Cümə axşamı, 18 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Saxta məktəbli formaları satışda - Aldanmayın!


Ölkəni yenə saxta və standartlara cavab verməyən məktəbli formaları bürüyüb


Bu barədə “Bakı Tikiş Evi”nin satış şöbəsinin müdiri Etibar Əzimov Lent.az-a açıqlamasında deyib.
 
E.Əzimov bildirib ki, “Bakı Tikiş Evi”nə məxsus mağazalarda bu il ötən illərlə müqayisədə satış nisbətən zəifləyib: “Bunun da səbəbi yenə kilolarla gətirilən saxta məktəbli formalarının satılmasıdır. Camaatı aldadıb saxta forma tikən yerlərə yönləndirirlər. “Bakı Tikiş Evi”nə məxsus “BTE” əmtəə nişanından istifadə edərək saxta məktəbli formasının istehsalı ilə məşğul olan həmin şəxslərlə bağlı lazımi qurumlara müraciət etmişik. Daxili İşlər Nazirliyinə, prokurorluq orqanlarına, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, İqtisadiyyat Nazirliyinə rəsmi məktubla müraciət etmişik ki, bu işdə kömək etsinlər”.
 
Tikiş evinin rəsmisi deyir ki, insanlar qiymət ucuzluğuna aldanırlar: “ Biz də 40 manata satırıq, onlar da. Elə ki, görürlər, alıcı qiymətdən narazı qaldı, deyirlər, 35 manatdan götür. 5 manat ucuzdu deyə o məktəbli formalarını alan çoxdur. Ancaq yaxşı olardı ki, insanlar aldanmasınlar və saxta formaların ucuzluğuna qaçıb almasınlar”.
 
E.Əzimov deyib ki, həmin saxta məktəbli forması alıb sonra peşman olanlar da var: “ Bu il neçə valideyn bizim yanımıza gəlib ki, bəs, başqa yerdən forma aldıq, iki ay sonra yarasız hala düşdü. Həmin məktəbli formaları tez nimdaşlaşır, heç bir keyfiyyətdən söz gedə bilməz. Bizim tikdiyimiz məktəbli formalarının isə 2 illik zəmanəti var və şagird onu 2 il geyinə bilər”.
 
E.Əzimov qeyd edib ki, bu il məktəbli formalarının qiymətində heç bir artım gözlənilmir: “ Yeni tədris ilinə tam hazırıq.  Hər modeldə və ölçüdə məktəbli formalarımız var. Bu il Sumqayıtda daha bir satış mağazası açdıq. İndi 15 satış mərkəzimiz şənbə-bazar günləri də daxil olmaqla hər gün fəaliyyət göstərir.  Qiymətlər eynidir. Aşağı siniflər üçün kostyumların qiyməti 40 manat, yuxarı siniflər üçün isə kostyumların qiyməti 46 manatdır. Bu il Göyçayİsmayıllıdan sifarişlərimiz oldu. Hələ ki, bölgələrdə mağazalar açmaq fikrimiz yoxdur”.
 
Qeyd edək ki, valideynlər məktəbi forması ilə bağlı əlavə məlumat əldə etmək istəsələr, “Bakı Tikiş Evi”nin qaynar xətti (012 597-45-39) nömrəsi ilə əlaqə saxlaya bilərlər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Tanınmış aparıcı Aytən Səfərova qəzaya düşüb, ölən və xəsarət alanlar var - Yenilənib, Video

Samir Əsədli:" Sülhməramlılar Xudavəng monastırına bizi buraxmadılar"

BŞİH Milli Şuranın mitinqlə bağlı müraciətinə cavab verib

Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin görüntüsü

"Dünəndən paltarlarını hazırlamışdı, qismət olmadı" - Hadı Rəcəblinin qızı

Məhkəmə Akif Çovdarovun əmlakları ilə bağlı qərar verib

Ramiz Mehdiyevin kürəkəni Şabranda 52 hektar torpağı ələ keçirdi – Qalmaqallı məhkəmə işi

İlham Əliyevdən Şuşa şəhəri ilə bağlı sərəncam    

Ən çox oxunanalar