilərdən sonra Türkiyədə siyasi gərginliyin artıb-azalması isə hazırda əsas maraq doğuran məsələdir.

Bu barədə PİA.AZ-a danışan Yeni Müsavat qəzetinin baş redaktoru Rauf Arifoğlu hesab edir ki, Türkiyədə keçirilən seçkilər və yaşanan gərginliklər fonunda açıq aydın göründü ki, Azərbaycan türkləri kimi Anadolu türkləri də öz iqtidarlarının korrupsiya və rüşvətxorluğa yol verməsinə o qədər də faciə kimi yanaşmırlar:

"Seçkilər Türkiyə xalqının seçimini ortaya qoydu. Azərbaycan isə öz qardaşlarının seçiminə hörmətlə yanaşmalıdır. Biz bu seçkiləri tanıyırıq və müşahidə də etdik. Seçkilərin nəticəsində Türkiyənin baş nazirinin təkbaşına fenomenal performans sərgilədiyi ortaya çıxdı. Ərdoğan bacarıq və danışıqları ilə böyük bir koalisiyaya qarşı mübarizə apardı və qalib ayrıldı. Bu seçkilərdən sonra Ərdoğan Türkiyədə hakimiyyətini davam etdirmək şansını əlində saxladı. Başqa bir detal ondan ibarətdir ki, Azərbaycan türkləri kimi Anadolu türkləri də öz iqtidarlarının korrupsiya və rüşvətxorluğa yol verməsinə o qədər də faciə kimi yanaşmırlar. Avropada, Amerikada həmçinin istənilən ölkədə iqtidarı dəyişməyə qadir olan faktlara Türkiyədə cəmiyyət tərəfindən soyuqqanlıqla yanaşıldı və bu faktlar iqtidarln devrilməsinə səbəb olmadı. Gərginlik prezident seçkilərində dəöz təsirini göstərəcək. Bu seçkinin nəticələri problemləri həll etmir. Son döyüşün qalibi qarşıdakı prezident seçkilərində bilinəcək". 

Milli Məclisin deputatı, Böyük Qurtuluş Partiyasının sədri Fazil Mustafa da hesab edir ki, Türkiyədə keçirilən seçkilərgərginliyi azaltmayacaq, əksinə gərginlik daha da artacaq: 

"Türkiyədə baş tutan bələdiyyə seçkiləri bu ölkədə gərginliyi aşağı salmayacaq. Avqust ayında Türkiyədə prezident seçkilərinin keçiriləcəyini nəzərə alsaq, onda bu kompramat savaş davam edəcək. Prezident seçkilərinə qədər Türkiyədə qarşıqlıq yaratmaq istəyən qüvvələr çox ciddi səylər göstərəcəklər. Bələdədiyyə seçkisi prezident seçkisinin sadəcə tərkib bissəsi idi. Ancaq, Ədalət və İnkişaf Partiyasının (AKP) üzərinə o qədər ittiham yüklənmişdi ki, bu seçkidə AKP-nin qələbə qazanması çox vacib idi. Türkiyədəki gərginlik hələ davam edəcək. Hər halda prezident seçkilərinədək AKP-nin qarşısını almaq üçün daha ciddi fəaliyyətlər ortaya qoyulacaq. Hətta müəyyən sürpirizlərin olacağı da istisna edilmir".

Niyaməddin
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Rusiya Ermənistana müqavilələrdə nəzərdə tutulan silahları göndərir

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Ən çox oxunanalar