Xəbər xətti

22 YANVAR

15:51 Bakıda İran vətəndaşının meyiti tapılıb

15:45 Ötən il 38,7 milyon ton neft hasil olunub – SOCAR

15:08 Azərbaycanın lüğət davası: Dilçilik İnstitutu quyuya bir daş atıb...

15:01 AŞPA-nın yeni prezidenti seçildi

14:47 Roma Papasına 350 kiloqramlıq heykəl bağışladılar

14:37 Nardaranda 15 hektarlıq torpağa kim göz dikib?

14:26 “ZEYTUN BUDAĞI” əməliyyatının daha bir sirri :Rusiya-Türkiyə qaz sazişi

14:18 Komadan ayılan deputat 9 saat əməliyyatda qalıb

14:05 Bakıda daha bir sərnişin avtobusu qəzaya uğradı

13:52 Əlbir olub bir dələduz bir notarius ilə... - Abşeronda tikinti şirkətinin başına bu müsibəti gətirdilər

13:28 AŞPA prezidenti vəzifəsinə seçki keçirilməyəcək

13:22 Saratovda ov iti sahibini güllələyərək öldürüb

13:06 Zərdüşt Əlizadədən Fəzail Ağamalıya ironik cavab

13:04 BMT Təhlükəsizlik Şurasındakı Afrin müzakirələrində Rusiya Türkiyəni müdafiə edəcək?

13:00 “19 dəfə terrorra cəhd”: Bəhreynli nazir İranı ittiham etdi

12:50 İki nazir müavini ixtisara düşüb

12:38 “ABŞ-ın Suriyadakı birtərəfli fəaliyyəti Türkiyənin səbrini daşdırdı”

12:11 Bu şəxslərə dərman satmaq qadağan edilir

12:08 Uilyams: “FED bu il uçot dərəcəsini 4 dəfə artıra bilər”

11:48 Mətin Eynullayev vergilər nazirinin müavini təyin edilib

11:33 “Bakcell” şirkəti “AppLab” proqramı üçün layihələrin seçiminə başlayıb

11:21 Deputat Ağalar Vəliyevin biznes imperiyası

11:20 Şəhriyar Məmmədyarov dünya ikincisi oldu

11:11 DTX son illərin ən iri mütəşəkkil qaçaqmalçılığını ifşa etdi - 80 milyon dollar, 5 milyard Rusiya rublu

11:07 Körpələr evinə kimi gedib çıxan mənşəyi naməlum ətlər

10:59 Gəncədə gecə klubunda kütləvi dava olub, 3 nəfər bıçaqlanıb

10:44 BMT-nin Təhlükəsizlik Şurası Türkiyəyə görə toplanır

10:33 Dərslər nə vaxt başlayır? - RƏSMİ

10:32 Homoseksuallıq xəstəlik deyil, əxlaqsızlıqdır

10:26 Cim Mattis: “Türkiyə ABŞ-ı Suriyada hücumlardan əvvəl xəbərdar edib”

10:15 Aydın Əliyev Biləsuvarda vətəndaşları qəbul edəcək

10:03 Ələt Azad İqtisadi Zonasının maliyyə mənbələri müəyyənləşib

9:59 Sarkisyan Parisdə danışıqlara başlayır

9:54 Manatın məzənnəsi

9:50 ABŞ-dan Azərbaycanın ərazi bütövlüyünə xəyanət- sensasion faktlar

9:46 Ərdoğan “Zeytun budağ”ndan danışdı

9:42 Neft bahalaşdı

9:39 Müdafiə Nazirliyi cəbhədəki vəziyyətlə bağlı məlumat yayıb

9:35 Qarabağda ədalətli sülhün tək qarantı - hərbi güc diplomatiyası

9:29 Bu gün Davos İqtisadi forumu başlayır

9:25 Fəzail Ağamalı: “Xudu Məmmədovu Zərdüşt Əlizadə öldürdü”

9:21 Ticarət mərkəzinin önündə bomba partladı

9:17 Ümid sədri: “İstədiyim budur, versinlər, siyasətdən gedək”

9:14 Ölkədə “çürük bank”ların sayı artır

9:10 Qarabağ üçün təhlükəli ssenari - ABŞ Rusiya yolu gedir

9:07 Fazil Məmmədovun Eldar Mahmudov “taktikası”

9:03 Bu gün AŞPA-nın qış sessiyası başlayır

9:00 Bu gün bürcünüz nələr vəd edir?

