Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə Heydər Əliyevin xatirəsinə həsr olunmuş musiqi gecəsi keçirilib - Fotolar


Səbail rayonunda Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş klassik musiqi gecəsi keçirilib


Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyi ilə əlaqədar Səbail rayonunda silsilə tədbirlər keçirilir, rayonun idarə, müəssisə və təşkilatlarında, təhsil və səhiyyə müəssisələrindəki tədbirlərdə Ulu öndərimiz əziz xatirəsi dərin hörmət və ehtiramla anılır.

Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun, rayonun idarə və təşkilat, ali və orta təhsil müəssisələrinin, veteran və gənclər təşkilatının, din xadimlərinin, rayon ictimaiyyətinin nümayəndələrinin, Milli Məclis üzvlərinin, elm və mədəniyyət xadimlərinin, həmçinin Səbail rayonu ilə qardaşlaşmış Amerika Birləşmiş Ştatları Nyu York şəhərinin Bruklin inzibati rayonunun nümayəndələrinin, KİV nümayəndələrinin və çoxsaylı qonaqların iştirakı ilə M.Maqomayev adına Dövlət Filarmoniyasında Ulu öndər Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş klassik musiqi gecəsi keçirilmişdir.

Rayon İcra Hakimiyyətinin Dövlət Filarmoniyası ilə birgə təşkil etdikləri bu gecədə qeyd olunmuşdur ki, Ulu öndərin Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdə onun təşəbbüsü ilə mədəniyətin bir çox sahələrinə, o cumlədən klassik və simfonik musiqiyə insanların marağının və bu sahədə biliklərinin artırılması, bu musiqini geniş tamaşaçı kütləsinə sevdirmək məqsədi ilə Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında respublikanın dövlət xadimləri, xalq təsərrüfatının bütün sahələrinin rəhbər işçilərinin, elm və mədəniyyət xadimlərinin, partiya, həmkarlar ittifaqları və komsomol sahələrində çalışanların, bir sozlə o vaxtkı siyasi elitanın iştirakı ilə klassik musiqi gecələri təşkil olunurdu. Dünya və Azərbaycan bəstəkarlarının simfonik və klassik əsərləri səslənən bu gecələrdə ulu öndər hər zaman özü, çox vaxt isə ailə üzvləri ilə birlikdə iştirak edirdi.

Ulu öndərin doğum günü ərəfəsində onun əziz xatirəsinə bir ehtiram olaraq həm də ötən əsrin 70-ci illərinindəki klassik musiqi gecələrini xatirələrdə əks etdirən və ulu öndər Heydər Əliyevin ən çox sevdiyi klassik əsərlərin yer aldığı proqram təşkil olunmuşdur. Səhnədəki monitorlarda Ulu öndər Heydər Əliyevin portreti canlandırılmışdı. İlk olaraq Azərbaycan Respublikasının Xalq artisti Rauf Abdullayevin bədii rəhbəri və baş dirijoru olduğu Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin ifasında maestro Niyazinin «Rast» simfonik muğamı səsləndi.

Sonra Azərbaycan Dövlət Simfonik Orkestrinin müşayəti ilə dünya şöhrətli Azərbaycan bəstəkarları Fikrət Əmirov, Tofiq Quliyev, Müslüm Maqomayev, Niyazi, Soltan Hacıbəyov, Asəf Zeynallının ölməz əsərləri respublikanın xalq artisti Azər Zeynalov, əməkdar artistlər Zemfira İsmayılova və İlham Nəzərovun ifalarında səslənmişdir.

Mərasim çox təsirlı və yaddaqalan keçdi və tamaşaçılar zalı göz yaşları ilə tərk etdilər.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Uçot dərəcəsi endirilir, amma kredit faizləri azalmır. Nədən...

Məşhur avtomobil markasının Azərbaycanda istehsalına başlanıldı    

Fələstinin yeni xarici işlər naziri ermənidir...

Bakıda “Prius”ların kütləvi satışına başlanıldı - Foto    

Alen Simonyan və Sahibə Qafarova arasında keçiriləcək növbəti görüşün tarixi məlum olub

Şəkidə 26 yaşlı gənc sirkə turşusundan zəhərlənib

Aygün Kazımova ilə Namiq yenidən məşhur dueti oxudu - Video

Ən çox oxunanalar