Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanla Paşinyan arasında gərgin görüş - Video


Ermənistanın baş naziri Serj Sarkisyanın müxalifət lideri Paşinyanla planlaşdırılan görüşü baş tutub


Strateq.az bildirir ki, “Mariott” otelində keçirilən görüş ciddi gərginliklə müşayiət olunub.

“Mən şadam ki, siz danışıqlarla bağlı mənim çoxsaylı çağırışlarıma reaksiya vermisiniz. Amma anlamıram ki, biz çoxsaylı jurnalistlərin qarşısında nə barədə danışa bilərik” – deyə Sarkisyan görüşün əvvəlində bildirib.

Paşinyan deyib ki, görünür nəsə “anlaşılmazlıq” baş verib: “Mən prezident Sərkisyanla danışanda aydın şəkildə dedim ki, söhbət sizinlə (baş nazirlə-red) dialoqdan deyil, irəli sürdüyümüz tələbdən gedir. Mən bura sizin istefanızın şərtlərini və hakimiyyətin ötürülməsini müzakirə etməyə gəlmişəm. Odur ki, sizi “dialoq” sözünü işlətməməyə çağırıram”.

Sarkisyan öz növbəsində bildirib ki, bu dialoq və danışıqlar deyil, sadəcə ultimatum, dövlətin və qanuni hakimiyyətinin şantajıdır: “Siz məsuliyyətin dərəcəsini anlamırsınız. Siz 1 mart 2008-ci ilin hadisələrindən dərs götürməmisiniz. Əgər siz bu tonda danışmağa davam etsəniz, sizə yalnız məsləhət vermək qalır: Qanuna və məntiqi hərəkətlərin sərhədinə qayıdın. Əks təqdirdə bütün məsuliyyət sizin üzərinizə düşür. Seçin!”

Paşinyan isə deyib: “Bizimlə heç kim hədə-qorxu dilində danışa bilməz. Siz ölkədəki situasiyanı təsəvvür edə bilmirsiniz. Bu, 10-15 gün əvvəlki vəziyyət deyil. Şərait dəyişib. Sizin əlinizdə artıq əvvəlki hakimiyyət yoxdur. Ermənistanda hakimiyyət xalqın əlinə keçib”.

Sarkisyan isə bildirib ki, 7-8 faiz səs toplamış fraksiya xalqın adından danışa bilməz: “Mənim daha danışıqları davam etdirmək həvəsim yoxdur. Əgər dövlətin qanuni tələbini qəbul etmirsinizsə, mən gedirəm, sağ olun”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

Güclü maqnit qasırğası gözlənilir: Ən təhlükəli günlər açıqlandı

Bakı Fransız Liseyinin fəaliyyətinin dayandırılmasının səbəbləri açıqlanıb - Yenilənib

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar