Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə birinci rübünün yekunları müzakirə olunub


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş iclasındakı nitqindən irəli gələn vəzifələr Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Şuranın rayonun sənaye müəssisələri, təsərrüfat xidmətləri, təhsil, səhiyyə müəssisələri, hüquq-mühafizə orqanları rəhbərlərinin, bələdiyyələrin, gənclər təşkilatlarının və rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasında ətraflı müzakirə olunub.


İclası giriş sözü ilə açan Səbail rayon İcra Hakimiyyətinin Başçısı Asif Əsgərov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafın yekunlarına   həsr olunmuş iclası barədə ətraflı məlumat verərək qeyd etmişdir ki, birinci rüb ərzində iqtisadiyyat 2,5 %, qeyri-neft sektoru 8,8 %,  orta əmək haqqı 7 %,  əhalinin banklardakı əmanətləri 20 %-dən çox artmışdır. inflyasiya   cəmi 2 % təşkil etmiş və beləliklə əhalinin gəlirləri inflyasiyanı 2 dəfədən çox üstələmiş, ölkənin valyuta ehtiyatları 53 milyard dollar təşkil edir ki, bu da ölkə başçısı cənab İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasətin nəticəsidir.

Hesabat dövründə Səbail rayonunda görülən işlərdən danışan Asif Əsgərov    bildiribr ki, 2014-cü ilin ilk üç ayı ərzində rayonun sənaye müəssisələri tərəfindən 5.562,8 milyon manatlıq sənaye məhsulu istehsal edilmiş, nəqliyyat müəssisələri tərəfindən  115.5  milyon manatlıq, rabitə müəssisələri tərəfindən 101.7milyon manatlıq xidmətlər göstərilib. 

Bütün maliyyə mənbələri hesabına  əsas kapitala investisiya 1203.9  milyon manat olmuşdur ki, bu da keçən ilin müvafiq dövrünə nisbətən 16,0  %  çoxdur.  Tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 553.7  milyon manat   olmuşdur ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 54.7 % çoxdur .
3 ay ərzində rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  56.0 milyon manat məbləğində  və ya ötən ilin eyni dövründən 22.7 % çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 67.0 milyon manatlıq pullu xidmət göstərilib ki, bu da 2013-cü  ilin müvafiq dövrü ilə müqayisədə 2.7 % çoxdur. 

I rübdə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 56.0 milyon manatlıq və ya əvvəlki ilin yanvar-mart aylarından 22.7 % çox əmtəə satılmış,   18.7 milyon  manatlıq  və  ya  əvvəlki  ilin  eyni  dövrünə nisbətən  29.4  % çox  iaşə  xidmətləri  göstərilib.  Cari ilin əvvəlindən pullu xidmətlərin həcmi 2013-cü ilin eyni dövrünə nisbətən  2.3 % artaraq 67 milyon manat olub.

Səbail rayonu üzrə daimi əhalinin sayı 100650 nəfər olub, əlavə olaraq rayonda 10615 nəfər məcburi köçkün məskunlaşıb.  Rayonda çalışan işçilərin sayı 112407 nəfər, orta aylıq əmək haqqının məbləği isə 905.1 manat olub ki, bu da keçən illə müqayisədə  1.0 % çoxdur.
2014-cü ilin I rübündə Səbail rayonu ərazisində 537  (ilkin məlumat) yeni iş yeri açılıb. Bunlardan hamısı daimi iş yerləridir.

2014-cü ilin ilk 3 ayı ərzində   2 saylı şəhər poliklinikasında, “Turac” uşaq bağçasında, Bibiheybət qəsəbəsində Mədəniyyət evi və qəsəbə kitabxanasıda aparılan əsaslı təmir-yenidənqurma işləri başa çatdırılıb, 20-ci sahə ərazisində 109 saylı 35 kilovoltluq   yeni yarımstansiyanın və  Badamdar qəəsəbəsində  yeni İdman Kompleksinin və  3 ədəd yeni su anbarlarının tikintisi davam etdirilir.
Hazırda rayon ərazisində Su İdmanı sarayının, Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün yeni binanın, «Alov qüllələri» kompleksinin, Oksford məktəbi üçün yeni tədris korpusunun, «Cənub» mehmanxanasının sökülərək yerində 7 mərtəbəli yeni mehmanxananın, Qurban Abbasov küçəsində yeni İş mərkəzinin, 20-ci sahədə Səbail rayon Prokurorluğunun yeni inzibati binasının, Əhəd Yaqubov küçəsində Müasir İstedadlar məktəbi üçün yeni idman və yataqxana komplekslərinin, 9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın, Badamdar qəsəbəsində yeni Xəstəxananın, Əhəd Yaqubov küçəsində kütləvi informasiya vasitələri işçiləri üçün  daha bir yeni binanın  tikintisi, Bayıl dairəsində genişmiqyaslı abadlıq işləri, Dövlət başçısının tapşırıqlarına əsasən Dənizkənarı Milli Parkın Bibiheybət qəsəbəsinə kimi genişləndirilməsi və burada yeni istirahət güşələrinin yaradılması, Neftçilər prospektində İdman Oyunları Sarayının (Əl Oyunları sarayı) əsaslı təmiri davam edir.  

Şəhərin mərkəzi və Bayıl yaşayış ərazisində yerləşən çoxmərtəbəli yaşayış binalarının fasadlarının təmiri və üzlənməsi işləri davam etdirilir. Bu işlər çərçivəsində hesabat dövrü ərzində Qurban Abbasov küçəsindəki  35, 76 və 78 saylı, Neftçilər prospektindəki 111, 121, 131 saylı binaların üzlənməsi başa çatdırılıb, Üz.Hacıbəyov küçəsi 18 və 23, Adil İsgəndərov küçəsi 1 və 3/5, Fikrət Əmirov küçəsi 1 və 2, Neftçilər prospekti 129 ünvanlarında yerləşən    binaların, Bibiheybət yolu 1 ünvanındakı yaşayış kompleksinin üzlənməsi davam edir.
Rayonun təsərrüfat xidmətləri tərəfindən bir sıra işlər həyata keçirilmişdir. Belə ki,  Səbail rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən bir sıra binalara gedən istilik xətlərində,  bir sıra binaların dam  örtüyündə   təmir işləri aparılmış,  su və   kanalizasiya xətləri dəyişdirilmiş, mərkəzdəki bir sıra binaların fasadı təmir olunub, rəngləmə işləri və gündəlik olaraq ərazidə abadlıq-təmizlik işləri görülüb.
Badamdar qəsəbəsində hər həftənin şənbə günləri kənd təsərrüfatı məhsulları yarmarkası təşkil edilib. 

Səbail rayonunun Elektrik Təchizatı və Satış İdarəsi, Səbail rayon Qaz İstismar Sahəsi, Səbail rayon Sukanal Departamenti tərəfindən sakinlərin elektrik enerjisi, təbii qaz, içməli su ilə təminatının yaxşılaşdırılması üçün bir sıra tədbirlər həyata keçirilib, bu istiqamətlərdə narazılığa səbəb ola bilən hallara yol verilməyib. 

2014-cü ilin ilk 3 ayı ərzində Səbail rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə Ünvanlı Sosial Yardım almaq üçün 398 ailə (1578 ailə üzvü) müraciət etmiş, onların sənədlərinə müavfiq qaydada baxılaraq orta hesabla hər bir ailəyə 122,0 manat sosial yardım təyin olunub
Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsində qeydiyyatda olan 13116 nəfər təqaüdçülərə ilin ilk 3 ayı ərzində 9.651,7 min manat təqaüd və müavinət ödənilib, ödənişlərdə gecikmələrə yol verilməyib.
Səbail rayon Məşğulluq Mərkəzinə ilin ilk 3 ayı ərzində 225 nəfər işaxtaran vətəndaş  daimi işlə təmin olunub,  «Ərazi Məşğulluq Proqramı»na əsasən cari ilin birinci rübü ərzində 20 nəfər iş axtaran vətəndaş üçün Mərkəzdə «İngilis dili» üzrə, 16 nəfər üçün «Kompyuterçi dizayner»  peşə kursları açılmış, «Əmək yarmarkasında» 4 nəfər daimi işlər təmin olunub
.
Hesabat dövründə Səbail rayon İcra Hakimiyyəti tərəfindən bir sıra tədbirlər keçirilib. Novruz bayramı ərəfəsində rayon ictimaiyyətinin nümayəndələri ənənəvi olaraq  rayonun hamilik etdiyi, cəbhənin ön xəttində yerləşən hərbi hissənin şəxsi heyətinə rayonun orta ümumtəhsil məktəblərinin şagirdləri tərəfindən hazırlanmış bayram sovqatlarını çatdırmış,  incəsənət ustaları tərəfindən onlara böyük bayram konserti verilib. 
Bayramla əlaqədar  rayonda 5530 aztəminatlı ailəyə bayram payları verilib, ümumilikdə isə 3 ay  ərzində RİH tərəfindən hədiyyə ilə təltif olunanların,  müxtəlif yardım, ərzaq bağlamaları alanların sayı 6450 olub.  
İclasda RİH Başçısının müavini Eldar Ağayev, Səbail rayon Gigiyena və Epidemiologiya Mərkəzinin direktoru Sara Həsənova, Səbail rayon MKTB-nin rəisi Elbrus Əhmədov, 236 saylı orta məktəbin direktoru Xanlar İmaməliyev, Səbail rayon Qaz istismar sahəsinin rəisi Sadıx Rəhimov və  başqaları çıxış ediblər. 
İclasda əldə olunmuş nailiyyətlərlə yanaşı həm də həllini gözləyən problemlər, çatışmamazlıqlar və onların aradan qaldırılması yolları, rayonda aparılması nəzərdə tutulan abadlıq işləri, rayondakı dini durum və vətəndaşların müraciətləri ilə bağlı görülən işlər də müzakirə olunub.
NDA_6172.JPG görüntüleniyor

NDA_6165.JPG görüntüleniyor
NDA_6166.JPG görüntüleniyor


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Faiq Ağayevdən Brilliant Dadaşovaya gözlənilməz sözlər - Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bakıda dələduz şəbəkə peyda olub - Mənzil və obyekt sahibləri ehtiyatlı olun

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Ən çox oxunanalar