Cümə axşamı, 28 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sayks-Piko sazişi tarixin tozlu rəfinə qoyulacaq – Yaxın Şərqdə yeni sərhədlər cızılır

Prezident Həsən Ruhani xarici işlər naziri Məhəmməd Cavad Zəriflə birlikdə “Astana üçbucağı” adlanan üçtərəfli İran, Rusiya və Türkiyə zirvə görüşündə iştirak etmək üçün Ankaraya yollanıb


Suriya münaqişəsinin həlli üzrə Soçi konfransından sonra bu, ikinci sammitdir.

Xəbər qaynaqlarının məlumatlarına görə, üç ölkə prezidenti Suriyanın ərazi bütövlüyü və suverenliyini bir daha vurğulamaq fikrindədirlər. Digər mühüm məsələlər gərginlik nöqtələrində atəşkəs rejiminin qorunub saxlanılması və yeni Suriya konstitusiyasının qəbuludur.

Suriyadakı inkişafların yeni mərhələsi

Bu arada, İŞİD-in məğlubiyyətindən və Türkiyənin Afrinə müdaxiləsindən sonra Suriya böhranı yeni mərhələyə qədəm qoyub.

Bir çox analitiklər İraqSuriyada İŞİD “xilafət”inin süqutu nəticəsində münaqişənin nizamlanması prosesində yeni yol açılacağını və Suriyada hərbi vəziyyətin yumşalacağını təxmin etsə də, sonrakı inkişafların gedişi bu ölkədəki situasiyanın hələ də eyni tənlikdən asılı olduğunu göstərib.

Eyni zamanda, bir çoxları iddia edirdi ki, Suriyadakı terrorist qrupların məhvi prosesi qısa müddətli olacaq, halbuki hələ də fəaliyyət göstərən İŞİD, “Cəhbət əl-Nusra”, “Əhrar əl-Şam” və s. bilinənlərin yalnız bir neçə nümunəsidir.

Digər tərəfdən, Suriyada ekstremist qüvvələrin varlığı Şamda Əsədin mövqeyindən asılıdır. Eləcə də bir çox hərbi müxalif qüvvələrin ölkədə hakimiyyətə gələcək transferi bu müstəvidə davamlı mübarizə üçün başlanğıc nöqtəsi ola bilər.

Suriyada kiçik dünya müharibəsi

Bir çox baxımdan hazırda Suriyadakı vəziyyət regional və beynəlxalq münaqişələr, yaxud kiçik qlobal müharibə meydanıdır.

Suriyada Rusiya və Birləşmiş Ştatların mövcudluğu, habelə türk qoşunlarının Afrini işğal etməsi, Fransanın bu müharibədə iştirakı barədə bəyanatı mürəkkəb situasiyada daha çox dolaşıqlıqlar yaradıb.

Bu regional və beynəlxalq aktyorlar indi Suriyanın gələcək yenidən qurulmasında öz paylarını tələb edirlər.

Həmin mənada İran, Rusiya və Türkiyə üçbucağının nisbi atəşkəsi möhkəmləndirmək, həm də hərbisizləşdirilən zonalarda gərginliyi azaltmaq səyləri ilə yanaşı, Afrinlə yaranmış çatlar, ekspertlərin fikrincə, RusiyaABŞ-ın bu əməliyyata “yaşıl işıq” yandırması ilə birlikdə bu cür əməkdaşlığı qeyri-müəyyən edir.

Yaxın Şərq regionunda öz mövcudluğu ilə Rusiya artıq müsbət beynəlxalq imic qazanmaqla yanaşı, iki vacib məqsədə nail olub: Tartusdakı hərbi-dəniz bazasının möhkəmləndirilməsi və Latakiyada 49 illik müqavilə əsasında, hərbi-hava bazasının yaradılması.

Bu müqavilənin müddəti uzadıla bilər, beləliklə, Suriyada daimi mövcudluq təmin olunacaq.

Həmin əsnada Dəməşqin şərqindəki Qutada döyüşlər bərpa olunub. Türkiyə cənub sərhədlərindəki vəziyyətdən narahatlığını bəyan edərək, “Azad Suriya Ordusu” ilə əməliyyat keçirib. Terrorçu qruplaşma ilə əməkdaşlıqda ittiham edilsə də, o, Afrin bölgəsini ələ keçirib.

Beynəlxalq birlik bunu sükutla qarşılayıb, yalnız İran dəfələrlə XİN sözçüsü vasitəsilə Suriyada gərginliyin artırmamağa çağırış edib.

Türkiyə hökuməti bu fakta haqq qazandırmaq üçün BMT Nizamnaməsinin 51-ci maddəsinə istinad edir, bu halda beynəlxalq hüququn özünümüdafiə müddəası Yəmənə də şamil olunmalıdır. Amma Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiyanın bu yoxsul ərəb ölkəsində üç ildir apardığı müharibə BMT və insan haqları üzrə qurumlar tərəfindən qınanır.

Sayks-Piko sazişinin sonu yaxınlaşırmı?

Beynəlxalq münasibətlər üzrə ekspert Əli Təqəvi hesab edir ki, Yaxın Şərq böhranı neft qiymətlərinin enməsi, Çinin iqtisadi-hərbi gücünün artması, Suriya böhranına müxtəlif aktyorların qoşulması, Amerikanın strategiyasının dəyişməsi kimi amillər Yaxın Şərqdəki geosiyasi inkişafı yeni mərhələyə çatdırıb.

Suriya böhranı sadəcə bu inkişafların son nöqtəsidir. Rusiyanın bu proseslərdə iştirakı və hadisələri öz müttəfiqləri ilə nəzarətində saxlamaq istəyən Birləşmiş Ştatlarla rəqabəti mübarizəni daha da gücləndirib.

Bu şərtlərdə mübahisələrin güclənməsi ilə zəif millət-dövlətlər öz ərazi bütövlüyü və suverenliyini saxlamaq qabiliyyətində deyil. Regional və subregional dövlətlər istənilən aləti işə salmaqla, Yeni Yaxın Şərqdəki mövqelərini gücləndirirlər.

Buna görə də etnik-ideoloji çalar alan müharibə bölgədə yeni sərhədlərin müəyyənləşməsi ilə nəticələnə bilər. Yəni regiondakı dəyişmələrdə iştirak edən əsas qüvvələr maraqlarını güdərək Sayks-Piko sazişinə son qoyacaq və istəklərinə uyğun gələn yeni sərhədləri təyin edəcəklər.

Məhəmməd Rza Səttari

“Ebtekar” (İran)

Tərcümə: Strateq.az

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Aprel ayında bu bürcü fantastik pul və yeni vəzifə gözləyir

Politoloq: Ukraynadan sonra növbəti qurban Ermənistan seçiləcək...

Sabiq milli təhlükəsizlik naziri Namiq Abbasov vəfat edib

Azərbaycan XİN Namiq Abbasovun vəfatı ilə bağlı paylaşım edib

Hikmət Hacıyev NATO-nun eks-baş katibi ilə bağlı paylaşım edib: Hesabatına ödənişi əlavə etməyi unudub

“Crocus”da insanları xilas edən Emil Hüseynov və anası baş verənlərdən danışdılar - Video

"Belə iddia səsləndirəndə mətndə rəqəm, hesabat olur, daha səbət və gilas yox" - AYNA sərt tənqid edildi

Sumqayıtda xəstəxananın həyətində aşkarlanan körpə meyiti ilə bağlı araşdırma aparılır - Yenilənib  

Bakıda və üç rayonda qazın verilişində məhdudiyyət olacaq

Ən çox oxunanalar