Şənbə, 30 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbailli məktəblilər Qusara göndərildi


Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində ənənəvi layihə həyata keçirilib


Gənclərin sağlam böyüməsi, onların idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri,  həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladlarının 150 nəfərdən çox qrupu üçün Qusar şəhərində yerləşən «N» saylı hərbi hissədə «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb.

Bu münasibətlə Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda  yola salınma mərasimi keçirilib. 

Tədbir Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin  ifası ilə başlanıb.

Tədbirdə çıxış edən Müdafiə Nazirlyinin İdarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, tədbirin əsas məqsədlərindən biri gələcək əsgərlərimizin hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə, ordumuzun silah və texnikası ilə yaxından tanışlıq və məktəblilərin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmiqdan ibarətdir. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti  üçün hər cür şərait yaradılıb.

Müdafiə Nazirliynin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşüblər. 

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Azərbaycanda tanınmış alim əşyaları ilə birlikdə küçəyə atıldı - Video

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Milli Məclisin iclası keçirilir, gündəlikdə 21 məsələ var

AzTV Arayik Arutyunyanın müsahibəsini niyə yayımlamadı? - Açıqlama    

Azərbaycanda yeni televiziya fəaliyyətə başlayacaq

WhatsApp aprel ayından qaydalarla razılaşmayan istifadəçiləri bloklamağa başlayacaq

Ən çox oxunanalar