İsmayıllıda qızıl mağazasından oğurluq edilib
Kanal S (Region TV) xəbər verir ki, cinayət əməli Adıgözəlov Murada məxsus qızıl və parfümeriya mağazasında qeydə alınıb.
Səhər saat 10:30 radələrində baş verən hadisədə sahibkara 50 min manat dəyərində ziyan vurulub. Mağazada 65 ədəd brilliant qaşlı üzük, 25-30-a yaxın uşaq sırğası, brilliant və adi qaşlı 3 ədəd toy dəsti, 1 ədəd 30 qram civarında sep oğurlanıb.
Həmin mağazada satıcı işləyən Pərvanə Daşdiyevanın sözlərinə görə, 8 mart tarixində bir nəfər oradan 150 manat dəyərində alver edib. Bu dəfə başqa məqsədlə mağazaya gələn həmin müştəri satıcının başını qatmaq məqsədilə ona çoxsaylı sifarişlər verib. Satıcı isə yalnız o getdikdən sonra malların yerində olmadığından xəbər tutub. Hazırda faktla bağlı İsmayıllı Rayon Polis Şöbəsində araşdırma aparılır.
pia.az