Şənbə, 20 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyanın məxfi Qarabağ iclasının stenoqramı: “Onu özüm güllələyəcəm!”


Ermənistan prezidenti Serj Sarkisyanın Dağlıq Qarabağa səfəri zamanı keçirdiyi müzakirələrin detalları məlum olub


Ermənistanın “lragir” saytı axşam saatlarında keçirilən qapalı müzakirələrdə əsl dava düşdüyünü yazıb.

Saytın məlumatına görə, qapalı iclasda Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün Rusiyanın irəli sürdüyü plan və bu plana uyğun olaraq Ermənistanın tərk edəcəyi ərazilər müzakirə olunub: “Plana uyğun hansı ərazilərin boşaldılacağı dəqiq olmasa da, iclasda ciddi fikir ayrılığı olduğu məlumdur. Məlumatlara görə, bu müzakirələrdə “Daşnaksütyun” partiyası da iştirak edib, həmçinin, bir neçə general da orada olub. Müzakirə təkcə Qarabağdakı hərbiçilərlə aparılmayıb, orada İrəvandan getmiş bir çox siyasətçi və hərbiçi də olub. Sarkisyan Rusiyanın Qarabağ planını təqdim edib və ciddi etirazla qarşılanıb”.

Sayt qeyd edir ki, sabiq xarici işlər naziri Georqi Petrosyan ayağa qalxıb və qapını çırparaq çıxıb.

“Məlumatlara görə, deputat general Vitali Balasanyan bildirib ki, kimsə bu razılaşmanı imzalamağa cürət etsə, onu şəxsən özü güllələyəcək. Dağlıq Qarabağın (qondarma “DQR”) “xarici işlər naziri” isə çıxışında Rusiyanın planına uyğun danışıb. Maraqlıdır ki, iki il əvvəl Qarabağda Rusiyanın Krımı zəbt etməsi münasibətilə konsert verilirdi. İndi orada Qarabağın təslim edilməsi ilə bağlı Rusiya planı müzakirə olunur”, - deyə sayt bildirib. (publika.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı

Hacı Nuran "Pusu"nun məşhur aktyoruna lüks avtomobil hədiyyə etdi

Sumqayıtda ər-arvad qətlə yetirilib: 24 yaşlı oğulları saxlanılıb - Yenilənib

Deputat: “Bu yaxınlarda parlament seçkisi olacaq”

Fransanın daha bir neçə diplomatı “persona non grata” elan edilib - Foto    

Azərbaycanda 22 yaşlı oğlan qadının üzərinə benzin tökərək yandırıb - Yenilənib

İsrail İran ərazisində bir hərbi obyektə raket zərbəsi endirib

İlham Əliyevin növbəti qələbəsi: Qazaxın 4 kəndi Azərbaycana qaytarılır

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır  

Ən çox oxunanalar