Cümə, 29 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Sarkisyan təlaş içərisindədir


Ermənistanın sabiq prezidenti və hazırkı baş naziri Serj Sarkisyan özünün yeni təyinatı ilə bağlı Yerevanda keçirilən etiraz aksiyalarını şərh edib


Virtualaz.org-un məlumatına görə, o, “Şant” telekanalına verdiyi müsahibədə deyib ki, istənilən cəmiyyətdə narazılıq müşahidə olunur. 

Ermənistan bu nöqteyi-nəzərdən istisna deyil. Əksinə, Ermənistan kimi ölkələrdə narazılıq daha kəskin şəkildə olur: “Lakin Ermənistanda narazılığın ifadə edilməsinə heç bir maneə yaradılmır. Qeyri-dinc xarakterli aksiyalar  istisnadır – bu həm hökumətin, həm də cəmiyyətin xeyrinədir. Bütün aksiyalar qanun çərçivəsində keçirilməlidir”.  

“Bizim asayiş keşikçilərimiz təmkinlilik nümayiş etdirdilər. Mən hüquq-mühafizə orqanlarının  güc tətbiq etmək məcburiyyətində qalmasını istəmirəm. Heç belə niyyət də yoxdur. Amma ölkədə qanunsuzluq abu-havası hökm sürməməlidir”, - deyə Serj Sarkisyan qeyd edib.

Etirazçıların dövlət obyektlərini tutmağa, əvvəlcə parlamentin, indi də hökumətin işini iflic etməyə çalışdıqlarını xatırladan S.Sarkisyan təlaş içərisindədir və bundan sonra nələrin baş verəcəyini bilmir. Bu səbəbdən də təəccüblə soruşur: “Sonra nə olacaq?”.

Qeyd edək ki, müxalifətçi deputat Nikol Paşinyanın rəhbərliyi ilə Yerevanda aprelin 13-dən etiraz aksiyaları keçirilir.

Artıq etirazçıların polislə qarşıdurması nəticəsində 6-sı asayiş keşikçisi olmaqla, 46 nəfər xəsarət alıb, yüzlərlə saxlanılan var.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda polkovnik-leytenant vəfat etdi - Foto

Ermənistanla Gürcüstan arasında demarkasiyası prosesi - İrəvan Tbilisiyə bir kənd verəcək....

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi müharibə istəyir?..

Şadlıq saraylarında menyular bahalaşdı - Qiymətlər

Yarım milyon mənimsəyən baş həkim həbsdə öldü    

Azneft”in baş direktoru vəzifəsindən azad edildi - Yeni təyinat

Ərdoğan: Qarabağda hansı addımı atdıqsa, qarşımıza böyük qlobal ittifaq çıxdı

Qurban Qurbanov hərəkətlərinə fikir verməyən futbolçunu cərimələdi

Ən çox oxunanalar