Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Seçki ərəfəsi sabitlik, yoxsa qarışıqlıq olacaq?


Tanınmış politoloq: “Seçkidə ehtirasları qızışdıran, ortamı gərginləşdirən hansısa hadisənin baş verəcəyinin...”


2018-ci ilin oktyabrında olacaq prezident seçkilərinin sabit, gərginliklər yaşanmadan keçəcəyi proqnozları verilməkdədir. Artıq bir sıra siyasətçilər bu barədə mövqelərini ifadə ediblər. Hələlik ən son olaraq bu cür proqnozu Ümid Partiyasının sədri İqbal Ağazadə “Yeni Müsavat”a geniş müsahibəsində verib.

Bəs ölkədə seçkinin sabit keçəcəyini təmin edən, eyni zamanda qarşıdurmalarla müşayiət olunacağını tətikləyən amillər varmı?

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a öncə bildirdi ki, əslində Azərbaycanda seçki hazırlıqlarına start verilib və bugünkü ictimai-siyasi ab-havanı nəzərə alsaq, seçkinin sakit keçəcəyini söyləmək üçün kifayət qədər əsaslar var: “Mərkəzi Seçki Komissiyası seçkilərə hazırlıq işlərinə başlayıb. Seçkilərə hazırlıq işinin birinci mərhələsi seçici siyahılarının dəqiqləşdirilməsidir. Mətbuat səviyyəsində isə ara-sıra yazılan yazıları nəzərə almasaq, seçkilərlə bağlı polemikalar getmir. Əksər siyasi partiyalar və siyasi təşkilatlar da öz namizədlərini açıqlamayıblar. Düzdür, oktyabr ayına qədər hələ xeyli vaxt var, Azərbaycanda seçkilərin ən qızğın dövrü adətən avqust ayından sonra başlayır. Amma hər halda, indiyə qədər namizədliyə iddialılar öz iddialarını ortaya qoymalı idi. Bir neçə partiya sədrini çıxsaq, heç kim seçkidə namizədliyini irəli sürmək niyyətini açıqlamayıb. Hakim partiyanın namizədinin kim olacağı isə artıq demək olar bəllidir. Hazırkı prezident İlham Əliyevin seçkilərdə iştirak edəcəyi bəllidir deyə bilərik. Artıq YAP bu istiqamətdə işlərini qurmağa başlayıb. İqbal Ağazadə əslində düzgün proqnoz verib. Seçki sakit, gərginliklərin yaşanmadığı şəraitdə keçəcək. Çünki seçkilərdə qarşıdurma, gərginlik yaradacaq situasiya bu gün görünmür. Seçki prosesinə əlavə stimul gətirə biləcək adamlar da hələ ki ortalıqda görünmür. YAP-ın namizədi kifayət qədər güclü və rəqibsiz görünür. Bu faktor da seçkinin kifayət qədər sakit, qarşıdurmalar olmadan keçirilməsinə zəmin yaradır. Ölkədə doğrudan da bir ictimai-siyasi sabitlik var, son dövrlərdə neftin qiymətinin artması, aparılan bir sıra islahatlar inflyasiyanın və manatın sabitləşməsinə gətirib çıxarıb ki, bu da əhali arasında müəyyən əhval-ruhiyyə sabitliyi yaradır. Bu amil də seçkilərin qarşıdurmasız, sakit keçməsini təmin edir. Bir sözlə, seçkidə ehtirasları qızışdıran, ortamı gərginləşdirən hansısa hadisənin baş verəcəyinin mümkünlüyü də bu gün üçün baxanda gözə görünmür”. 

Politoloq <a href=Qabil Hüseynli ile ilgili görsel sonucu">

Politoloq həmçinin dedi ki, gərginlik yaratmaqda bəzi xarici güclərin maraqlı olacağı və cəhdlər edəcəyi ehtimalı yox deyil: “Gərginliyi tətikləyəcək hadisələrdən danışarkən, əlbəttə, birinci növbədə xarici amili nəzərə almalıyıq. Burada Rusiya amili də, ABŞ amili də müəyyən rol oynaya bilər. Ona görə də biz amillərin rolunu həddən artıq şişirtmədən, eyni zamanda onunla ehtiyatlı olmağın da vacibliyini vurğulamalıyıq. Çünki Azərbaycanda hadisələrin inkişaf meylinə təsir edən ən güclü amillərdən biri Rusiya amilidir. Son zamanlar isə belə görünür ki, Rusiya amilindən başqa Amerika amili də proseslərə öz təsirini göstərməyə çalışa bilər. Hadisələrin gələcək inkişafında bu faktorların əhəmiyyətli rol oynaya biləcəyini bəri başdan ehtimal kimi dilə gətirmək ölkənin maraqları baxımından lazımdır.

Seçkilərə hələ 9 aya yaxın vaxt qaldığı üçün dəqiq proqnozlar vermək asan deyil. Amma seçkiyə yaxınlaşanda seçkinin necə keçəcəyi ilə bağlı daha dəqiq, daha birmənalı fikirlər söyləmək olar".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar