Çərşənbə, 24 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanın son bəyanatı onu deməyə əsas verirmi ki, Ermənistan sülh sazişinə hazırlıq içindədir? – Ekspert rəyi


Zaur Məmmədov: “Ermənistan hökumətinin son günlər bir-birinin ardınca verdiyi məntiqsiz açıqlamaların hamısı erməni ictimaiyyətinə yönəlib. Sarkisyan hakimiyyətdə qalmaq üçün bu cür gedişlərdən istifadə edir”


“İctimaiyyətə çatdırmaq istəyirlər ki, ətraf rayonların qaytarılmasının əvəzinə Azərbaycan Dağlıq Qarabağ ərazisinə hərbi müdaxilə etməyəcək və beləliklə, bölgə müstəqil olacaq”.

Bu fikirləri PİA.AZ-a siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Zaur Məmmədov Ermənistan prezidenti Serj Sarkisyanın  Dağlıq Qarabağla bağlı səsləndirdiyi yeni şərtlərə münasibətini şərh edərkən bildirib.

Qeyd edək ki, son vaxtlar Azərbaycan-Ermənistan Dağlıq Qarabağ münaqişəsi dünyanın diqqət mərkəzindədir. Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Yerevana səfərindən sonra Sarkisyan hökumətinin rəsmiləri bir-birindən məntiqsiz açıqlamaları  gündəmi əsas məsələdən, Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması məsələsindən uzaqlaşdırmaq məqsədi ilə müxtəlif səpkidə bəyanatlarla çıxış edirlər. Son olaraq, Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq  Qarabağ münaqişəsi ilə bağlı yeni şərtlərlə çıxış edib. İrəli sürülən şərtlər arasında xüsusən, “Azərbaycan Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət verməlidir”, şərti diqqət çəkir. Belə bir şərtin ortaya atılması onu deməyə əsas verirmi ki, Ermənistan sülh sazişinə hazırlıq içindədir?


Zaur Məmmədov: “Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır”.


PİA.AZ-ın əməkdaşı bu mövzunu siyasi elmlər üzrə fəlsəfə doktoru , politoloq Zaur Məmmədovla müzakirə edib. Politoloqun fikrincə, bu mənasız bəyanatlar daxili auditoriyaya ünvanlanmış, onları psixiloji olaraq mövcud vəziyyətə hazırlamaq üçün atılmış addımlardır:

Sarkisyan  hökumətinin qarşısına ətraf rayonların qaytarılması barədə tələb qoyulub. Son günlər Ermənistan rəhbərliyinin  məntiqi sonluğu tamamlamayan bəyanatları onu göstərir ki, düşmən ölkənin rəhbərliyi çaşqınlıq içərisindədir. Belə bəyanatların çoxu Azərbaycandan daha çox erməni ictimaiyyətinə ünvanlanır. Sarkisyan hakimiyyətdə qalmaq üçün bu cür gedişlərdən istifadə edir. Azərbaycan Ermənistan hökumətinin qarşısına  ətraf rayonların qaytarılması haqqında açıq şərt qoyub, ermənilərə müəyyən vaxt verib.

 Sarkisyan isə, guya erməni xalqının mənafeyini, maraqlarını müdafiə edən lider kimi görünmək istəyir. Aprel ayı ərzində verilən bütün bəyanatlar daxili auditoriya üçün nəzərdə tutulub. Əslində Sarkisyanın manevr etmək şansı demək olar ki, yoxdur. Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət istənilməsi  bəndi olduqca gülüncdür. Onsuzda ordumuz heç vaxt dinc əhaliyə qarşı zor işlətməyib .Erməni tərəfindən fərqli olaraq, Azərbaycan beynəlxalq hüquqa hörmət edir və heç bir halda dinc əhaliyə qarşı silahdan istifadə etməz.

 Dağlıq Qarabağda yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdırlar. Sadəcə olaraq, Ermənistan hakimiyyəti erməni ictimaiyyətini ətraf rayonların qaytarılması proresinə psixoloji hazırlayır. İctimaiyyətə çatdırmaq istəyirlər ki, ətraf rayonların qaytarılmasının əvəzinə Azərbaycan Dağlıq Qarabağ ərazisinə hərbi müdaxilə etməyəcək və beləliklə, bölgə müstəqil olacaq”.

Sübü ƏZİZOVA
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bu günə toyu təyin edilmişdi, özünü asdı: Qəbələdəki faciənin təfərrüatı

Bağanis Ayrımda viran qalan evlərimiz: Şərti sərhədin Qazax istiqamətində son durum - Yenilənib, Fotolar

Kommunal Təsərrüfat müdiri icra başçısı olmağa çalışır...

Rusiya müdafiə nazirinin müavini Timur İvanov saxlanılıb

Peskov: "Şoyqunun müavininin saxlanılması barədə Putinə məruzə edilib"

Azərbaycanda yeni dövlət rüsumu müəyyənləşir    

Sabiq deputatın qardaşı oğlunun 350 min vergi borcu var

Bərdədə qaçırılan 23 yaşlı qızın anası: “Qışqırsa da...” - Yenilənib

Zülfiyyə Bayramovanın mədəsində yenidən şiş aşkarlandı - Foto

Ən çox oxunanalar