Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbail rayonunda 2016-cı ilin yekunları müzakirə olunub - Fotolar


Səbail rayonunda 2016-cı ildə sosial-iqtisadi inkişaf istiqamətində görülmüş işlərə yekun vurulmuş və 2017-ci-ci il üçün qarşıda duran vəzifələr müzakirə olunub


Hesabat yığıncağında çıxış edən Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov  ötən il Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında respublikanın sosial-iqtisadi inkişafı sahəsində əldə olunmuş naliyyətlər barədə məlumat vermiş, il ərzində rayonda görülmüş işləri təhlil edərək həlli vacib olan problemlərin aradan qaldırılması yollarından danışmışdır. Qeyd olunmuşdur ki, ötən il dünya bazarlarında neftin qiymətinin bir neçə dəfə aşağı düşməsinə, ölkəmizin yerləşdiyi region da daxil olmaqla dünya ölkələrində təhlükələr, risklər, təhdidlərin artmasına, qanlı münaqişələr, müharibələrin davam etməsinə, dünyada hələ də davam edən və dərinləşən iqtisadi və maliyyə böhranına baxmayaraq Azərbaycan iqtisadiyyatının  inkişafı  ötən  ildə də davam  etmiş  və bu inkişafın təməlində əsası Ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən yeni tarixi şəraitə uyğun olaraq  müvəffəqiyyətlə davam və inkişaf etdirilən uzaqgörən iqtisadi siyasət və ölkə başçısının apardığı islahatlar dayanır.

Ölkəmizin regionlarında, paytaxtın qəsəbə və kəndlərində həyata keçirilən tikinti-quruculuq, abadlıq işləri Səbail rayonunun simasında da  aydın nəzərə çarpır. Rayon bu gün respublikanın ümumi inkişafına öz layiqli töhfəsini verir. Reallaşan irimiqyaslı layihələr Səbailin sosial-iqtisadi inkişafına müsbət təsir göstərməklə, əhalinin yaşayış səviyyəsinin yüksəlməsini təmin edir və bu işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. 

  Səbail rayon İcra Hakimiüyyəti Başçısının müavini Eldar Ağayev 2016-cı il ərzində Səbail rayonunda görülən işlər barədə məlumat vermişdir. Qeyd olunmuşdur ki, 2016-cı ildə rayonun iri sənaye  müəssisələri tərəfindən 19 milyard 987,8  milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,6 % çox məhsul istehsal edilmiş, iri nəqliyyat  müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 426,7 milyon manat və ya 12,1  faiz çox olmuşdur. Hesabat ilində rabitə müəssisələri tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 122.7 milyon manat, bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 8 milyard 200.2  milyon manat və ya 16,2 faiz çox, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 5.547,4  milyon manat  və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 16.2 faiz  çox olmuşdur.  

2016-cı ildə rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  592.0 milyon manat məbləğində  və ya 0,9 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən əhaliyə 264.9 milyon manatlıq və ya 10,9 faiz çox pullu xidmət göstərilmiş, pərakəndə ticarət dövriyyəsi   0.9 faiz  artaraq  592.0 milyon manat,  ictimai iaşə dövriyyəsi isə 9.9 faiz artaraq 189.7 milyon  manat olmuşdur.

 2016-cı il üzrə Səbail rayonunda çalışan işçilərin sayı 113978 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1371.9  manat olmuşdur ki, bu da əvvəlki illə müqayisədə  20.2  % çoxdur.

2016-cı il ərzində Səbail rayonu ərazisində 4085  yeni iş yeri açılmışdır ki, bunlardan 3805-i daimi iş yerləridir. Ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.01.2017-ci il tarixinə kimi rayonda  52325  yeni iş yeri açilmışdır ki, bunun da 48857–i daimidir.

2016-sı il ərzində Dövlət Sosial Müdafiə Fondu Səbail rayon şöbəsi tərəfindən rayon üzrə  ümumilikdə 119 ailəyə (451 ailə üzvü) orta hesabla   146,27 manat məbləğində  Ünvanlı Sosial Yardım təyin olunmuşdur.
2016-cı ildə Səbail rayon Məşğulluq Mərkəzi tərəfindən   ümumilikdə 155 nəfər işaxtaran vətəndaşdan ibarət olmaqla  müxtəlif peşə kursları   açılmışdır ki, bu kurslara cəlb olunanların 55 nəfəri gəncdir.

2016-cı ildə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin iştirakı ilə SSRİ Xalq Artisti Rəşid Behbudovun abidəsinin və Marionet Teatrının açılışları olmuş, bərpa və konservasiya işlərindən sonra İçərişəhərdə “Bəylər” məscidinin təqdimat mərasimi keçirilmişdir. 
Ötən il Ali neft məktəbi üçün yeni idman və yataqxana komplekslərinin və Bibiheybət qəsəbəsindəki «Şıx» sanatoriyasında əsaslı təmir-yenidənqurma işləri başa çatmışdır.

RİH tərəfindən Badamdar qəsəbəsinin mərkəzində və Bayıl yaşayış sahəsində Aydın Məmmədov 74 ünvanında 2 yeni «Abad məhəllə» əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilmiş, Bayıl yaşayış sahəsində 100 il əvvəl inşa olunmuş binada yerləşən 157 saylı uşaq bağçasının sökülərək yerində müasir yeni bağça tikintisinə başlanmışdır. 

Ha¬zır¬da   rayon ərazisində "Xəzər Waterfront" ticarət-əyləncə mərkəzinin,  Bakı Media Mərkəzinin, yeni «İnterkontinental» və «Dinamo» mehmanxanalarının, kütləvi informasiya vasitələri işçiləri üçün  yeni binanın, Səbail rayon Prokurorluğunun və DTX Səbail rayon İdarəsi üçün yeni inzibati binaların tikintisi, R.Mustafayev adına  İncəsənət muzeyinin əsas binasının əsaslı təmiri davam edir, Badamdar qəsəbəsində 2 ədəd yeni su anbarlarının tikintisi sona çatmaq üzrədir. Qəsəbənin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı aparılan tikinti işləri sürətlə davam edir və bu il başa çatacaqdır.
RİH tərəfindən Badamdar qəsəbəsində aparılan abadlıq-quruculuq işləri çərçivəsində Əziz Nəzərov və 1-ci yaşayış massivi, 9-cu döngə küçələrində böyük abadlıq işləri aparılmış, küçələr tam asfaltlaşdırılmış, yeni səkilər salınmışdır.

Ötən il Bakıda keçirilən Formula–1 yarışları ərəfəsində mərkəzdəki Xaqani, Puşkin, İstiqlaliyyət, Əziz Əliyev küçələrindəki binaların fasadları, eyvanları, dam örtükləri təmir olunmuş, küçələrə yeni asfalt qatı salınmış, İstiqlaliyyət, Əhməd Cavad, Nizami, Xaqani, Səməd Vurğun, Üz.Hacıbəyov küçələrində səkilər təmir olunaraq yeni bordyurlar qoyulmuş, həmçinin Mətbuat prospekti 2 ünvandakı 4 yaşayış binası və Puşkin 10 ünvandakı binaların fasadlar və dam örtüklərinin əsaslı təmiri başa çatdırılmışdır. 

Ölkə başçısının təşəbbüsü ilə rayonda tikinti, xüsusilə də mənzil tikintisi məsələlərinə diqqət artırılmış, tam yenidənqurmaya ehtiyacı olan  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı 9-dan çox müasir layihə işlənib təsdiq olunmuşdur. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar,  Fuad Əbdülrəhmanov küçələrində bir neçə çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb, digərlərində isə layihələrin ekspertizası aparılır və tikitiyə hazırlıq işləri gedir.

RİH tərəfindən Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”ın yaradılması işləri çərçivəsində 29 ha ərazidə 75 min ədəd yeni ağac əkilərək onlara gündəlik qulluq göstərilir.  Parkın ərazisində eksperiment olaraq 1 hektar sahədə püstə bağı da salınmışdır. Həmçinin Badamdar qəsəbəsinin 3-cü yaşayış massivində qanunsuz zəbt olunaraq hasarlanmış torpaq sahələrinin hasarları sökülmüş, burada 4,8 ha sahədə 5000-nə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Eyni zamanda şəhər mərkəzindəki parklarda və əsas yolların kənarlarında abadlıq işləri davam etdirilmiş, burada mövsümi güllər əkilmiş, yaşıllaşdırma işləri görülmüşdür.

Görülən işlərlə yanaşı həmçinin rayon İcra Hakimiyyəti tərəfindən 100-dən çox tədbir, dəyirmi masa, görüş və s. təşkil olunmuş, rayonun idarə, müəssisə və təşkilatlarında keçirilən tədbirlərdə RİH-nin nümayəndələri iştirak etmişlər. 

2015-2016-cı tədris ilində  rayonun təhsil ocaqlarında bir sıra uğurlu nəticələr əldə olunmuşdur. Ötən il rayonun orta məktəblərini 1462 nəfər bitirmiş, onlardan 1023 nəfəri tələbə adını qazanmış, məzunlardan 118 nəfər xarici ölkələrin müxtəlif ali məktəblərinə qəbul olunmuş,  8 məzun qızıl və 1 məzun gümüş medala   layiq görülmüşdür. 

Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2016-cı il tarixli  sərəncamı ilə rayonun orta məktəblərinin  5 müəllimi «Əməkdar müəllim» fəxri adına, 3 müəllimi isə   «Tərəqqi» medalına layiq görülmüşlər.   
Ölkə başçısının tapşırığına uyğun olaraq 2016-cı il fevral ayının 15-dən mayın 2-nə kimi Səbail rayonunda əhalinin tibbi müayinəsi tədbirlərinin həyata keçirilmiş,  rayon üzrə 71426 nəfər müayinələrdən keçmişdir. Müayinələr zamanı 140  nəfər stasionar müalicəyə götürülmüş, 24678 nəfərə ambulator müalicə təyin edilmişdır.

Keçən il ölkəmizin ictimai-siyasi həyatında baş vermiş ən mühüm və əlamətdar hadisələrdən biri sentyabr ayının 26-da keçirilən Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı keçirilən ümumxalq səsverməsi (referendum) olmuşdur. Rayonda referendum qabağı hazırlıq və təbliğat işləri yüksək səviyyədə təşkil olunmuş, seçki günü rayon seçicilərin 60,8 %-i bu referendumda iştirak etmişdir. 

Səbail rayon Polis İdarəsinin şəxsi heyəti tərəfindən 2016-cı il ərzində rayon ərazisində ümumilikdə 719 cinayət qeydə alınmış, 498 cinayətin açılması təmin edilmiş, açılma  72,4%  təşkil etmişdir.  Həmin dövrdə 180 ağır cinayət qeydə alınmış, 126 ağır cinayət açılmış, açılma 70,8%-nin təşkil etmişdir. İl ərzində 2 qəsdən adam öldürmə cinayəti törədilmiş, cinayətlərin açılması 100% təşkil etmişdir.  

2016-cı il ərzində 20 qəsdən sağlamlığa az ağır zərər vurma cinayəti törədilmiş, cinayətlərin açılması 95,7%- təşkil etmişdir. 
Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində 2016-cı ildə axtarışda olan 178 nəfər  təqsirləndirilən şəxsdən 138-nin və ya 77,5% tutulması, axtarışda olan 12 nəfər xəbərsiz itkin düşmüş şəxsdən 8 nəfərin tapılması təmin edilmişdir. 

Narkotiklərlə mübarizə sahəsində 34 cinayət faktı aşkar edilmişdir ki, onlardan 11–satış, 23-saxlama cinayətləri olmuşdur.   Aşkar olunmuş faktlar üzrə cinayətkarlardan 13 kq 624,913 qram qurudulmuş marixuana, 1 kq 767,838 qram heroin, 27 qram tiryək, 1,687 qram həşiş və 5 qram metmfitamin götürülərək, qanunsuz dövriyyədən cəmi  15 kq 426,438 qram narkotik vasitə  çıxarılmışdır. 2015-ci il ilə müqayisədə, qanunsuz dövriyyədən 1 kq 946 qram çəkidən çox narkotik vasitələr, o cümlədən 903 qram çox heroin çıxarılmışdır.   

Hesabat dövründə rayon ərazisində ümumilikdə 36, o cümlədən ölümlə nəticələnən 9 yol nəqliyyat hadisəsi  törədilmişdir. Əvvəlki il ilə müqayisədə yol nəqliyyat hadisələri 8 fakt, o cümlədən ölümlə nəticələnən yol nəqliyyat hadisələri 3 fakt azalmışdır

Zalda quraşdırılmış mikrofona yaxınlaşan rayon sakinləri müxtəlif istək və  təklifləri -  qəsəbədaxili yolların asfaltlaşdırılması və işıqlandırılması, ərazinin sanitar təmizliyi, bələdiyə və kommunal xidmətlərin işindəki çatışmamazlıqlar, qanunsuz tikintilərin qarşısınını alınması, 20-ci sahədə su və kanalizasiya şəbəkəsinin yenidənqurulması, mərkəzdəki bəzi küçələrdə səkilərin dağılması, ictimai nəqliyyatın işi, köhnə binaların əsaslı təmir işlərində sahibkarların fəal olması və tikintidə yeni iş yerlərinin açılması, məktəblərdə hərbi-vətənpərvərlik işlərinə diqqətin daha da artırılması, dövlət qulluqçularının vətəndaşlarların müraciətlərinə həssas yanaşmaları ilə bağlı müraciətlər dinlənilmiş, sakinləri narahat edən suallar cavablandırılmış, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verilmişdir. 

Yığıncaqdakı çıxış və müraciətlərdə ölkə başçısı tərəfindən aparılan siyasət, görülən işlər yekdilliklə dəstəklənmiş və rayon İcra Hakimiyyətinin ötən ildəki fəaliyyəti “qənaətbəxş” qiymətləndirmişdir. 
Yığıncağın sonunda iştirakçılar adından ölkə başçısı cənab İlham Əliyevə müraciət qəbul olunmuşdur. 

Yığıncaqda Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının məsul işçisi Tağı Tağıyev, Milli Məclisin deputatı, YAP Səbail rayon təşkilatının sədri Şəmsəddin Hacıyev və digər qonaqlar iştirak etmişlər.  

pia.az

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Azərbaycan və Ermənistan arasında delimitasiya prosesi başladı - Rəsmi

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Milli Məclisin növbəti iclası başlayıb, gündəlikdə 18 məsələ var

Növbəti köç karvanı Füzuliyə çatıb, açarlar təqdim olunub - Yenilənib

Ən çox oxunanalar