Cümə axşamı, 25 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş iməclik keçirilib


Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş tədbirlər paytaxtımızın Səbail rayonunda xüsusi təntənə ilə keçirilir


Əlamətdar günlə bağlı   ərazidəki park və bağlarda genişmiqyaslı abadlıq-quruculuq işləri görülmüş, yaşıllıqlar salınmış, yeni ağaclar əkilib. 

Ulu öndərin doğum gününə həsr olumuş növbəti genişmiqyaslı ağacəkmə aksiyası Səbail RİH tərəfindən məhz Ümummilli lider Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı ilə keçən əsrin 70-ci illərində yaradılmış “Şıx” ərazisindəki “Dostluq parkı”nda  rayonun idarə, təşkilat, müəssisələrinin, təsərrüfat xidmətlərinin işçiləri və rayon ictimaiyyətinin nümayəndələrinin, ümumilikdə 500 nəfərin iştirakı ilə keçirilib.

İməclik parkın bütün ərazisini əhatə edib. Ərazidə toplanmış daş və digər tullantılar bir yerə yığılaraq texnika vasitəsi ilə daşınıb. İştirakçılar küləyin əraziyə gətirdiyi selofan, kağız parçalarını yığışdırmış, əvvəlki illərdə əkilmiş ağaclara qulluq göstərilmiş, onların dibi açılıb, ərazi qurumuş otlardan təmizənib, ağacların qurumuş budaqları budanaraq ərazidən çıxarılıb. Parkda ağacların sulanması üçün çəkilmiş xətlər onların inkişafı üçün böyük əhəmiyyət kəsb edir. 

Iməclik iştirakçıları parkın ərazisində 1000 ədəd Eldar şamı, zeytun və digər ağaclar əkmiş, ərazi quru ot və digər tullantılardan təmizlənib, əlavə olaraq əvvəl əkilmiş ağaclara qulluq göstərilibr.

Iməclikdə Bakıdakı İB məktəbləri sırasıda yer alan 6 nömrəli məktəb-liseyin kollektivi də fəal iştirak etmiş, balacalar təbiətin qorunması və yeni ağacların əkilməsinə öz töhfələrini veriblər. 

Parkin yaradılması ekoloji problemlərin mövcud olduğu Bibiheybət buxtası və ümumilikdə Bakı şəhərindən cənub və qərb istiqamətində çıxış ərazilərinin ekoloji təmizliyi, gələcəkdə burada sağlam zonaların yaradılması istiqamətində görülən işlərə səbaillilərin  töhfəsi olacaqdır.  
Eyni zamanda Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun istirahət parkları və bağlarında güllərdən müxtəlif kompozisiyalar hazırlanıb. 

Ulu öndərin ad günü ilə baglı həyata keçirilən abadlıq-yaşıllaşdırma işləri müdrik rəhbərin təbiətə, gözəlliyə olan sevgisi, Azərbaycan təbiətinin qorunması ilə bağlı tövsiyələrinin həyata keçirilməsinə töhfə olub.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Cəfər Cabbarlı haqqında məxfi həqiqətlər - Video

Ən bahalı və sağlam bitki yağları - hər kəs bunları bilmir

Nəsib Quliyev qadına görə intihar edib - Sensasialı iddia    

Niyə qızartmazdan əvvəl kartofun üzərinə un səpirlər? - Faydalı hiylə

Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar edib

Firuzə İbadova: “Cavanşirsiz səhnəni tərk edirəm”

Prezident İlham Əliyevin adından Sadır Japarovun şərəfinə dövlət ziyafəti verilib - Yenilənib

Çinə səfər edən Antoni Blinken üçün qırmız xalı sərilmədi - Video    

Ən çox oxunanalar