21 YANVAR

21:35 Tillerson türkiyəli və rusiyalı həmkarı ilə Afrin əməliyyatını müzakirə edib

20:34 Saatlıda polis əməkdaşı bıçaqlanıb

20:23 Nazir: “Araz Ağalarova kömək edərdim, amma qanun buna imkan vermir...”

20:00 Saatlıda ağır qəza olub, ölən və yaralananlar var

19:29 Plastik qabların ziyanı

19:09 Çexiya baş nazirinin deputat toxunulmazlığı ləğv edilib

19:00 Suriyanın Afrin bölgəsindən Türkiyəyə 3 raket atılıb, 1 nəfər ölüb, 32 nəfər yaralanıb

18:39 Türkiyədə qar uçqunu iki hərbçinin ölümünə səbəb olub

18:25 Mahaçqalanın meri həbs edildi

17:52 Rusiya və Azərbaycanın axtardığı şəslər tutulub

17:34 Gəncə sakini avtomobillə azyaşlı övladını vuraraq öldürüb

17:18 Afrin əməliyyatından son xəbər: ilk kənd PYD-nin əlindən alındı

17:02 Türkiyə prezidenti yenidən Ermənistana arxivləri açmağı təklif edib

16:44 Ağdamda bir ailənin 5 üzvü zəhərləndi

16:35 Praqada oteldə yanğın nəticəsində ölənlərin sayı 4 nəfərə çatıb - Yenilənib

16:22 Bakının 3 qəsəbəsində su olmayacaq

16:13 Fransa BMT Təhlükəsizlik Şurasının təcili iclasını çağırıb

15:55 Tillerson Lavrovla Suriyadakı vəziyyəti müzakirə etdi

15:40 Türkiyə Afrində PKK terrorçularının mövqelərinə 153 zərbə endirib

15:33 Telman İsmayılovun “Tropikano“ biznes-mərkəzinə məhkəmə qadağası

15:20 OPEC+ bu gün Vyana sövdələşməsindən çıxmağımüzakirə etmək niyyətində deyil

15:05 Müdafiə Nazirliyi: Bədbəxt hadisə nəticəsində hərbi qulluqçu həlak olub

14:55 Penelope Kruz məşhur təcavüz qalmaqalından danışdı: “Ürəyim parçalandı“

14:40 Azərbaycan XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

14:25 Abşeronda məktəbli açılan atəş nəticəsində gözündən yaralanıb

14:08 “Efirlərə gündə bir sponsor tapan qızlar gələ bilər...“ - Dostəliyeva

14:05 Lənkəranda sakinləri döyməkdə və öldürməkdə şübhəli sayılan şəxs saxlanılıb

13:55 Ağ Ev zənglərə cavab verilməsini dayandırıb

13:42 Türkiyə Rusiya və İranın “Zeytun budağı“ əməliyyatına münasibətinə aydınlıq gətirib

13:37 Bakıda iki nəfər huşsuz vəziyyətdə tapıldı – Biri ölüb

13:10 Sabah hava küləkli, dumanlı olacaq

13:05 "Türkiyə Suriya sərhədi boyu 30 km genişlikdə təhlükəsizlik zolağı formalaşdıracaq"

12:55 Dəhşətli qətlin təfərrüatları: 19 yaşlı Əmrah mağaza sahibini niyə öldürüb?

12:40 Paris Bakının namizəd olduğu “Expo-2025“ ilə bağlı müraciətini geri götürüb

12:15 Azərbaycanda tütün, qida və içki istehsalı artıb

12:05 Türkiyə tankları Afrinə daxil olub

11:47 Tramp prezidentlik səlahiyyətinin 1 ilinə yekun vurub

11:42 “Hindistan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli üzrə danışıqları dəstəkləyir“

11:37 Kabildə silahlıların hücumuna məruz qalan oteldən 30 nəfər xilas edilib

11:20 Nyu-Yorkdakı Azadlıq heykəli bağlandı- Bu səbəbdən

11:12 Çaylardakı vəziyyətlə bağlı son məlumat – Sululuq səviyyəsi dəyişib

11:05 Suriya Türkiyənin Afrindəki əməliyyatını pisləyib- Bəyanat

10:50 "ABŞ-ın törətdiyi təxribatlar Afrindəki böhrana səbəb olub"

