Cümə, 10 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə əhalinin pulsuz göz müayinələri aksiyası keçirilib

Təşkilatçılar tərəfindən bu xeyirxaq aksiya cari il ərzində bir neçə dəfə təkrar keçiriləcək


Görkəmli oftalmoloq, Tibb Elmləri doktoru, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 95 illiyi ilə əlaqədar Səbail rayondakı ən müasir tibb müəssisələrindən olan «Dünyagöz» Göz Klinikasının təşəbbüsü və Səbail Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonun 20-ci yaşayış sahəsində şəhid ailələri, müharıbə veteranları və əlilləri, məcburi köçkünlər və imkansız ailələrin nümayəndələri üçün pulsuz göz müayinələrinin keçirilməsi ilə bağlı aksiya keçirilib.

Klinikanın səyyar laboratoriyası 20-ci sahəyə gələrək sakinlərin müayinəsini keçirmişlər. Gün ərzində və eləcə də sabah rayon sakinləri peşəkar oftalmoloqlar tərəfindən pulsuz müayinələrdən keçərək lazımı məsləhətlər almışlar. Ehtiyac yarandıqda isə vətəndaşlar stasionar müalicəyə cəlb olunacaqlar. 

Qeyd olunmuşdur ki, təşkilatçılar tərəfindən bu xeyirxaq aksiya cari il ərzində bir neçə dəfə təkrar keçiriləcəkdir.  

Sakinlər bu xeyirhaq aksiyanın keçirilməsindən çox razı qaldıqlarını bildirmiş, görkəmli oftalmoloq alim Zərifə xanım Əliyevanın yubileyinə həsr olunmuş bu aksiyanın təşkilatçılarına minnətdarlıqlarını bildirmişlər. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qusar meşəsindən bu görüntü yayıldı, polis hərəkətə keçdi - Foto

Aytən Səfərova Xəzər TV-dən uzaqlaşdırılıb?

İki övladını küçəyə atan ananın üçüncü övladı da əlindən alındı - Açıqlama

Dövlət Film Fondunun direktoru: “Çətin vəziyyətdə qalmışdıq, Hacıbaba Bağırov bizə iş verdi” - Foto  

Ermənistanda delimitasiya əleyhinə yürüş edənlər İrəvana çatıblar - Video

Azərbaycanda su-kanalizasiya problemlərinə milyardlar gedib, amma...

Şuşaya yeni həyat verilir: İlk köçün həyəcanı yaşanır - Video

Sumqayıtda “Azərişıq” ASC-nin əməkdaşını elektrik cərəyanı vurub

Ən çox oxunanalar