Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə 6 ayın yekunları müzakirə olunub


Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin altı sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib


Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan  Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin altı sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxunub.

Bildirib ki, respublikada sosial-iqtisadi məsələlər uğurla həll edilir, ölkəmizdə təhlükəsizlik tədbirləri yüksək səviyyədə təşkil olunur. Altı ayda qeyri-neft iqtisadiyyatı  1,7 faiz,  qeyri-neft sənayesi  4,4 faiz artıb, ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub.

İlin əvvəlindən ölkənin valyuta ehtiyatları 3 milyard dollar artaraq bu günə 40,6 milyard dollar təşkil edir. 6 ayda 101 mini daimi olmaqla 122 min yeni iş yeri açılıb. 

Bu ilin altı ayında ixrac 36 faiz artıb idxal 15 faiz azalıb, müsbət saldo 1,9 milyard dollar təşkil edir. Kənd təsərrüfatında artım 2,2 faiz olub. Bu rəqəmlər ölkədə aparılan islahatlar nəticəsində əldə olunan uğurların bariz göstəricləridir. 

Yığıncaqda çıxış edənlər  yerli  infrastruktur layihələrinin icra olunması və sahibkarların fəaliyyətinə köməklik göstərilməsi, məşğulluq səviyyəsinin artırılması və yeni iş yerlərinin açılması ilə bağlı əlavə tədbirlərin görülməsi, qanunsuz tikintilərin qarşısının qətiyyətlə alınması, rayonda məskunlaşmış məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və onların məşğulluq və yaşayış məsələlərinin həlli, yay mövsümündə çimərliklərin vəziyyəti, sakinləri narahat edən suallar cavablandırılıb, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan,  köhnəlmiş  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 10-dan çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar,  Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Daha bir neçə ünvanda yeni bina tikintisi ilə bağlı hazırlıq işləri aparılır. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir.  

 pia.az







Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

“Verdiyi koordinatlar o qədər dəqiq idi ki...” - Döyüş yoldaşları Milli Qəhrəman haqqında - Video

BMT Baş katibi azərbaycanlı diplomatı yüksək vəzifəyə təyin edib

Azərbaycanda taksilərdə gediş haqqı lövhəsinin nümunəvi forması açıqlanıb

Ən çox oxunanalar