10:38 Keçmiş səfir “Qalatasaray”ın yeni İdarə Heyətinə üzv seçilib

10:33 Təhsil nazirinin müavini vəzifəsindən azad edilib

10:27 Muradı əsəbiləşdirən hadisə: “Ayıbdır!“

10:22 Türkiyə ərazisinə raket zərbələri endirilib- Suriyadan

10:17 İsveçdə məscidin qapısına faşist svastikasının təsviri çəkildi

10:13 ABŞ-ın Kabildəki səfirliyi silahlıların otelə hücum planından məlumatlı olub

10:09 Atəşkəs 120 dəfə pozulub

10:05 “Azərbaycanın PUA-larla erməni mövqelərinə mina zərbələri endirməsi yalan informasiyadır“

20 YANVAR

21:50 Türkiyə SQ Baş Qərargahı: Afrində 113 hədəfdən 108-i məhv edilib

21:38 Füzuli sakini qohumunu güllələyib- DİN-dən açıqlama

21:33 Şamaxıda 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib

21:20 Rusiya ordusu Suriyanın Afrin rayonunu tərk edib

21:05 Ərdoğanın köməkçisi: Türkiyə təkcə Afrini terrorçulardan təmizləmək niyyətində deyil

20:45 İran XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

20:15 “Səhərə yaxın atam üst-başı qanın içində gəldi“ - Elnarə

20:05 Türkiyə Afrin əməliyyatını başlatdı-“Zeytun budağı” -Video

19:43 Rusiya XİN Türkiyənin Afrin əməliyyatına münasibət bildirib

19:23 32 yaşlı şəxsi elektrik cərəyanı vuraraq öldürüb- Yevlaxda

19:13 Türkiyə Baş Qərargahı rəsmi açıqlama yayıb

19:05 “Prezident olsam, 20 martda Ukraynanı işğal edəcəm”

18:40 Türkiyə hərbi aviasiyası Suriyadakı mövqeləri bombalamağa başlayıb

18:27 Göyçayda yol tikintisi zamanı torpaq uçqunu baş verib- Fəhlə ölüb

18:17 “S&P” bu il neftin qiymətinə dair proqnozunu artırıb- 5 dollar

18:10 Dağlıq Qarabağda Ermənistan hərbçisi ağır yaralanıb

17:50 Türkiyə Silahlı Qüvvələri son həftədə 20 terrorçunu zərərsizləşdirib

17:36 Ermənilər Qazaxı atəşə tutub – Mülki təsərrüfata ziyan dəyib

17:25 Donald Tramp:“Hökumətin işini demokratlar dayandırdı“

17:17 Çində dünyanın ən böyük hava təmizləyicisi işə düşüb – Video

17:05 Tərtərdə 20 Yanvar şəhidləri yad edilib



MÜSAHİBƏ

...

Səbuhi Rəhimli: “Dedi ki, adamların ağzına tüpürürəm...” - Müsahibə (III Hissə)

Tarix 14.07.17, 12:16

Font ölçüsü : - / +
bitmap-img6


Tanınmış astroloq: “Bir qayda olaraq parlament seçkisi öncəsi ən azı 7-8 namizədlə işləyirəm. Burada mənim rolum nəticəni dəyişmək yox, prosesin özündəki aktivliyi təmin etməkdir. Çünki çağdaş Azərbaycan seçkilərində nəticə bizim səlahiyyətlərimizi aşır”


“Bir dəfə rayona gedirdim, gördüm Bayıl yamacında ağaclar əkirlər. Onların arasında bir tanışım var idi. Ona yaxınlaşdım, dedim ki, bu ağacların hamısı quruyacaq. Dedi niyə? Dedim çünki Ay Oxatan bürcündədir...”.

PİA.AZ “Qoroskop” qəzetinin baş redaktoru, tanınmış astroloq Səbuhi Rəhimli ilə müsahibənin üçüncü hissəssini təqdim edir:

Müsahibənin BİRİNCİİKİNCİ hissəsini oxuya bilərsiniz.

