Bazar, 05 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə Azərbaycan tarixininə həsr olunmuş konfranslar keçirilir


Bu ilin əvvəlindən Səbail Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayonun orta ümumtəhsil məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində «Heydər Əliyev və Azərbaycan tarixi» mövzusunda elmi-praktiki konfranslar keçirilir


 Artıq 2-ci ildir ki, keçirilən bu konfranslarda şagirdlər Azərbaycan tarixinin müxtəlif dövrləri, o cümlədən Ulu ondən Heydər ƏliyevAzərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Azərbaycan tarixindəki rolu barədə öz elmi məqələləri ilə çıxışlar edirlər.

Mövzuya həsr olunmuş növbəti konfrans rayonun 6 saylı məktəb-liseydə keçirilmişdir. Konfransı açan 6 saylı məktəb-liseyin direktou, əməkdar müəllim Gülşən Orucova bildirmişdir ki, ötən il bu konfransların təşəbbüskarları da məhz 6 saylı məktəb olmuşdur. Ulu öndərin Azərbaycan tarixində qoyduğu iz, onun tariximizin bir çox məqamlarının aşkar olunması, onların dərindən araşdırılaraq öyrənilməsi və geniş ictimaiyyətə çatdırılmasındaki rolu əvəzolunmazdır. Keçirilən bu konfranslar məktəblilərin tariximizə olan marağının artırılmasında da  xüsusi əhəmiyyət kəsb edir.  

Səbail Rayon İcra Hakimiyyətinin şöbə müdiri müavini İsrafil Kərimov  qeyd etmişdir ki, keçən il ilk dəfə keçirilən konfransların nəticəsi kimi məktəblilərin hazırladıqları referatlardan ən yaxşıları seçilərək kitab şəklində buraxılmış və məktəblilərin özləri və rayon ictimaiyyətinin iştirakı ilə Milli Azərbaycan Tarixi Muzeyində təqdimatı keçirilmişdir. Həmçinin RİH tərəfindən bu işlərin ənənəyə çevrilməsi bu il də növbəti konfransların yekunu kimi yeni kitabın buraxılması da qərara alınmışdır.  Bu ilki məktəb konfransarında daha çox şagird iştirak etmiş və mövzuların sayı da çox olmuşdur. 

6 saylı məktəb-liseyin şagirdləri Zərifə Şahbazzadə və Ömər Eyvazovun aparıcılığı ilə keçirilən konfransda 9-cu sinif şagirdləri Mətanət Quliyeva, 8-ci sinif şagirdi Şəhanə İbrahimzadə, Rəvanə Rüstəmzadə, İnarə Baxşəliyeva, 6-cı sinif şagirdi Səfəralı Həsənli, 7-ci sinif şagirdi Gülər Əhədova və başqaları Azərbaycan tarixinin müxtəlif dövrlərini, Ümummmili liderimiz Heydər Əliyevin həyat və fəaliyyətini, onun müasir tariximizdəki rolunu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyətinin müxtəlif istiqamətlərinə, Azərbaycan tarixinin müxtəlif dövrlərinə həsr olunmuş 10-dan çox mövzuda hazırladıqları monoqrafiyaları ilə çıxış etmişlər. 

Müəllim və şagirdlər çıxışları dinlədikdən sonra müəlliflərə müxtəlif suallar vermiş, şagirdlərin istifadə etdikləri mənbələrlə maraqlanmışlar. 
Sonra Səbail rayon məktəblərində keçirilən tarix konfransları münsiflər heyətinin rəhbəri, 6 saylı orta məktəbin tarix müəllimi Elmin İmanov şagirdlərin məktəb konfransındakı çıxışlarının bir daha araşdırılaraq ən yaxşılarının ümümrayon konfransına və yeni çap olunacaq kitaba daxil olunmaq üçün  təqdim ediləcəyini bildirmişdir. 

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

“Green card” müraciətlərinin nəticələri açıqlandı - Yenilənib

İlham Əliyevdən Xankəndi ilə bağlı sərəncam 

Şəkidə qətl hadisəsinin təfərrüatları məlum olub - Yenilənib

Əhmədbəyli-Füzuli-Şuşa yolunun son görüntüləri - Video

"Yelo Bank"dan şikayət: "Əsəbinizi korlamaq istəmirsizsə, bu bankdan uzaq durun" 

İsa Qəmbər yenidən Müsavat Partiyasının başqanı seçilib

Azərbaycan və Türkiyə XİN başçıları qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər - Yenilənib

Yevgeni Jukov: "Azərbaycanda neft hasilatının azalması iqtisadi artıma əhəmiyyətli təsir edib"

FIFA prezidenti futbol qaydalarında daha bir dəyişiklik etməyə hazırlaşır

Ən çox oxunanalar