Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə “Qəlbin yaddaşı” adlı anım mərasimi keçirilib


Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Qəlbin yaddaşı” adlı anım mərasimi keçirilib


Hər il olduğu kimi Ümummilli liderimiz Heyər Əliyevin vəfatının dönümü ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin,  KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə Azərbaycan Dövlət Musiqili Teatrında xalıqmızın Ümummmilli lideri Heydər Əliyevin xatirəsinə hərs olunmuş “Qəlbin yaddaşı” adlı anım mərasimi keçirilib.

Səhnədəki monitorda Ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. Azərbaycan Respublikasının  Xalq artisti Teymur Göyçayevin bədii rəhbəri və baş dirijoru olduğu Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında  İohan Sebastyan Baxın  «Ariya»sı səsləndi. Orkeçtrin ifası zamanı ekranda Ümummilli liderimiz Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş video fraqmentlər nümayiş etdirilib. 

Tədbirdə qeyd olunmuşdur ki, düz 14 il əvvəl dekabr ayında müasir Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xadqımızın Ümummilli lideri Heydər Əliyev əbədiyyətə qovuşdu. O, xalqımızın yaddaşına əbədi həkk olunmuş dahi şəxsiyyətdir
Çox illər keçəcək, lakin çiçəklənən Azərbaycanın vətəndaşları dövlət müdrikliyi və sarsılmaz mətnliyi sayəsində Azərbaycanın gələcəyini təmin etmiş bu dahi insanı unutmayacaqlar. Əsası Heydər Əliyevin yorulmaz əməyi ilə qoyulmuş bu dayanıqlı inkişaf ölkə rəhbəri İlham Əliyevin dövlət xadimi istedadı sayəsində davam edir. Bu siyasəti son 14 ildə davam etdirən Prezident İlham Əliyev milli ənənələri və geosiyasi özəllikləri nəzərə alaraq ölkəni iqtisadi yetkinlikdən demokratik yetkinlik məkanına bacarıqla transformasiya edir.

XX əsrin 90-cı illərində Azərbaycanın dəf etdiyi çətin, lakin şərəfli yol yalnız Heydər Əliyevin fəaliyyəti sayəsində tarixi həqiqətə çevrildiyi kimi, XXI əsrin əvvəllərinin möhtəşəm uğurları da Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin yeritdiyi siyasətin parlaq təzahürüdür. 
Xalq artisti Vaqif Əsədovun rejissorluğu ilə hazırlanmış anım mərasimi Zəlimxan Yaqubun Azərbaycan xalqının Ümummıllı lideri Heydər Əliyevin əziz xatirəsinə ithaf etdiyi “Böyük ömrün dastanı” poemasından şerlərlə davam etdi və Heydər Əliyev polunu canlandıran əməkdar artist Fizuli Hüseynov ulu öndərin xatirələrini səsləndirdi. Tədbirdə Heydər Əliyevin gənclik illəri, ölkə rəhbəri kimi çalışdığı dövr, onun Azərbaycanın inkişafı və tərəqqisi üçün gördüyü işləri əks etdirən video-fotoların nümayişi ilə ulu öndərin sevdiyi mahnılar ifa olundu, sonra Leyla Əliyevanın dahi Azərbaycanlıya həsr etdiyi “Qəlbin yaddaşı” şeri səslənib.

Səhnədə həmçinin əməkdar artist Elşən Rüstəmov, aktyorlar Günel Məmmədova, Elnur Kərimov, Günel İmanova ulu öndərə həsr olunmuş şerləri oxumuş, xalq artistləri Murad Hüseynov, Azər Zeynalov, əməkdar artistlər  Ehtiram Hüseynov və skripkaçı Rövşən Əmrahov, gənc ifaçı Çinarə Məlikzadə müxtəlif musiqi janrlarında səslənən mahnı və musiqi nömrələri ilə çıxış etmiş, anım gecəsi gənc və istedadlı müğənni İlham Nəzərovun ifasında Müslüm Maqomayevin «Azərbaycan» mahnısı ilə bitib.

Mərasim çox təsirlı və yaddaqalan keçmiş, tamaşaçılar zalı göz yaşları ilə tərk ediblər.

pia.az





Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Ən çox oxunanalar