Dosye: Səbuhi Rəhimli 1970-ci ildə Tərtər rayonunda doğulub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin aktyorluq fakültəsini bitirib. Qarabağ müharibəsinin könüllü iştirakçısıdır. Qazidir. Ötən əsrin 90-cı illərindən astrologiya ilə məşğul olur. Azərbaycanda astrologiya üzrə tanınmış mütəxəssis hesab olunur. 38 kitabın müəllifidir. Şairdir və bir neçə şer kitabı nəşr olunub. “Qoroskop” qəzetinin baş redaktorudur. 

- Səbuhi bəy, sizə heç pronoz verməklə bağlı iş adamlarından müraciət edənlər olubmu?

- Müştəri ilə işləmədiyimi söhbətimin əvvəlində xatırlatmışdım. Amma mənim kifayət qədər dost-tanışım var. Onların arasında iş adamı, məmur və müxalif cəbhədən olanlar da az deyil. Eləsi olur ki, məsələn, siyasətçidir, amma siyasətdən yox, evini dəyişməyi barədə maraqlanır. Mən də həmin insana bunun üçün uğurlu zamanı və ərazini göstərirəm. Əslində belə məsələlərdə dövlətə də köməyimiz dəyə bilər: şəhərsalmada, parklar üçün uğurlu ərazilərin tapılmasında, məktəb, bağça, şadlıq saraylarının tikilməsində və s. Bu gün 8-ci KM qəsəbəsində daha çox şadlıq saraylarının olmasında mənim də payım var. Çünki belə tikintilərin populyar olduğu ilk dövrlərdə mənə müraciət edənlərin böyük əksəriyyətinə məhz həmin ərazinin uğurlu olduğunu göstərmişdim. 

Tək bir dəfə dövlət işi ilə bağlı müraciət olub. Bir dəfə rayona gedəndə gördüm ki, Bayıl yamacında Bakı şəhər İH işçiləri ağac əkirlər. Onların arasında bir tanışımı görüb yaxınlaşdım və dedim ki, bu ağacların hamısı quruyacaq. Dedi niyə? Dedim çünki Ay Oxatan bürcündədir, uğurlu vaxt deyil. Əlavə etdim ki, ağacı Ay Buğa bürücündə olanda əkmək lazımdır. Yeri gəlmişkən, elm bunun izahını verə bilməsə də, ortada sabit nəticə var. Bir gün həmin tanışım mənə zəng vurub dedi ki, ağacların 90 faizi qurudu və xahiş etdi ki, Ayın Buğa bürcündə olduğu dövrləri ona göndərim. “Eurovision” ərəfəsində ağacəkmə prosesinə başladılar və sayəmdə bu gün Bayıl yamacı yaşıllıqdır (gülür- pia.az). 

Materialist dünyagörüşünə söykənənlər anlamır ki, elm heç də hər şeyin izahını verə bilməz. Bu günə qədər adi qripə normal bir həb tapa bilməyən, okeanların dibini tədqiq edə bilməyən elm Ayın Zodiak bürclərindəki hərəkətinin mahiyyətinə də tələsik inkar cavabı verməməlidir. Bəlkə də neçə yüzilliklər keçəcək və o zaman biləcəklər ki, Ay Buğa bürcündə olanda nə baş verir ki, ağaclar torpaqda tutur. Adi bir misal deyim, çox qədim zamanlardan bilinir ki, qaranquşlar aşağıdan uçursa, yağış yağacaq. Elm inkişaf etdikcə, bilindi ki, yağışöncəsi insanın sezə bilmədiyi nəmişlik yerə doğru basılır. Bu məqamda yenə də insanın hiss etməyəcəyi qədər kiçik olan uçan cücülər də nəmişlik səbəbindən aşağı enirlər. Qaranquşlar da onları yemək üçün aşağıdan uçurlar. Yəni, elm qaranquşların niyə aşağıdan uçmasının elmi izahını verdi.

photoslide_title

Səbuhi Rəhimli: “Eləsi olur, siyasətçidir, amma siyasətlə yox, evini dəyişməsi ilə bağlı müraciət edir”.


- Səbuhi bəy, ta qədimdən astoloqlar siyasi proqnozlar verməklə məşğul olublar. Sizə heç siyasi proqnozlar verməklə bağlı dövlət qurumlarından müraciət edənlər olubmu?

