Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə sahibkarların toplantısı keçirilib


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə sahibkarlığın inkişafına diqqətin artırılması ilə bağlı verdiyi tapşırıqların icrası ilə əlaqədar Səbail rayonunda həyata keçirilən tədbirlər çərçivəsində Rayon İcra Hakimiyyətində rayon rəhbərliyi ilə Badamdar qəsəbəsində fəaliyyət göstərən sahibkarların görüşü keçirilib


PİA.AZ xəbər verir ki, açıq mikrofon xarakterli görüşdə sahibkarların gündəlik problemləri ilə yanaşı Badamdar qəsəbəsinin sosial-iqtisadi inkişafı, o cümlədən qəsəbənin əsas küçəsi olan Badamdar şossesinin əsaslı yenidənqurulması məsələləri də müzakirə olunmuş, sahibkarları maraqlandıran məsələ və suallar ətraflı cavablandırılıb.

 Səbail Rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov qeyd etmişdir ki,  bu gün ölkədə korrupsiyaya qarşı amanız mübarizə aparılır, yeni islahatlar həyata keçirilir. 

Badamdar şossesində aparılacaq əsaslı yenidənqurma işlərinə toxunan Eldar Əzizov bildirmişdir ki, cənab Prezidentin tapşırıqlarnı əsasən hər bir məmur sakinlərin problemlərini öz şəxsi problemləri kimi qəbul etməlidir. Bununla əlaqədar Badamdar yolunun yenidənqurulması işləri zamanı bu yol ətrafında yerləşən bütün ticarət və digər obyektlərin sahiblərinə RİH tərəfindən hər cür yardım və köməklik göstəriləcək, hər bir obyektlə bağlı layihə sənədləri ətraflı müzakirə olunacaqdır. 

Görüşdə çıxış edən sahibkarlar onların gələcək fəaliyyətinin inkişafı istiqamətində hazırda atılan addımları və nəzərdə tutulan işləri dəstəklədiklərini bəyan etmiş və bununla əlaqədar ölkə başçısı cənab İlham Əliyevə öz dərin minnətdarlıqlarını bildiriblər.

 pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Qeyri-neft sektorunun inkşafı və Dövlət İnvestisiya Şirkətinin batırdığı sərmayələr... - I yazı

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən çox oxunanalar