Cümə, 19 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyandan Qarabağla bağlı yeni şərtlər


Ermənistan prezidenti Serj Sarkisyan Dağlıq Qarabağ münaqişəsinə dair danışıqların bərpa olunması üçün şərtlər irəli sürüb


Bu gün Sarkisyanın iştirakı ilə Ermənistan Respublika Partiyasının (ERP) toplantısı baş tutub. 

Toplantıdan sonra ERP-nin mətbuat katibi, Ermənistan parlamentinin vitse spikeri Eduard Şarmazanov jurnalistlərə açıqlama verərək, Serj Sarkisyanın Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqların bərpa edilməsi üçün 3 şərt irəli sürdüyünü bildirib.

Şarmazanovun sözlərinə görə, şərtlər aşağıdakılardan ibarətdir:

- İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi;

- Ünvanlı bəyanatlar;

- Azərbaycanın Dağlıq Qarabağ əhalisinə qarşı aqressiyaya əl atmayacağına dair zəmanət.

Serj Sarkisyan münaqişəyə dair sülh danışıqlarının bərpa edilməsi üçün irəli sürən şərtlərini şərh edən sabiq dövlət müşaviri politoloq Qabil Hüseynli bildirib ki, Ermənistan prezidentinin bu açıqlaması siyasi oyunun bir hissəsidir. “İnanmıram ki, bu Sarkisyanın öz ağlının bəhrəsidir. Ona kənardan qəyyumları diktə edir. Onun dediklərinin hamısı hakimiyyətdə qalmaq üçün işlətdiyi fintlərdir”.

Politoloqun sözlərinə görə, Sarkisyan indi artıq ona inanmayan və hakimiyyətdə görmək istəməyən erməni xalqı qarşısında onun mənafeyini qoruyan bir şəkildə görünmək istəyir. (Ans)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Seymur Talıbova həbs yolu göründü: Sabiq nazir məhkəməsində onu satdı...

Azərbaycanda satılan yağlarla bağlı araşdırmaların nəticələri açıqlanıb    

Təhsil Nazirliyi tender keçirmədən 2 milyonu Ramiz Mehdiyevin oğlunun şirkətinə verdi – Təfərrüat

Bakıda hamamda qadınla kişinin meyitləri tapıldı

Məktəbin həyətində faciəvi şəkildə ölən 10 yaşlı Fərhanın fotosu

Qəzaya düşən aparıcı Aytən Səfərovanın vəziyyəti açıqlandı  

"Ona məğlub olmamaq üçün bacardığınızı edin"

Çin-Rusiya münasibətləri: Müharibənin səbəb olduğu məcburi evlilik...

Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirib    

Qubad İbadoğlunun ibtidai istintaq işi üzrə yekun ittiham aktı elan edilib

Ən çox oxunanalar