- Bir qayda olaraq parlament seçkisi öncəsi ən azı 7-8 namizədlə işləyirəm. Burada mənim rolum nəticəni dəyişmək yox, prosesin özündəki aktivliyi təmin etməkdir. Çünki çağdaş Azərbaycan seçkilərində nəticə bizim səlahiyyətlərimizi aşır. Amma hansı bölgədə və nə vaxt seçicilərlə görüşlərin keçirilməsi, diqqəti cəlb etmək üçün nəyi etmək kimi astroloji məsləhətlər verirəm. 

- Sırf dövlətlərarası münasibətlərlər bağlı müraciət edən olmayıb?

- Sizcə ölkəmizdə elə bir məmur varmı ki, hansısa dövlətlə Azərbaycanın münasibətlərinin düzəlməsi üçün hətta astroloqa müraciət edəcək qədər narahat olsun? Mən şəxsən inanmıram. Hansısa məmur hansısa ölkədə olan biznesindən narahat ola bilər, amma vətənə xeyir verəcək iş üçün mənə müraciət etməzlər. Bu işi uzağı, vəzifə kimi icra edənlər var, lakin əndişələnib astroloq tapacaq qədər yoxdur. Verdiyiniz sualla bağlı mənə ancaq Prezident, XİN başçısı və bir az da səfirlər müraciət edə bilərlər. Əslində səfirlərə də inanmıram, onlar təşəbbüskar deyillər, yalnız tapşırıq yerinə yetirir, daha çox viza düzəltməklə pul qazanmağı üstün tuturlar.

Amma beynəlxalq səviyyədə işlə bağlı müraciət olur. Məsələn, kimsə zavod açmaq istəyir və qarşıma Rusiya, İran, Qazaxıstan və ya Azərbaycan kimi variantlar qoyur. Mən də incələyib qərar verirəm.

- Nədənsə Azərbaycanda insanlar astroloqlardan daha çox adi falçılara müraciət etməyə üstünlük verirlər. Bunu nəylə əlaqələndirirsiniz?

- İcazə verin, cavabdan öncə sualınıza bir az aydınlıq gətirim. Əvvəla, tanıdığınız iki astroloqdan heç biri oturub müraciət gözləmir. Nə Firudin Qurbansoy, nə də mən müştəri ilə işləmirik. Müraciət edənlər də dost-tanışlar olur. Məsələn, siz də məndən fərdi qoroskopunuzu iltimas edə bilərsiniz. O ki qaldı falçılara müraciətə, heç bunun da statistikasını aparmaq mümkün deyil. Onu da nəzərə alın ki, ölkəmizdə astroloqa nisbətdə nə qədər falçı-fırıldaqçı var. Məsələnin obyektiv tərəfləri də var. Məsələn, bir nəfərə qoroskop xəritəsi hazırlamaq ən azı bir həftə vaxt aparır. Həmin bir həftədə ortaya çıxan sualları məhz müraciət edən adam cavablandırmalıdır ki, astroloji portret tamamlansın. Xəritə hazır olandan sonra astroloq qarşı tərəfə ancaq istiqamət verir, hər hansı təsir etmir, etmək mümkün də deyil. Əksər insanlar isə bunu qəbul etmir, uzunçuluq sayır və hazırın naziri olmaq istəyir. Belə məqamlarda isə falçıların qorxuducu və bəzən təsəlliverici yalanlarına ehtiyac duyurlar. Mən bunu cəmiyyətin lazımi qaydada maariflənməməsi və cahili inancların fundamental möhkəmliyi ilə əlaqələndirirəm.

Bilirsiniz, bir quruluşdan digər quruluşa keçəndə insanlarda maddi-mənəvi balans pozulur. Yəni elə adam var ki, bu keçid dövründə sırf dinə, elə adam da var ki, terrora qoşulur. Sabahı bəlli olmayan bir cəmiyyətdə yaşayırıq deyə evimizdə də arxayın otura bilmirik. Heç hamılıqla Allaha da ümid etmirik. Çünki Allah görünmür və qarşına da görünəcək heç nə qoymur. Belə bir xaotik dövrdə də falçılar, cadugərlər aktivləşir, insanları zombiyə çevirirlər. 

