Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbail rayonunun məktəblərində təmir işləri aparılır - Fotolar


Səbail rayonunun məktəblərində təmir işləri aparılır


Ölkə başçısı cənab İlham Əliyevin sərəncam və tapşırıqlarına əsasən
son illərdə paytaxt Səbail rayonunda 1 yeni orta məktəb inşa olunub, 2
məktəb binası sökülərək yenidən tikilib, 4 məktəb üçün əlavə tədris korpusu tikilib, digər orta təhsil müəssisələri isə əsası təmir olunub.

Hazırda yay mövsümü ilə əlaqədar Səbail Rayon İcra Hakimiyyəti tərəfindən 20-ci yaşayış sahəsi, Ömər Faiq Nemanzadə küçəsində yerləşən 162 saylı orta məktəbdə əsaslı təmir-yenidənqurma işləri aparılır. Səbail rayon İcra Hakimiyyəti Başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini İsrafil Kərimov
bildirmişdir ki, qəzalı vəziyyətdə olan məktəb binası 1936-cı ildə inşa edilib, Böyük Vətən müharibəsi illərində burada təxliyə hospitalı yerləşdirilib.

1947-ci ildən etibarən bina uyğunlaşdırılmış məktəb binası kimi fəaliyyət göstərir. Məktəbdə 1385 nəfər şagird Azərbaycan və rus bölmələrində təhsil alır. Uzun müddət əsaslı təmir olunmadığına görə RİH tərəfindən bu ilin may ayından etibarən məktəbdə əsaslı təmirə başlanılıb.

Çox qısa zaman ərzində məktəbin istilik və elektrik sistemi yenilənib,
qapı və pəncərələr dəyişdirilib, idman və akt zalında isə təmir işləri intensiv davam edir. Hal-hazırda binanın fasadı əsaslı təmir olunur. Təmir bitdikdən sonra məktəb hər cür avadanlıq və dərs ləvazimatları ilə təmin olunnacaqdır.

Hazırda rayonun Badamdar qəsəbəsi 239 saylı orta məktəbdə də
əsaslı təmir işləri aparılır və hər iki məktəbdə təmir işlərinin sentyabr ayında başa çatdırılması nəzərdə tutulub.

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

 Sabiq pediatrın intiharı ilə bağlı iddialara rəsmi cavab: “Rəhbər təyinatı olmayıb” - Yenilənib, Video

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - Video

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanın ixrac etdiyi qara kürünün qiyməti açıqlanıb

Bərdədə qaçırılan 23 yaşlı qızın ailəsinə təhvil verilməsinin təfərrüatı məlum olub - Yenilənib

Özünü güllələyən məşhur pediatr kim idi? - Dosye

Qadının üzərinə benzin tökərək yandırdığı deyilən kişi məmur oğlu imiş - Açıqlama

Bu il Kann Film Festivalının müsabiqəsində Azərbaycan da yarışacaq

Ən çox oxunanalar