Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbailli məktəblilər tur aksiyada iştirak edir

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə reallaşan «Ölkəmizi tanıyaq» maarifləndirici tur-aksiyası çərçivəsində Səbail rayonunun təhsildə, idmanda və oxuduqları tədris müəssisəsinin ictimai həyatında fərqlənən 40 nəfər məktəblisi Gəncə-Şəmkir-Göygöl marşrutu ilə yola salınıblar


Əvvəlcə iştirakçılar RİH-də Ümummilli Liderin büstü önünə tər güllər düzüb, dahi rəhbərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Səbail Rayon İcra hakimiyyəti başçısının müavini Abit Əliyev iştirakçıları, onların valideynlərini, orta məktəblərin və rayon ictimaiyyətinin nümayəndələrini salamlayaraq tur aksiya iştirakçılarına yaxşı yol arzuladı.

Bildirildi ki, tur-aksiya iştirakçıları dörd gün ərzində Gəncə şəhərində Cavadxan məqbərəsi, Cümə məscidi, Şah Abbas məscidi, Xan bağı, “İmamzadə” kompleksi, Nizami Gəncəvinin məqbərəsi və Gəncə avtomobil zavoduna, Şəmkir rayonunda “Orta əsr Şəmkir şəhəri”, “Abidələr” parkı, Alman kilsəsi, “İstiqlal” parkı və “Nəfis çörək zavodu”na, Göygöl rayonunda Alman kirxasına baxış keçirəcək, Hacıkənd qəsəbəsinə və Göygöl Milli Parkına ekskursiya edəcəklər. Onlar həm də səfər çərçivəsində təşkil olunacaq intellektual oyunlarda və “İDEA” İctimai Birliyi xətti ilə keçiriləcək ağacəkmə kompaniyalarında iştirak edəcəklər.

Məktəblilər RİH-nin binası önündə xatirə şəkili çəkdirdilər, havaya rəngbərəng şarlar buraxıldı. 

Yekunda Səbailli məktəblilər QYP-nin müşayəti ilə xüsusi olaraq onlar üçün ayrılmış avtobusla Gəncəyə yola düşdülər. 





pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Həbsxanada evlənən müğənni: “Heç kimin bacarmadığını etmişəm”

Bu həftə inanılmaz dərəcədə varlanacaq bürclər

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Ən çox oxunanalar