Dəfələrlə dediyim bir hadisəni sizə də danışmaq istəyirəm. Ötən əsrin 90-cı illərinin ortaları idi. “28 May” metrosundan çıxanda tanış cavan oğlanla qarşılaşdım. Ondan soruşdum ki, burada nə iş görürsən? Dedi ki, burada möhkəm səslə mənə vergi verildiyini, ağız suyumun bütün müşkülləri açdığını deyirəm. Bu adam yanına gələnlərin ovcuna, başına, üzünə, kürəyinə tüpürüb yaxşıca pul qazanırdı. Hətta deyirdi ki, professor olan yaşlı bir kişi gəlmişdi, ağzına tüpürdüm, sevinə-sevinə getdi. 

photoslide_title























Səbuhi Rəhimli: “Qalmaqal, şou, qeybət olan verilişlərdən uzağam, maarifləndirici, səviyyəli layihələr olanda məmnuniyyətlə, çıxış edirəm”.


- Dediniz ki, bir adama qoroskop xəritəsi hazırlamaq üçün bir həftə vaxt keçir. Ümumiyyətlə astroloqlar qoroskop xəritəsini neçəyə hazırlayırlar və Azərbaycanda qoroskop xəritəsi hazırlatdırmaq geniş yayılıbmı?

- Məncə, əvvəldə bu suala ətraflı cavab verdim. İndiyə qədər bəlkə də 150 nəfərə o xəritədən hazırlamışam, şifahi tövsiyələrim isə daha çox olub. Bir fakt da tapa bilməzsiniz ki, kimdənsə pul almışam. Çünki mən astrologiyanı pul qazanmaq üçün öyrənməmişəm. Ona qalsa rəhbərlik etdiyim qəzetdən də gəlirimiz olmur, son iki ildə heç 50 manat qazanmamışam. Buna görə çoxları məni qınayır, qəzeti saxlamağı məsləhət görürlər. Amma özü özünü dolandırdıqca, çıxarmağa çalışacağam. Bu sahədən pul qazanmaq çox asandır, təbii ki, əsasən yalançı təsəlli, ümidverici sözlər daha çox üstünlük təşkil etməklə. Bizim yolumuz o deyil. Ona qalsa qəzetim var və orada reklam verərəm, mediada sizin kimi dostlarım var, sayənizdə müştəri yığaram, azdan-çoxdan tanınıram ki, bu da köməyimə gələr. Amma bu, mənim yolum deyil. Ona görə də TV-lərə aldığım 10-15 dəvətdən uzağı 3-nə, 4-nə gedirəm. Qalmaqal, şou, qeybət olan verilişlərdən uzağam, maarifləndirici, səviyyəli layihələr olanda məmnuniyyətlə, çıxış edirəm. Özümü Cənnətə kökləmişəm (gülür).

- Kəhanət, cadu, bəddua… bunlar nədir? Yəni doğurdanmı insanlara kənardan, fiziki təmas olmadan fiziki və mənəvi ziyan vurmaq mümkündür?

- Açığı, ağlım kəsəndən bunu qəbul etməmişəm. Hesab edirəm ki, şeytan dedikləri varlıq da insanın özünün içindədir. Peyğmbərimizdən də bir hədis var. O hədisdə deyilir ki, cadu deyilən şey var, amma o ancaq inanana təsir edir, inanmayana yox. Mən 1994-cü ildən Azərbaycanda nə qədər falçı, cadugər var onlarla müharibədəyəm. Bu işdə məndən öndə heç kəs yoxdur. Telekanallardan, müxtəlif layihələrdən onları çətinliklə də olsa uzaqlaşdırmışam. 

Bir dəfə canlı efirdə falçı Məlahəti ifşa etdim. O da dedi ki, mənə cadu edəcək, 3 günə öləcəm. Amma mən onun sözlərinə əhəmiyyət vermədim. Çünki biz Allahın ipindən yapışmışıq. Özünü İsa Peyğəmbər adlandıran Kazım vardı. Dirənmişdi ki, qəzetində reklamımı ver. İmtina edəndə dedi ki, bu sayınızda reklamım getməsə, qəzetin birdəfəlik dayanacaq. O vaxta qədər qəzetimiz ayda 1 dəfə çıxırdı. Kazımın sözündən sonra ayda iki dəfə çıxarmağa başladım və bu günə qədər də davam edir. Yəni, bunların hamısı boş və məmasız şeylərdir. 

photoslide_title

Səbuhi Rəhimli: “Heç hamılıqla Allaha da ümid etmirik. Çünki Allah görünmür və qarşına da görünəcək heç nə qoymur”.


- Səbuhi bəy, siz şeytana inanırsınız?

- Müqəddəs Kitabımızda belə bir varlığın olduğuna aid xeyli dəlil var. Onun, minillər boyu Allahın baş mələyi olduğuna və insan yaradılarkən Allaha asi olduğuna, Qiyamətə qədər möhlət alıb bəni-insanı azdıracağına qərar verməsinə inanıram. Əslində düşünürəm ki, şeytan içimizdəki şübhə və nəfsin obrazlaşdırılmış alleqorik təsviridir. O nəfsi bəzən cilovlaya bilirik, bəzən isə yox. Dini kitablar, müdriklərin hikmətləri, yaşadığımız hadisələrin təcrübəsi və elm məhz şeytani duyğulardan uzaqlaşmağımıza xidmət edir.

- Bir-iki siyasi proqnoz verə bilərsiniz?

- Mən ildə bir dəfə, yəni ilin sonunda proqnoz verirəm. Həmin proqnozlar da internetdə var.
 
- Dediniz ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı məşğul olursunuz və əlavə etdiniz ki, hərbi məsələlərdə astroloji proqnozlar baxımından məsləhətlər verə bilərsiniz. Ulduzlara görə Dağlıq Qarabağ probleminin həlli görünür?

- Yalnız onu deyə bilərəm ki, Azərbaycan sovet dönəmindəki xəritəsini bərpa edəcək. Dağlıq Qarabağ problemi Azərbaycanın xeyrinə həll olunacaq. 

photoslide_title































Səbuhi Rəhimli: “Azərbaycan sovet dönəmindəki xəritəsini bərpa edəcək”.


- Yəni yaxın gələcəkdə Dağlıq Qarabağ probleminin həlli görünmür?

- Bu siyasi iradədən asılıdır. Qarabağ məsələsi konkret bir fərd deyil. Bu məsələ iki və daha çox böyük dövlətin marağında olan işdir. Buna görə də vaxt baxımından konkret proqnoz vermək çətindir. Sadəcə şanslı zamanlar var və o zamanlardan yararlanıb-yararlanmamaq məsuliyyət sahiblərindən asılıdır. 

- Siz 25 ilə yaxındır mətbuatdasınız. Bayaq dediniz ki, mətbuatın ağır günləri qabaqdadır və bu barədə əvvəlcədən proqnoz vermisiniz. Mətbuatın bu vəziyyətə düşməsini nə ilə əlaqələndirirsiniz və mətbautın ağır günləri dedikdə nəyi nəzərdə tutursunuz, həmçinin ağır vəziyyət nə qədər davam edə bilər?

- Mətbuatın vəziyyəti 2017-2018-ci illərdə daha da ağır olacaq. Mətbuatın ağır vəziyyəti ilk növbədə maliyyə ilə bağlı olduğuna görə, problemlər olacaq və artacaq. Təbii ki, mətbuata iqtisadi və siyasi gedişat birbaşa təsir edir. Artıq bu, özünü göstərməkdədir: ixtisarlar, portallarda əlavə saytların bağlanması, maaşların azaldılması və s.
 
- Səbuhi bəy, bəs mətbuata siyasi təzyiqlərin artması gözlənilir?

- Siyasi, iqtisadi sabitlik dövründə deyilik ki, bu sualı verirsiniz? Mətbuata siyasi təzyiqlər artır və artmaqda da davam edəcək. Adətən mətbuatı seçki bitəndən sonra bir az sərbəst buraxırlar. Qarşıda isə seçki olduğuna görə, gələn il mətbuata nəzarət daha da artacaq. Yəni mətbuatda ipə-sapa yatmayanlar gələn il daha çox təzyiqə və maddi sıxıntılara məruz qalacaqlar. Bu, bir məntiqi analizdir, bunu demək üçün astroloq olmağa ehtiyac yoxdur.

Azər QARAMANLI
Gülşən ŞƏRİF
Nərminə UMUDLU

pia.az











Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


MÜSAHİBƏ

design-img

Vernisaj

Dərslər nə vaxt başlayır? - RƏSMİ

bitmap-img3

Rakurs

Deputat Ağalar Vəliyevin biznes imperiyası

bitmap-img3

Seçmələr

Naməlum oliqarxla Əbülfəz Məlikovun hesablaşması – Təfsilat

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru